Futbolumuzun təzə “tema”sı ...
... VƏ YA SƏN HEÇ VAXT BÖYÜK FUTBOLÇU OLMAYACAQSAN, RUSLAN!
Nə qədər qəribə də olsa, şorbayla kabab Azərbaycan
futbolunun yeni müzakirə mövzusuna çevrilib. “Biz şorbaya yox, kababa 100 manat
veririk”. Bu sözləri təxminən 1 həftə əvvəl “Xəzər-Lənkəran”ın direktoru Höccət
Hacıyev səsləndirmişdi. Hacıyevin fikrincə Emil Mpenza kimi şorbanı “Neftçi”
kabab qiymətinə alıb. Amma qəribədir ki, həmin o şorbanı bu gün Belçika
futbolunun kababı - “Anderlext” transfer etmək istəyir. Cənab Hacıyev, sizcə
“Anderlext” də ağzının dadını, şorbayla kababın fərqini bilmir?
Ümumiyyətlə, bu şorba, kabab məsələsi artıq xeyli
uzanıb. Qarşı tərəfin atmacasını cavabsız qoymayan Tahir Süleymanov da lənkəranlıları
Rumıniya şorbasını Azərbaycan kababı qiymətinə aldığını iddia edir. Artıq
“İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolov da söhbətə “kurs” olub.
Kababdan anlayışı olduğunu biruzə vermək istəyən Nikolov “100 manatlıq kabab gərək
dadlı və təzə olsun” deyir. Bundan sonra daha kimlərin bu söhbətə
girişib-girişməyəcəyini bilmirəm. Amma bildiyim odur ki, elə “Xəzər-Lənkəran”
da, “Neftçi” də, lap elə son vaxtlar xəsisləşən “İnter” də vaxtıyla çox
şorbalara, kababın, özü də balıq kababının pulunu sayıblar. Bəlkə elə deyil? Bu
ölkəyə çox səviyyəsiz legioner gəlib-gedib və bu gedişlə hələ çox gələcək də. Nə
qədər ki, klublarımızda əsl seleksiyaçı məşqçilər, skautlar çalışmayacaq, nə qədər
ki, klublarımız transfer etmək istədikləri əcnəbiləri disklə seçəcəklər, nə qədər
ki məşqçilər maraq göstərdikləri futbolçunun çıxışını aylar öncədən diqqətlə
izləməyəcəklər, o vaxta qədər çox şorbaya kabab pulu veriləcək.
Bütün bu söhbətin səbəbkarı Ruslan Abışovdur.
Mövsümdə iki dəfə - qışda və yayda adı əcnəbi klubların transfer siyahısına
guya ki düşən gənc oğlan “Neftçi”ni “Xəzər-Lənkəran”a dəyişməklə aləmi
bir-birinə vurdu. Düzdür, Abışov futbolçudur və onu heyətində görmək istəyən
istənilən kluba keçə bilər. Amma hər şeyin də bir təhəri var. Hər bir insan həyatda
bacardığı qədər çox qazanmaq və mümkün qədər tez gələcəyini təmin etmək istəyir.
Bunu mən də istəyirəm, sən də istəyirsən hörmətli oxucu, Ruslan da istəyir.
Bayaq da dediyim kimi, hər şeyin ədəb-ərkanı var. Hər dəfə adını neçə-neçə
klubla yanaşı hallandırmağın və süni şəkildə qiymət qaldırmağın nə mənası var
idi? Onsuz da Allah “Xəzər-Lənkəran”ının başında oturanların canını sağ eləsin,
1 milyonu sayıb, qoydular qabağına. Bəlkə də qardaşın Sərxan başda olmaqla bəziləri
ürəyində “biz o reklamları etməsəydik, kim idi Ruslana o boyda pulu verən” deyir.
Amma inanın ki yenə də verəcəkdilər. Çünki geydirmə transfer xəbərlərinin yalan
olduğunu kim də bilməsə, Yunis Hüseynov çox gözəl bilir.
Ruslan, sən Azərbaycanın ən çox qazanan topçusu ola
bilərsən, amma incimə, sən heç vaxt böyük futbolçu olmayacaqsan. Çünki böyük
futbolçu təkcə meydanda gözəl futbol oynayana demirlər. Böyük futbolçu
meydandan kənarda da ideal olmalıdır. Amma sən pulu üstün tutaraq, əzəli rəqibin
heyətinə keçdin. Nə qədər əksini desən də, sənə Alessandro Del Pyeronu ilə
Canluici Buffonu misal gətirə bilərəm. Səhv etmirəmsə, elə özün də italyan
futbolunun azarkeşisən və yaxşı bilirsən ki, “Yuventus” “B” seriyasına göndərilərkən
Alekslə Buffona o qədər təkliflər gəlmişdi ki...Amma hər iki futbolçu pulu yox,
komandalarını üstün tutdular. Hələ mən uzun illərdi “Roma”nın simvoluna çevrilən
Françesko Tottini demirəm. Səncə Totti daha çox pul və titul qazanmaq istəmir?
Az qala Əziz Yıldırımın göndərdiyi və rəqəm yeri boş olan bank çekini cırıb
ataraq, “Qalatasaray”ı pula satmaram” deyən Bülənt Qorxmazı unudacaqdım. Amma Ruslan, sən heç Zaur Tağızadə qədər də
ola bilmədin. Şəxsiyyətinə böyük hörmət etdiyim və həqiqətən də sözün bütün mənalarında
qızıl oğlan olan Zaura “Xəzər-Lənkəran” illərlə təklif göndərdi. Amma Tağızadə
sonadək sadiqliq nümayiş etdirdi. “Milan” üçün Barezi, Maldini nə deməkdirsə,
“Neftçi” üçün də Zaur məhz odur. Halbuki Zaur səninlə müqayisədə “Neftçi” üçün
daha böyük işlər görmüşdü...
P.S. Höccət bəy, inanın ki, sizin aldığınız da
kabab deyil.
P.P.S. “Neftçi”də tarix boyu o qədər güclü futbolçu oynayıb. Amma komandanın avtobusunun üzərində yalnız bir nəfərin - Zaur Tağızadənin şəkli var. Sizcə niyə?
Vahid AYXAN
|
||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |