“Neftçi”, flaqmanlığını sübut et! YAZI
“Neftçi” Çempionlar Liqasına uğurla start verdi. Hər
nə qədər statistika əleyhimizə olsa da, bu dəfə gürcüləri darmadağın etdik.
Bütün “Neftçi” camiası təvazökarlıq edib, cütün taleyinin hələ həll
olunmadığını, hər şeyə cavab matçından sonra aydınlıq gələcəyini desə də,
“Neftçi”ni artıq üçüncü mərhələyə yüksəlməsi münasibəti ilə təbrik edirəm!
Çempionumuz ondan gözləniləni verməyi
bacardı. “Əşşi, Gürcüstan çempionunu udublar da” deyənləri anlaya bilmirəm. Məgər
bir neçə il qabaq “Bakı”nı Çempionlar Liqasından kənarlaşdıran “Sioni”
Monqolustan çempionu idi? Yoxsa, hər il avropaya onlarla Kaladzelər, Arveladzelər,
Kobiaşvililər “ixrac” edən Gürcüstan yox, Azərbaycandı? Cavid Hüseynovun Türkiyənin
birinci liqasına transfer olunmasına sevinirik. Vaqif Cavadov “Tvente”yə keçərkən
onu az qala dövlət tədbiri ilə yola salacaqdıq... Sözümün canı odur ki,
Gürcüstan futbolu bizimkindən çox qabaqdadı. Və biz də bu ölkənin çempionunu
üstələyəcəyimizə görə sevinməliyik. Dəfələrlə təmsilçilərimizin özündən qat-qat
zəif komanda qarşısında aciz qalmasına şahid olmuşuq. Arxivi eşələməyə ehtiyac
yoxdu, “Bakı”nın “Sloveniya faciəsi”nin yeddisi srağagün oldu, qırxı da heç çıxmayıb.
“Neftçi” “Zestafoni”ni pulla alıb” fərziyəsini
ortaya atanları isə ümumiyyətlə, anlamıram. Vallah, belə şeyləri eşidəndə
düşünürəm ki, bizim erməni dığasına ehtiyacımız yoxdu, elə özümüz-özümüzə düşmənik
də. Belə bir fikri axı necə səsləndirmək olar? Nə olsun ki, SOCAR Gürcüstan
futboluna yardım edir. Vallah, ayıbdı, gülməlidi, həm də ağlamalıdı. Bunu
ortaya atan azərbaycanlıdı. Azərbaycanlı Azərbaycanın uğuruna kölgə salır. Pula
qalsaydı, elə Rail Məlikov demişkən, komanda daha niyə Avstriyada əziyyət çəkirdi?
Elə pulunu verib, oyunu alardı da. Ayıbdı, ölkənin adını daşıyan, Azərbaycanın
bayrağını yüksəldən futbolçuların zəhmətinə, axıtdıqları tərə, ayıbdı, “Dalğa
Arena”da çempionumuzun uğuru üçün boğazını cıran azarkeşlərin zəhmətinə
heyfiniz gəlsin. Pulla gürcüləri almaq mümkün olsaydı, elə 6 il qabaq “Bakı”
alardı da. Birincisi nə “Bakı”, nə də “Neftçi” heç vaxt bu cür çirkin işlərlə məşqul
olmayıb, olmaz da. İkincisi də ki Çempionlar Liqası hər həftə sonları Bakı küçələrində
təşkil olunan yarmaka deyil.
“Neftçi” uğura öz əməyinin sayəsində nail oldu. Bu
uğurda ən əsas pay təbii ki futbolçularla yanaşı rəhbərlik və məşqçilər korpusudu.
Mövsümöncəsi bir neçə aparıcı futbolçu komanda ilə vidalaşdıqdan sonra çoxları
“Neftçi”ni tənqid atəşinə tutdu. Həqiqətən də vəziyyət ilk baxışdan gərgin
görünürdü. Amma vaxtında edilən transferlərlə “Neftçi” vəziyyətdən çıxmağı
bacardı. Komandanın ardıcıl iki dəfə çempion olmasında böyük rolu olan
futbolçuların əməyini kiçiltmirəm. Amma “Zestafoni”yə qarşı ilk matç göstərdi
ki, həqiqətən də futbolda əvəzolunmaz oyunçu yoxdu. Hətta komandanın “vuran
ayağı” Bahadır Nəsimovun meydanda olmaması belə “Neftçi”nin uğur qazanması mane
ola bilmədi. Həmin günü komanda həqiqətən də möhtəşəm idi. Yenilərdən Bertuççi
və Ramosun çıxışı daha möhtəşəm alındı. Kanales də pis təsir bağışlamadı. Hər nə
qədər meydanda parlaq görünməsə də, hücumçunun əsas işi qol vurmaqdı ki, çilili
də bunun öhdəsindən gəldi.
Hər zaman demişəm, klublarımızın əsl gücü Avropada
bilinir. Bunun nəticəsidir ki, illərdi çempion ola bilməməsinə baxmayaraq,
“Qarabağ” bu gün ölkənin ən çox sevilən klubudu. Amma “Neftçi”nin “köhnə qitə”də
yeni tarix yazmaq şansı var. Dünən keçirilən püşkatmadan sonra məlum oldu ki,
çempionumuz növbəti mərhələdə ya “Jlina”, ya da “Hapoel”lə qarşılaşacaq. Bu isə
azərbaycanlı futbolsevərlərin qəlbində inam hissi yaradıb. İllərdi həsrətlə
BATE, “Şerif” kimi klubların çıxış etdiyi Avrokubokların qrup mərhələsinə bəlkə
də heç vaxt olmadığı qədər yaxınıq. Məni bəlkə də tələskənlikdə
günahlandıracaqsan, hörmətli oxucu. Amma “Neftçi”nin möhtəşəm çıxışı məndə belə
bir inam yaradıb. Düzdü, həm “Jlina”, həm də “Hapoel” güclü rəqibdi. Amma
keçilməsi mümkündü. Heyətə daha bir-iki səviyyəli futbolçu transfer etməklə illərdi
arzusunda olduğumuz Avrokubokların qrup mərhələsinə qatıla bilərik. Bunun üçün ilk növbədə inam olmalıdı. Amma bu
inam təkcə komandada, futbolçularda, rəhbərlikdə yox, bütün Azərbaycan futbolunda,
azarkeşlərində olmalıdı. Çempionumuz mühüm oyuna çıxır, amma biz cəmi 7 min
tutumu olan stadionu belə doldura bilmirik. Budu bizim komandamıza verdiyimiz dəstək?
Uğursuzluq olan kimi hər kəs gileylənir. Amma, bir anlıq düşünün və özünüzə
sual verin: mən uğur gözlədiyim bu komanda üçün nə etmişəm?
“Neftçi” Azərbaycan futbolunun flaqmanı hesab
olunur. Düzdü, komandanın əzəli rəqibləri bu ifadəni qəbul etməyib, əksini
deyirlər. Bəziləri də avrokuboklardakı son uğurları nəzərə alaraq, “Qarabağ”ı
bu ada layiq görür. Amma indi “Neftçi”nin əlinə gözəl fürsət düşüb. Çempion
avrokubokların qrup mərhələsi adlı arzunu reallaşdırsa, həm ilkə imza ata bilər,
həm də həqiqi flaqman olduğunu sübuta yetirər. Haydı “Neftçi”, irəli!!!
|
||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |