Dərdi olan dərdsiz "Bakı"
“Bakı”nın “Mura”ya uduzub Avroliqada turu keçə bilməməsinin bircə adı var – BİABIRÇILIQ.
Bu iki klubu bütün konponentlərdə müqayisə etsək,
tərəflər arasında atla uzunqulaq arasındakından da çox fərq var. Ortaya çıxan nəticə
isə “Bakı” ilə müqayisədə “Mura”ya həvəskər komanda adı verə bilmək kimi bir qənaətdir.
Amma onlar həvəskar olsalar da, peşəkar idilər. İşlərinin peşəkarıydılar.
Pulları azdı, geyməyə formaları yoxdu, avtobusları dəbdəbəli deyil, “Bakı” kimi
istədikləri yerə toplanış keçməyə gedə bilmirlər, futbolçuları arzuladıqları
pullları ancaq xəyallarında görür, ümumi büdcələri “Bakı”nın iki futbolçusunun
illik qazancından azdır, hətta istədikləri kimi yeyə də bilmirlər, bahalı otellərdə
qalmaq onlara qismət olmur, amma... Amma istəkləri böyük olmaq, planları daha
yaxşısını əldə etmək, niyyətləri işə peşəkar yanaşma, qabiliyyətləri peşəkar
olmaq, məqsədləri daha çox qazanmaq və qələbə arzuları var. Özü də “Bakı”nınkından
dəfələrlə çox. Onların bir üstün cəhətləri də var, deyirlər ki, “ac ol, amma
kişi kimi oyna”!!!
Görəsən, “Bakı” üçün bu amal nə vaxt prioritet olacaq? “Bakı”nın ac olmasını düşünmək mənasız xülyadır. Burada daha yaxşıdır vəziyyət. Heç olmaya, varlı olub kişi kimi oynasınlar! Görən, bunlar “Mura”dan dərs ala bildilər? Ağılları kəsdi ki, futbolu pulla yox, ağıl, istək və məqsədlə oyanırlar? Bəndənizdən soruşsaz, “Bakı” heç nə də olmayıbmış kimi davranacaq. Guya uduzub qəhramanlıq ediblər!... Gülməli vəziyyətdi, kənardan baxan üçün. Özləri isə ağlamalıdırlar, amma ay-hay bunlar ağladı e...
“Bakı”da sanki həmişə bir plansızlıq olub. Komanda
həmişə Avroliqa oyunlarında problemlərlə üzləşir. Gah belə, gah da elə. Həmişə
problemləri olur. Təşkilatı işləri qaydasında olmur.
“Bakı” bəlkə də Azərbaycanda ən çox
legioner alan komandadır və bu mənada 2-3 klubdan biridir. Amma faydası varmı? “Bakı” o qədər legionerlərdən
fayda görə bilibmi? Bəs nə qazanıb? Əgər qazancları yoxdusa, bu qədər çalışmaq
nəyə gərəkdir? Yoxsa arzuları elə Avroliqada biabır olmaq üçündürmü?
“Bakı” heç vaxt baş məşqçi seçimində düzgün
addım atmayıb. Klub rəhbərliyi elə məşqçi gətirir ki, o, ya fırıldaq olur, ya da
məşqçiliyi bacara bilmir.
“Bakı”nın prezidenti Hafiz Məmmədov klub üçün
ondan nə istənilibsə, hamısını yerinə yetirib. Pul deyirlər pul verir,
stadion deyirlər onu da həll edir, baza deyirlər, tikdirir, futbolçu deyirlər, alır, məşqçi deyirlər, gətirdir. Kəsəsi, su deyirlər su verir, çörək deyirlər
çörək! Bəs “Bakı” Hafiz Məmmədov üçün nə
verir(b)? Heç nə... Yox, verir, amma başağrısı,
stress, əsəb, gərginlik...
Bunların qarşılığında cənab Məmmədov heç
düşünübmü ki, mənim komandamda çatışmayan nədir? Hafiz müəllim, sizin komandanızda
çatmayan yeganə məqam vahid idarə üslunun, vahid idarə heyətinin, klubçuluq sisteminin olmamasıdır. Əgər bunlar olsaydı, komanda Avroliqaya komplekt heyətlə
gedərdi. Çatışmayan qapıçı vaxtında alınar, hücumçu ən azı mövsüm bitən kimi transfer
olunardı ki, heyətə uyğunlaşsın. Bunları vaxtında etmək olmazdımı? Olardı! Heç
uzağa da getmək lazım deyil. Azərbaycanda “Simurq”dan başqa heç bir
klub “İnter”i bəyənmir. Heç olmaya, onlara baxın...
Mənim üçün bir məqam hələ də qaranlıq qalıb. Necə
olur ki, bunu kənardan hamı görür, amma Hafiz Məmmədovun fikrindən yayınır?
Hafiz müəllim, sizin “Bakı” klubu və futbol üçün
etdiklərinizi çox yaxşı bilirəm. Sizdən yaşda çox kiçik olsam da, bir ricada
bulunacam. “Bakı”da vahid idarə heyəti, sistem yaradın. Bu idarərtmə üsulu uçun
sizin klub tam yetişib. Hər bir şəraitə malikdir. Sadəcə, “Bakı”nın vahid idarə
heyətinə, klub sisteminə ehtiyacı var. Elə sistemə ki, orada kimsə kiminsə işinə
qarışa bilməsin. Bütün addımlar düşünülərək, uğur qazanmaq üçün atılsın. İşlər
ancaq hədəfi vurmaq üçün planlansın. Boş yerə mənasız futbolçular transfer
edilməsin. Yoxsa “Bakı”nın ən böyük uğuru elə Azərbaycan çempionu olmaq və
kuboku almaq olacaq. Heç kim sizi klubunuzun beynəlxalq uğuruna görə təbrik etməyəcək.
Əksinə, “Mura” biabırçılıqları davam edəcək, imicinizə ziyan vuracaq.
P.S. Ümid edirəm ki, Hafiz Məmmədov yazdıqlarıma görə məndən inciməz. Elə klubda olan digər insanlar da. Axı, olmayan bir şeyi, özümdən nəyisə yazmadım. Sadəcə görünən dağa turist omayan turistlər üçün bələdçilik etdim.
Vüsal Gözəlov
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |