Peşəkar Futbol Liqasının ümummilli lideri
Ramin Musayevin yeni bəyyanaməsinə əsasən, heç bir telekanal pul ödəmədən
Premyer Liqanın oyunlarını nə çəkə, nə də göstərə bilər. Çox qəşəng idyeadır e,
pul qazanmaq üçün! Musayev ikinci dəfə PFL-ə başkan seçiləndən sonra, deyəsən,
diktatorluq ideyasına düşüb. böyük ehtimlla, Musayevin başı yaman qarışıqdı, yoxsa bilərdi
ki, diktatorlar bir-bir tarixin yaddaşına keçməklə məşğuldur.
Musayevin yeni qərarını futbol adına pul
qazanmaq baxımından nəinki iki əli alqışlayır, hətta iki ayqla təpikləyirəm də.
Amma.... amma hansı futboldan pul qazanacaq? boş tribunalar önündə keçən
oyunlardan? Başkan qərar verib ki, Premyer Liqanın yayım hüququnu almaq istəyən
500 min manatından keçməlidir. Bu çempionatın dəyəri nəinki 500 min manat, heç
5 qəqiyə də dyməz. Tfu o kanala da ki, 500 min verib yayım hüququn almaq istəyir.
Elə güman ki, Musayev stadiona gedəndə
tribunalar onun gözünə tıklım-tıklım dolu görünür. Yoxsa hansı səbəblə 500 min
eşqinə düşüb, bilmirəm. Bu kişi bu qərarıyla özünü gülünc vəziyyətə salıb deyərdim,
amma demirəm. Çünki onun qərarının arxasında başqa mətləblər dayanır. Musayev
yaxşı dərk edir ki, yayım hüququ üçün heç bir tərəf ona 500 min manat ödəməyəcək.
Elə görüntü üçün pul ödəyən də olmayacaq. Bunu yaxşı anladığından pul söhbətini
ortaya atıb ki, Premyer Liqanın oyunlarını heç kim çəkə bilməsin. Bununla da,
oyunlar zamanı oynanılan oyunları millət, xalq "narod" görməsin. Axı
bundan əvvəl açıq bazar idi. Bütün telekanallar, hətta saytlar belə əlinə
balaca bir kamera alıb Premyer Liqanın oyunlarında baş verən hakim
özbaşınalıqların, verilən səhv qərarları çəkir, hamıya göstərirdi. Bax
Musayevin bütün düşündükləri bu təhər zadlardı ki, fırıldaq işlərinin üstünə yorğan çəksin. Görəsən bu dəfə
hansı klubdan sifariş alıb ki, onu çümpion edəcək?
Musayev, siz elə ölçüdə yorğan tapa bilməzsiz
ki, üstünüzü bütün örtsün. Aşağı çəksəz başınız, yuxarı çəksəz ayağınız çöldə
qalanacaq. Onsuz da, hamı nələr baş verdiyini yaxşı biləcək, görəcək! Özünüzü
gülünc vəziyyətinə salmayın, imkan verin, gəlsinlər, çəksinlər. Arada vaxtınız
olanda bir düşünün, siz hansı oyunları pulla satmaq istəyirsiz?