Papasının gül balası - YAZI
Azərbaycanda üzdə olan işsiz məşqçilərindən hansını
dindirirsən, gileylənir. Klub rəhbərlərini yerli məşqçilərə güvənməməkdə
ittiham edir. Həmin işsizlər bu gün ölkəmizdə işləyən əcnəbi məşqçilərin də əksərinə
ağız büzürlər. Amma Avroliqanın ilk mərhələ oyunlardan sonra həmin işsizlərdən
səs-soraq yoxdu. Səbəbi aydındı - Tsxadadze xarici məşqçilərə ağız büzənləri qeyri-müəyyən
müddətlik susdurub. Düzdü, bir oyuna görə nə Tsxadadzeni qəhrəman etmək fikrim
var, nə də Novruz Əzimovla Yunis Hüseynovu “baltalamaq”. Çünki qarşıda hələ
cavab oyunları var və hər iki komandamızın da “İnter” kimi mərhələ keçəcəyinə əminəm.
Amma...
... Hələ avrokuboklar başlamamışdan qabaq “İnter”in
uğurlu çıxış edəcəyinə inanırdım. Çünki komanda heyətini gücləndirdiyi
futbolçuların əksərini “daxil”dən seçdi. Həm Adamiya, həm Georgiyevski, həm də
Şütz əcnəbi olsalar da, futbolumuzun içinə də bələddilər, çölünə də. Həmin
oyunçuların nə komandaya uyğunlaşmasına ehtiyac var idi, nə də ki komanda
yoldaşlarını tanımağa. “Trans”a qarşı keçirilən ilk oyun da bunu sübuta yetirdi.
Georgiyevski Baçanaya 4-5 futbolçunun arasından elə ötürmə verdi ki, sanki neçə
illərdi bir yerdə oynayırlar. Adamiya komanda yoldaşları ilə bir-birini çox gözəl
başa düşürdü. Baçanadan söz düşmüşkən deyim ki, ötən il bu cavan oğlan “İnter”ə
keçəndə çoxsu ağız büzdü. “Txadadze öz oğlunu yanına gətirdi”, “onun kimi
hücumçudan Azərbaycanda çoxdu” və s. və i.a. kimi söz-söhbət çox oldu. Amma
Baçana çempionatda vurduğu bir-birindən vacib qollarla atasının başını aşağı eləmədi.
“Trans”la oyunda isə papanın gül balası lap çiçək açdı. Hər halda kiçik Tsxadadze
bu gün Avroliqanın bombardirlər arasındadır. Tsxadadzenin nə qədər güclü mtəxəssis
olmasına, az büdcə ilə gözəl, döyüşkən komanda yaratmasına hələ 6 il əvvəl
şahid olmuşduq. Həmin vaxt məhz onun çalışdırdığı “Sioni” özündən qat-qat varlı
olan “Bakı”nı Çempionlar Liqasından kənarlaşdırmışdı. Tarix bir qədər fərqli
olsa da, yenə də təkrarlanır. Bu gün büdcəsi həm “Bakı”dan, həm də “Xəzər Lənkəran”dan
az olan “İnter” cütün taleyini ilk oyunda, özü də səfərdə həll edir. “Bakı” ilə
lənkəranlılar isə səfərə qorxu ilə yollanır. Bayaq da dediyim kimi, hər iki təmsilçimizin
mərhələ keçəcəyinə inanıram. Çünki keçməsələr... yaxşısı budur bu haqda heç
düşünməyək.
2004-cü ildən Azərbaycan futbolunun içindəyəm və
2005-ci ildə UEFA kubokunun ilk mərhələsi çərçivəsində səfərdə “Jlina”ya qarşı
keçirilən oyundan başqa (həmin səfərim xarici pasportumu itirdiyimə görə baş
tutmamışdı - V.A.) “Bakı”nın avrokuboklardakı bütün oyunlarına - istər ev, istərsə
də səfər - canlı olaraq stadiondan tamaşa etmişəm. Amma “Bakı”nın
avrokuboklarda bu qədər zəif oyununu heç vaxt görməmişdim. Komanda heç
“ST.Yakobs Park”da “Bazel”ə 1:5 uduzanda belə inamsız deyildi. Heç bir şişirtməyə
yol vermirəm. Həmin vaxt rəqib güclü olsa da, “Bakı” az-çox hərəkət edirdi.
Amma “Mura” ilə oyun faciə idi, faciə. Şəxsən mən həmin oyunda “Bakı”nın
qurduğu bir dənə də olsun düz-əməlli, düşünülmüş hücum görmədim, bəlkə sən
(burada bəlkə də sən yox, siz yazmalıydım, amma hesab edirəm ki, hər bir yazar
öz oxucusu ilə nə qədər səmimi olsa, bir o qədər yaxşıdır - V.A.) görmüsən,
hörmətli oxucu? Ümumiyyətlə Novruz Əzimovun nə etmək istədiyini anlamadım.
Əzimov bir gün əvvəl mətbuat konfransında Nurlan Novruzovun yaxşı formada
olduğunu dedi. Bundan sonra çoxları Nurlanın ilk dəqiqələrdən meydanda
olacağını düşündü. Amma Novruzovun adı nəinki start heyətinə salındı, heç sonradan da meydana daxil edilmədi. Hər halda öz meydanında qələbə qazanmağa
borclu olan komandanın məşqçisi ən azı sona yaxın 2 hücumçuyla oynamalıydı. Komandanın yeni transferi Georgi
Popxadze də “18-liy”dən kənarda qalmışdı. Maraqlıdır, görəsən Cəmşid Məhərrəmov
matçın gedişində zədələnsəydi, onu kim əvəzləyəcəkdi? Və ya avrokubok təcrübəsi
sıfıra bərabər olan Şəhriyar Əliyevin yerinə məhz Popxadzeni ehtiyatda saxlamaq
olmazdı? Özü də gürcü həm mərkəzdə oynaya bilir, həm də solda. Hər halda o, ötən
il Şəhriyar kimi Azərbaycan çempionatında yox, Avroliqanın qrup mərhələsində
oynayıb. Artıq üçüncü dəfə təkrar edirəm ki, “Bakı”nın səfərdə uğurlu nəticə
qazanacağına şübhə etmirəm. Amma məni
narahat edən odur ki, “Bakı” “Mura”nı keçsə belə, bu oyunla ÇSKA-ya heç nə edə
bilməz. O cür futbolla bolqarları udmaq qeyri-mümkündü!
“Bakı” kimi ilk oyunda azarkeşləri məyus edən “Xəzər
Lənkəran”ın oyunu izləmədiyimdən çox danışa bilməyəcəm. Amma mənimçün çox
maraqlıdır, necə olur ki, Novruz Əzimov kimi Yunis Hüseynov da fasilədə bir
düz-əməlli hücumçu tapa bilmir? Hər iki klubun maliyyə vəziyyəti yaxşıdır. Bəs
niyə bir güclü forvard tapmaq müşkülə çevrilir? Nə olub, dünyada futbolçu
qıtlığı yaranıb? Deyirlər ki, ikinci hissədə “Xəzər Lənkəran” meydanda yeriyib.
Deməli “Bakı” kimi “Xəzər Lənkəran”da fiziki cəhətdən zəifdi. Görəsən bu komandalara
təlim-məşq prosesində fiziki hazırlıq keçilməyib? Hüseynovun cəmi 1 dəyişiklik
etməsi də anlaşılmazdır. “Meydana kimi buraxsın?” deməyin. Birinci cavabım
“Elnur Abdullayevi” olacaq. İkincisidə ki məşqçi “18-liy”ə salmaq üçün futbolçu
tapa bilmirsə, öz günahıdır. Mən gedib “Xəzər Lənkəran” üçün futbolçu tapmalı
deyiləm ki. Əziyyət çəkib, yaxşı futbolçu tapaydılar. Yoxsa heç kimi heyətə
qatmamış bir neçə futbolçunu göndərməyin nə mənası var idi?
Ümid sonda ölür. Bizim də hələ ki ümidimiz var. Həm
“Bakı”ya, həm “Xəzər Lənkəran”a. İnşallah, hər iki komanda turu keçəcək.
Vahid AYXAN
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |