Sındırılan Vaqif Cavadov
Azərbaycan millisinin "Dalğa Arena"da
Avstriyaya uduzmasından sonra Vaqif Cavadovun heyətdən qovulması barədə çox
yazılıb. Bu hadisə hər birinizə məlumdu. O zaman Vaqif Berti Foqtsla Elxan Məmmədovu,
onlar da öz növbələrində Vaqifi günahlandırırdılar. Vaqif qapını-pəncərəni təpikləyirdi
ki, ona qarşı haqsızlıq edilib, özünün heç bir səhvi falan yoxdu. Hətta bir ara
eşitdim ki, Vaqif ona qarşı edilən bu haqsızlığa görə özünü 9 mərtəbəli binanın
birinci mərtəbəsinin balkonundan ataraq intihar da etmək istəyib. Amma Vaqifin
o zamankı sözləri fısss çıxdı. Demək ki, Cavadov o vaxtlar ancaq çərənləməklə məşğul
imiş. İndi balaca Cavadova sual verirəm, o zaman özünü niyə lezvaıyırdın, niyə
şüvənlik edirdin ki, haqlısan, sən qarşı haqsızlıq edilib? Əgər bunlar
doğruydusa, bəs bu gün niyə hamıdan üzr istəyirsən?
“Avropa çempionatının seçmə mərhələsində Avstriya
millisinə qarşı keçirdiyimiz oyunda məğlub olmağımız psixoloji cəhətdən mənə mənfi
təsir etmişdi və emosional vəziyyətdə artıq çoxlarına məlum olan həmin xoşagəlməz
hadisə baş vermişdi. Əlbəttə ki, həmin hadisə məni çox təəssüfləndirir. Mən bu
hərəkətimə görə AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyir və bir
futbolçu kimi Azərbaycan futbolunun inkişafına bacardığım qədər yardımçı
olmaq fikrindəyəm”.
Bu sözlər Vaqifə aiddir. Gədəni sındırıblar, çağırıb AFFA-da danışıblar, sonra da ondan bu açıqlamaları alıblar. İndi kimdi haqlı? Elxan da, Foqts da deyə bilər ki, biz haqlı olmasaq, Vaqif indi, o zman etdiyi hərəkətinə görə üzr istəməzdi. O vaxt Vaqifi milliyə xəyanət etməkdə günahlandırırdılar. Vaqifin bu açıqlamalarından sonra aydın olur ki, o, həqiqətən milliyə xəyanət edibmiş.
Milliyə xəyanət edən futbolçuya hər söz deyilə bilər.
Şərəfsizdən tutmuş, vicdansıza qədər. Vaqif, indi de görək, sən nəyə, və yaxud
da, bunlardan hansına layiqsən?
Millinin taleyi milliyə xəyanət edən futbolçunun əlində olsa belə, o futbolçu bağışlanmamalıdır. Çünki milliyə xəyanət etmək vətən xaini kimi bir şeydi. Vətən xainləri isə heç vaxt bağışlanmır. Yoldaş Məmmədov Elxan, vətən xainini bağışlamaq elə onunun xəyanətinə şərik olmaq demək deyil? Belə insanın hansı sözlərə layiq olduğunu isə yuxarıda çox yumşaq şəkildə qeyd etdim.
Vüsal Gözəlov
|
||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |