Sadıq Sadıqov nə üçün tənqid olunur? - YAZI
Daha əvvəl də belə idi, amma son günlər təzyiqlər daha da artıb. Söhbət “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovdan gedir. Bu məqamda elə Sadıqovdan yazmaq qərarına gəldim. İndi hamı onu tənqid edir. Hətta iddia edənlər də var ki, Sadıqov Azərbaycan futboluna çirkinlik gətirib. Sualım həmin insanlaradır, bəyəm Azərbaycan futbolu bulaq suyu qədər təmiz idi ki, Sadıqov ayaqlarını çirmələyib, gəlib girdi bura, çirkləndirdi? Azərbaycan futbolu sovetlər dönəmindən bu yana çirkabın içində idi, yenə də elədir.
“Bakı” və “Xəzər
Lənkəran”ı çıxmaq şərtiylə, digər klubların hamısı dövlətdən maliyələşir. “Neftçi”
də bu komandalardan biridir. Amma “Neftçi” hazırda dövlətdən maliyələşən yeganə
komandadır ki, burada içəri girən pullar havaya deyil, lazım olan yerlərə sərf
edilir. Ramin Musayevin “Neftçi”də vitse-prezident işlədiyi vaxtlarda bu
komandada pul yeyintisinin əsası qoyulmuşdu ki, İlqar Quluzadə dönəmində bu
hal, lap həddini aşmışdı. Legioner futbolçulara milyonlarla pullar xərclənirdi
ki, bunların da böyük hissəsi rəhbər şəxslərin cibinə girirdi.
Ölkənin ən
köklü klubu az qala çempionatdan düşməmək üçün mübarizə aparırdı. Amma Sadıq
Sadıqovun bu kluba prezident təyin olunmasından sonra vəziyyət dəyişdi. Klubda
ciddi nizam-intizam yaradan Sadıqov qısa müddətdə xalq komandasının imicini özünə
qaytardı. İndi daha heç kim iddia etmir ki, “Neftçi”də futbolçu transferlərindən
pul tutulur. Çünki “Neftçi” transfer belə etmir. “Neftçi” tarixində yeganə
mövsüm bu il oldu ki, komandaya qış fasiləsində futbolçu cəlb edilmədi. “Neftçi”
indi həqiqətən komandaya oxşayır. Məhz Sadıq Sadıqovun başçılığı altında bazara
çevrilən bir yerə komanda demək mümkün oldu. Budurmu onun Azərbaycan futboluna
gətirdiyi çirkinlik? Yüzlərlə idmançısı olan “Neftçi İSM”ə rəhbərlik etmək qoçu
saxlamaqdırmı? Məzlumun qolundan tutan, haqqı nahaqın ayağına verməyən bir
insana qoçu demək olarmı? Bunları düşünün, sonra yazmaq istədiyiniz insan barədə
fikir yürütməyə başlayın.
Bir insan haqda pis yazı yazmaq, onu qaralamaq, dürüst niyyətini alçaltmağa cəhd etmək çox asan məsələdir. Əsas olan isə həmin insan barədə həqiqətləri görmək, deməkdir.
|
||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |