Heyf səndən, ay “Bakı”...
... NOVRUZ ƏZİMOV, SİZ, ƏN ZƏİF BƏNDSİNİZ!
“Bakı” yenə avrokuboklarda mübarizəni elə ilk mərhələdə
başa vurdu. Amma 2 il əvvəlkindən fərqli olaraq komanda bu dəfə heç bir
kağız-kuğuzun zibilinə keçmədi. Elə öz oyunlarının zibilinə düşdülər. Hələ
0:0-dan sonra Novruz Əzimovu “baltalamaq” istəyirdim, amma baş redaktorumuz Vüsal
“cavab oyununu gözlə, tələsmə” dedi. Düzdü, həmin vaxt bir-iki cümləylə qurdumu
öldürmüşdüm...
...Kim nə deyir, desin, mənimçün bu uğursuzluğun 1
nömrəli günahkarı Novruz Əzimovdu! Çünki nəticəyə məhz baş məşqçi cavabdehdi.
Elə bilməyin ki, Əzimovla qəsdi-qərəzliyim var. Əsla! Amma atalar demişkən,
görünən kəndə nə bələdçi. Hələ ölkə kubokunun finalından sonra yazmışdım ki,
Novruz Əzimovun haqqını yemək kimi anlamayın, amma “Bakı”da həmin gün başqa baş
məşqçi əvəzi başqa məşqçi də olsaydı, komanda yenə qələbə qazanacaqdı. Necə ki
2 il əvvəl Cüneyt Biçər bunu etmişdi. Komanda Novruz Əzimovluq deyil. Elə də
oldu. Əzimov yaxşı insan ola bilər. Futbolçular lap elə onunçun meydanda can da
qoya bilərlər. Amma istək də bir yerə qədərdi. 1, uzağı 2 oyunda belə qələbə
qazana bilərsən. Amma ciddi uğurlar qazanmaq üçün ustalıq səviyyəsi lazımdı.
İlk oyunda “Bakı” meydanda süründü. Komanda fiziki
cəhətdən axsayırdı. Bunu sezmək üçün professor olmaq lazım deyil. Oyuna baxarkən
“Bakı”nın fiziki cəhətdən zəif olduğu adamın gözünə girirdi. Elə bil meydana hərəyə
2 kamaz “kubik” boşaldıb, çıxmışdılar. Həmin vaxt “Mura” bütün diqqəti müdafiəyə
yönəltdiyindən Bakıda uğur qazana bilmədi. Amma cavab oyununda komanda hücum elədi
və qol vurmağın yolunu “Bakı”ya göstərdi. Mən başa düşə bilmirəm, 180 dəqiqə ərzində
bir qol belə vura bilməyən komandanın ikinci mərhələdə nə işi var? Nəyə ümid
edirdilər? Penaltilərə? Bəsdi, güldürməyin. Guya penalti vurmaqda ustadılar
da... “Daçiya”ya, ÇSKA-ya kim penaltilərlə uduzub? Bizim məhlənin ŞİKFERAZ
komandası?
Bəziləri deyir ki, komanda heyətini lazım olan səviyyə
gücləndirmədi. Bunun günahkarı kimdi? Günahı başqasının üstünə atmaq lazım
deyil. Günahkar elə Əzimovdu. Birincisi “Bakı” “Mura”nı elə bu heyətlə də keçməyə
borclu idi. Məgər “Bakı”nın hazırkı heyəti “Mura”dan zəifdi? İkincisi də ki
komandaya lazım olan futbolçular cəlb olunmursa, bunun da günahkarı baş məşqçidi.
Kokeni mən transferə çıxardım? Əgər baş məşqçi sözünü keçirə bilmirsə,
narazılığını ifadə edə bilmirsə, günahkar yenə də özüdü.
Həmkarlarımdan birinin yazdığı kimi, əgər bir məşqçi
artıq 29-cu dəqiqədə əvəzetmə edirsə, deməli o heyəti düzgün müəyyənləşdirə
bilmədiyini boynuna alır. Olmazdı ki, Rəhmanın əvəzinə elə Soliç meydana start
heyətində çıxsın? Mən də istərəm ki, start heyətində Rəhman, Nurlan, Şəhriyar,
Elşad və başqaları olsun. Amma realist olmaq lazımdı. Onlar bu gün avropalıq
deyillər. Bir haşiyəyə çıxım. 2 il əvvəl “Buduçnost”la oyunlardan öncə həmin Rəhman
17 yaşında idi və “Altay”ın düşərgəsində hazırlıq keçmişdi. Sizi inandırım ki,
həmin vaxt Rəhman formasının pik nöqtəsində idi. Amma həmin vaxt Rəhmana şans
verilmədi. Görəsən, geridə qalan 2 il ərzində nə dəyişib ki, indi Rəhman əsas
heyətdə meydana çıxıb? Heç nə. Dəyişən yalnız onun 2 yaş böyüməsidi. Həmin
vaxtkı formasından isə əsər-əlamət yoxdu.
Qola hava-su kimi ehtiyacı olan komandanın məşqçisi
ikinci hücumçunu meydana 72-ci dəqiqədə yox, daha tez buraxmalıydı. Əzimov
va-bank getməklə də ikinci qolu gördü qapısında. Deməli, o həm də oyunun
gedişinə təsir göstərə bilmədi.
Oyunun statistikasına baxarkən yadıma 2000-ci ildə
Avropa çempionatının qrup mərhləsində baş tutan İtaliya - İsveç oyunu yadıma
düşdü. Səhv etmirəmsə, elə həmin görüşdə də skandinaviyalılar 11 künc zərbəsi
yerinə yetirib, qol vura bilmədikləri halda Di Biacco “Skuadra Adzurra”nın yeganə
kornerini qola çevirmişdi. Dünən eyni halla “Bakı” da qarşılaşdı. Komanda
ard-arda künc zərbələri yerinə yetirir, rəqib topu uzaqlaşdırır. Növbəti
standart vəziyyət, yenə də eyni ssenari. Halbuki 3-4 dəfədən sonra fərqli bir
şey etmək lazım idi. Amma Novruz Əzimovun “Bakı”sı bunu edə bilmədi.
Yazdıqlarımı oxuyub, “Əzimovu bu qədər “baltalama”
deyə bilərsən, hörmətli oxucu. Amma o həqiqətən də uğursuzluğun 1 nömrəli
günahkarıdı. Gözlədim ki, Əzimov istefa verəcək. Amma olmadı. Axı hər məşqçi
Nazim Süleymanov ola bilməz. Süleymanov kişi kimi “Minsk”i keçə bilməsəm, gedəcəm”
demişdi, getdi də. Halbuki “Minsk” heç də “Mura”dan zəif komanda deyil. Amma
Novruzov mətbuat konfransında “Hamı kimi mən də günahkaram” dedi. Hətta “bütün
günahlar məndədir” deməyə belə cürəti çatmadı. Diqqət yetirin, "hamı kimi mən də".
Yəni ki məşqçi ilk növbədə başqalarını günahlandırır, sonra özünü.
Heyf səndən, ay “Bakı”. Heyf Hafiz Məmmədovun xərclədiyi
pula, qurduğu infrastruktura. Çox heyf. Bu gün “Bakı”nın akademiyasında təhsil
alan uşaqlar nəyə baxıb, həvələnsinlər? Özündən qat-qat zəif “Mura”nın “Bakı”nı
necə diz çökdürməsinə? Bizim futbolçularımızın ən böyük problemlərindən biri də
uşaqlıqdan məğlub psixologiyasında böyümələridi. Axı onlar özlərindən böyüklərinin
qələbəsini görməmiş, necə gələcəkdə buna həvəslənə bilərlər?
Heyf səndən ay, “Bakı”. Heyf Zeynal Məmmədovun, Nail
Əliyevin, Yaşar Seyidovun çəkdikləri əziyyətə. Onlar komandanın uğur qazanması
üçün hər şey etdilər. Amma cifayda.
Heyf səndən ay, “Bakı”. Heyf ki, tarixinə daha bir
qara ləkə düşdü.
P.S. Kaxaber Tsxadadze və Yunis Hüseynov mərhələ keçdi. Eyni uğuru Böyükağa Hacıyevin də təkrarlayacağına inanırıq. Deməli, Novruz Əzimov avrokuboklarda iştirak edən məşqçilər arasında ən zəif bənddi.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |