affa-dakılar: ÖLÜN, UTANIN, YERƏ GİRİN!
Berti Foqts, Elxan Məmmədov, Elşad Nəsirov,
Rauf Əliyev - bunlar utanmırlar, amma oynamağa davam edirlər. Azərbaycan
millisini kurasiyasına alan bu 4 nəfərin istəyinin nədən ibarət olmasını blmək
mənə çox maraqlı olardı!..
Cırtdan - xüsusən də futbol ənənələri, ümumiyyətlə,
futbolları olmayan Sinqapurla heç-heçə, Fələstinə məğlubiyyət, bu gün isə
Andorrayla bərabərlik... Axı hara gedirik? Bunun sonu nə olcaq? AFFA rəhbərliyi
bununları 2016-cı il Avropa Çempionatının qrup mərhələsinə düşmək istəyir? Bəylər,
heç olmaya utanın, danışmayın, gözə görünməyin. Oldumu?!
Qısaca olaraq Andorrayla oyun barədə. “Cırtdan ölkə” təmsilçisi ardıcıl 35 oyun - 1939 gündür ancaq uduzurdu. Andoranın sonuncu dəfə uduzmadığı oyun 2007-ci il fevralın 7-də
qarşılaşdıqları Ermənistanla heç-heçə etmələridir – 0:0. Ondan bəri bu
komandanın işi ancaq uduzmaq idi. Nə yaxşı ki, Azərbaycan millisi var imiş.
Bizimkilər "qaz"dı axı, gələn "yolub" buraxır. Bir dəfə də
Andorranı sevindirmək günah deyil ki, sevinmək onların da haqqıdır.
Sevinməyə haqları olmayan şəxslər isə yuxarıda
adını çəkdiyim o 4 nəfərdir. Gedin özünüzə başqa iş tapın, amma sizi də
qınamıram. Hərə bir tərəfdən bu millətin balalarının pulunu yeyir, siz də bu
yolla. İşiniz "avand" olsun!
Millinin bütün futbolçularına deyəcəyim sözlər isə qısadır: ÖLÜN, UTANIN, YERƏ GİRİN!
P.S. Oyundan qabaq bizim (onlara milli futbolçular
deməyə dilim gəlmir artıq) futbolçulardan hansısa demişdi ki, "Bacardığımız
qədər Andorraya çox qol vuracağıq". Vurduz, başın haqqı, az yekə-yekə
danışın. Dilinizi yox, futbolunuzu işlədin!
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |