Sınaq meydanı
Bu gün Azərbaycan klubları üçün Avrokuboklar həyəcanı başlayır. Ötən il “Qarabağ” “Brügge”ni Bakıda məğlub edib, Avroliqa ilə vidalaşdıqdan sonra hamımız bu günü gözləyirdik. Klublarımız yenidən sınaq qarşısındadır. Kimin nəyə qadir olduğu bilinəcək. Həmişə demişəm, indi də təkrarlayıram: mövsüm boyu çempionatda bir-birini “qıran”, “mənəm-mənəm” deyən klublarımızın əsl gücü məhz avrokuboklarda bilinir. Bu dəfə də biləcəyik. Ən azı “İnter”, “Bakı” və “Xəzər Lənkəran”ın nəyə qadir olduğunu bu axşam görəcəyik. Bu dəfə mümkün uğursuzluq halında məşqçilərin “püşkdə bəxtimiz gətirmədi”, “rəqib bizdən daha təcrübəli idi” və s. və i.a. kimi bəhanələri də olmayacaq. Çünki bu dəfə püşk üzümüzü necə lazımdı güldürüb. Heç kimin rəqibdən gileylənməyə haqqı yoxdu! Amma püşkatmadan sonra Avropada oynayacaq bütün klublarımızın rəsmilərinin dilindən “ən güclü rəqib bizə düşüb” ifadəsi çıxıb. Vallah, gülməlidi. Görəsən futbolçularının arxayınlaşmaması üçün belə deyirlər, yoxsa həqiqətən də qorxurlar? Və ya özlərini indidən mümkün uğursuzluqdan “straxovka” edirlər?
“Bakı”
“Mura”nı bir ayaqla keçməlidi!
Uzaqbaşı “Bakı” deyə bilər ki, Sloveniya
klubundansa Andorra, Malta və ya San-Marino klubları ilə görüşmək yaxşı olardı.
Düzdür, razıyam. Komandanın 5 potensial rəqibi arasında məhz bayaq adını çəkdiyim
3 ölkənin təmsilçiləri var idi. Amma şəxsən mən “Mura”nı “Bakı”dan zəif komanda
hesab edirəm. “Bakı” bu komandanı bir ayaqla keçməlidi! “Mura” “zolaqlılar”ın avropada
sonuncu dəfə görüşdüyü “Buduçnost”dan da zəifdi. Buna görə də “Bakı” əsl
potensialının heç olmasa əllicə faizini meydanda qoysa, bu gün “Mura”nı “çiliyəcək”.
Komandanın baş məşqçisi Novruz Əzimov üçün də bu oyunlar şübhəsiz, önəmlidir.
Karyerası ərzində səhv etmirəmsə, ilk dəfə baş məşqçi işləyən Əzimov özünü
doğrultmalıdı. “Bakı” ilə avrokuboklara yollanan üçüncü yerli mütəxəssis olan
Əzimov uzun illər köməkçisi olduğu Əsgər Abdullayevin, eləcə də Böyükağa
Hacıyevin bacarmadığını etməlidir. O “Bakı” ilə avrokuboklarda mərhələ adlayan
ilk yerli mütəxəssis ola bilər. Yetər ki, Əzimovun gedişləri özünü doğrultsun.
“Bakı”nın qapısını bu gün Aqil Məmmədov qoruyacaq. Aqilin potensialına şübhəm
yoxdur. Amma bir qədər təcrübəsizliyi bəzilərini qorxutsa da, bu fikirlə də
razı deyiləm. Bəyəm Kamran Ağayevə məşqçilər təzə-təzə şans verəndə o təcrübəliydi?
Ağayev də səhv edə-edə bugünkü səviyyəyə gəlib çatıb. Ona görə də üzümü Aqilə
tutub deyirəm: “heç nədən çəkinmə, rahat çıx oyununu oyna. Ən əsası səhv buraxmaqdan
qorxma”. Novruz Əzimov Aqilə güvənir. Buna inanmayanlar bilsin ki, əgər ortada
güvən olmasaydı, “Bakı” məcbur olub, gündə 1 qiymət oxuyan kolumbiyalını, ya da
aradan çıxan kiprlini birtəhər dilə tutub, transfer edərdi. Amma Aqilə güvənən
məşqçilər, rəhbərlik əcnəbi qolkiperlərin nazı ilə oynamadı.
Hüseynovun
tarixi şansı
Yunis Hüseynov yaxşı məşqçidi. Əlinin altında
oynamış futbolçulardan eşitmişəm ki, psixoloq kimi “əjdaha”dı. Komandanı oyuna
kökləməyi əla bacarır. Mənə isə Hüseynovun həmişə iddialı danışmağı ləzzət edir.
Məşqçilərimizin 90 faizi suyu üfürə-üfürə içib, bir sözü deməmişdən qabaq, min
ölçüb, bir biçdikləri halda Hüseynov belə deyil. Hər zaman iddialı danışır. Elə
dünənki mətbuat konfransında da rəqibə meydan oxuyub. 3 və ya 4:0 qalib gəlmək istədiklərini
deyir Hüseynov. İstəməyən kor olsun. Sual verirlər ki, “rəqibi keçməsəz, nə
olacaq” deyir ki, “keçəcəyik”. Özünə güvənməsi xoşdur. Yetər ki, 6 il öncəki
uğursuzluğu yaşamasın. O vaxt Hüseynov hara çatırdı, şirin ləhcəsi ilə “həm
çempion olajiyığ, həm də kuboku alajiyıx” deyirdi. Amma sən saydığını say, gör
“Bakı” ilə “Qarabağ” nə sayır. Məhz bu iki komanda “Karvan”ı titul üzünə həsrət
qoydu. “Qarabağ”la “Şəfa” da baş tutan ölkə kubokunun final oyunundan sonra
Hüseynova “bəs deyirdiz həm çempion olacağıq, həm də kuboku qazanacağıq, nə
oldu?” sualını şəxsən vermişdim. Hər zaman iddialı danışan Hüseynov həmin vaxt
susmağa üstünlük vermişdi. Arzu edirəm ki, bu dəfə belə olmasın. Ümumiyyətlə, hər
zaman məşqçinin iddialı olmasının tərəfdarı olmuşam. Çünki o bunu etməsə və ya “rəqibdən
ehtiyatlanırıq” desə, onun futbolçusu meydana necə çıxacaq? Ayaqları əsə-əsə?
“Karvan”la tarix yazan Hüseynov bu dəfə də eyni uğuru “Xəzər Lənkəran”la təkrarlamalıdır.
Hüseynov tarixi şansın astanasında olduğunu gözəl bilir. Lənkəranda nə Ağasəlim
Mircavadov, nə Rednik, nə də başqa biri mərhələ keçib. İlkə imza atmaq üçün
bundan gözəl şans ola bilər? Turu keç, tarixə düş, həm rəhbərliyin, həm də
azarkeşlərin əbədi sevgisini qazan. Rəqib də münasibdir. Çox da ki, Estoniya
çempionatının lideridir. Olsun da. Estoniya klubları hara, bizimkilər hara? Pul
bizdə, güc bizdə, struktur bizdə, futbolçu bizdə. Uğurlu çıxış üçün başqa nə
lazımdı? Dünən Lənkəranda əlinə dəsmal alıb, “büdcəmiz cəmi 800 min avrodu” deyən
“Nomme Kalyu”nun prezidentinin gözünün yaşına baxmaq lazım deyil, nə qədər
imkan düşdü, vurun. Tarixdəki “Olimpi”, “Nistru” “ləkə”sinə birini daha əlavə
etmək olmaz!
Gözdən
uzaq “İnter”
“İnter”in baş məşqçisinə böyük hörmətim var. Hər nə
qədər bəzən tənqid olunsa da, Sxadadze əsl taktikdir. Ən azından bizim məşqçilərimizin
çoxundan fərqli olaraq heç nədən konfet düzəltməyi bacarır. Gürcü avrokuboklar
üçün də komandasını yaxşı hazırlaşdıra bilib, heyət də normaldır. Şütz,
Adamiya, Georgiyevski, Ruslan Əmircanov, bir də adı dilimə heç cür yatmayan,
Fransadan gələn futbolçu komandanı mütləq gücləndirəcək. Sxadadze işini bilir,
lazım olan yerə futbolçu alır. Bu heyət “Trans”ı keçmək üçün artıqlaması ilə
kifayətdir. “Bankirlər”in bunu bacaracağına zərrə qədər də şübhəm yoxdu. Rəqibin
adı əcaib olsa da, oyununda, gücündə qeyri-adi heç nə yoxdu. Tipik Pribaltika komandasıdır.
Yalnız standart vəziyyətlərdə təhlükəli olurlar, vəssalam. “İnter” də digərləri
kimi bu rəqibi keçməyə borcludur və keçəcək də!
Hər il klublarımızdan heç olmasa birini qrup mərhələsində
görmək istəyirik. Amma bu, elə arzu olaraq qalır. Ümid edək ki, builki
avrokuboklar klublarımız üçün daha uğurlu alınacaq və bizim də hansısa
komandamız həm Azərbaycan futbolunun Avropada yalnız “Qarabağ”dan ibarət
olmadığını göstərəcək, həm də tarixə düşəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |