"Xəzər Lənkəran"ın cırdığı "kəfən" - YAZI
FİFA tərəfindən "Xəzər Lənkəran"ın aktivindən 6 xalın silinməsi təkcə bu komanda üçün deyil, bütün Azərbaycan futboluna böyük zərbə idi. Çünki məhz bu qərara görə komandanın iddiası azala bilərdi ki, bunun səbəbi aydın idi - ruh düşkünlüyü. Amma bir neçə gün əvvəl Bakıya gələn "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov kluba söz vermişdi ki, 6 xal geri qayıdacaq. Və üstündən cəmi bir neçə gün keçdi, 6 xal qapını açıb, girdi turnir cədvəlinə. O necə gediş olmuşdusa, bu gəlişlə də "Xəzər Lənkəran" üzü yuxarı boylanmağa başladı. Nəinki boylandı, gedib oturdu ikinci pillədə. İndi bütün klub rəhbərliyi və azarkeşləri rahatca nəfəs ala bilərlər.
Bu işdə AFFA kluba yardım edə bilərdi, amma etmədi.
Bir dəfə "Bakı" klubunu zibilə salan Elxan Məmmədov admistrasiyası,
bu dəfə "Xəzər Lənkəran"a torba tikmişdi. Amma lənkəranlılar ikinci dəfə
bu işdə AFFA-ya qalib gəldilər. Daha əvvəl məlum Yevgeni Şiman olayında kubok oyununu
yenidən keçirərək finala yüksələn "Xəzər Lənkəran", bu dəfə bir güllə
ilə AFFA ilə yanaşı, həm də FİFA-nı da vurdu.
6 xal silinəndən sonra böyük əksəriyyət başda
vitse-prezident Tuyqun Nadirov olmaqla, "Xəzər Lənkəran" işçilərini
günahlandırırdılar. Hətta onları səriştəsizlikdə də ittiham edirdilər. Amma
onlar öz işlərinin öhdəsindən layiqincə gələ bildi. Silinən 6 xalı geri
qaytararaq, heç bir səhvlərinin olmadığını aşkara çıxardılar. Əvəzində isə
onları ittiham edənləri utandırmağa məcbur etdilər. Ən çox da Elxan Məmmədovlu
AFFA-nı utandırdılar ki, sizsiz də, işimizi görə bilirik.
"Xəzər Lənkəran"da toy-bayramdır. Onların hər bir azarkeşi bu sevinci yaşamağa layiqdi. Amma... amma "Neftçi" onlardan da çox sevinməlidir. Çünki bu hadisə Bakı klubunun çempionluğuna bir qədər kölgə salırdı. Artıq gün çıxıb, havalar istiyə doğru gedir. Bundan sonra heç kimin buluddan danışmağa ixtiyarı yoxdur.
P.S. "Xəzər Lənkəran"ın 6 xalının geri qayıtmasına Rasim Karadan çox heç kim üzülə bilməz. Çünki Karanın ümidi var idi ki, bu olaya görə klubda dəyiçikliklər baş verə, o da bacanağı Mahsun Kırmızıgülün hesabına kluba vitse-prezident gələ. Olmadı Kara bəy, olmadı. Çünki siyahdan sonra, heb beyaz gələr...
P.P.S. Bu olaya başqa ad da qoymaq olar. "Xəzər Lənkəran"ı zorla kəfənə bürüyüb məzara qoymaq istəyirdilər. Amma haqsız yerə. Kişilər ölmədi, kəfəni yırtdılar, yenə sözlərini dedilər!
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |