"Neftçi"nin yeni virusu
"Neftçi" klubuyla bağlı o qədər yazırlar. Bunlar arasında doğru olanları da var, həqiqəti əks etdirməyənləri də. Hətta iddia edənlər də var ki, "Neftçi"də yaranan komandanı - kollektivi, güclə - zor gücünə saxlayırlar. Yəni klub prezidenti Sadıq Sadıqovun qoluzorluları hərbə-zorba gələrək futbolçuları yumruq halına gətirib. Siz buna inanırsız? Mən qəti! Bəlkə də inanardım, amma arxada qalan qışın yanvar ayında şahidi oldum ki, yalan söhbətdi. "Neftçi"nin Antalyada təşkil olunan təlim-məşq toplanışına qatıldım. Komanda ilə məşqə gedir, məşqini izləyir, oyuna gedir, oyunlarına baxır, oteldə futbolçularla yemək yeyən birisi kimi bunların cəfəngiyat olduğunun şahidi oldum. Orada hər şey göz önündə idi, futbolçularla rəhbərlik arasında həqiqətən böyük mehribançılıq vardı. Bunu görüb, amma yazmayan insafsız insan olar.
Ondan sonra komanda çempion oldu, kubokun
finalın oynadı və Çempionlar Liqasının ilk təsnifat mərhələsini keçərək ikincidə
rəzil məğlubiyyətlə bu turnirlə vidalaşdı. İsraildə rəqibinə 4:0 hesabıyla
uduzan "Neftçi"də "vurulanlar" tez ortaya çıxdı. Komandanın
baş məşqçisi əvəzi Tərlan Əhmədov "Zestafoni" ilə Gürcüstandakı
oyunda zəif təsir bağışlayan Rail Məlikov haqda verilən suala "Mən Rail Məlikovun
oyunundan tam razıyam. Rail bu komandanın kapitanıdır, lideridir. Railin yerinə
komandaya yeni futbolçu almaqdan söhbət gedə bilməz" sözləriylə verdiyi
cavabı çox tez, özü də asanlıqla unutdu. Rail Məlikov komandadan göndərildi,
Rauf Mehdiyevlə İqor Mitreski də ona yolçu qoşuldu. Gecikən qərar idi. Rauf
mövsüm başa çatan kimi göndərilməliydi. Niyə fikirləşirdilər, nəyi gözləyirdilər?
Bilmirsiz? Tərlan Əhmədov "Zestafoni" ilə Bakıdakı oyundan sonra
demişdi ki, Raufun ayağı onlara düşərlidir, bunun üçün də ona şans verirlər.
Qapıçını oyunçu keyfiyyətinə, son hazırlığına görə yox, ayağının düşüb-düşmədiyinə
görə əsas heyətə götürən komandadan -
onun məşqçilərindən İsraildə 4:0-lıq məğlubiyyətdən başqa nə gözləmək olardı?
Railin də yaşı öz sözünü deyir. İnsan kimi çox yaxşı oğlan olan Məlikov artıq
yüksək səviyyədə oynaya bilmirdi. Mitreski isə sadəcə hər oyunu yola verməklə məşğlu
idi. Makedoniyada otellər şəbəkəsi olan, ölkəsində böyük biznes sahibi kimi tanınan
müdafiəçi karyerasının son illərində "Neftçi"yə yalnız artıq qazanc mənbəyi
kimi baxmaya bilməzdi. Sizə belə futbolçu lazım idi?
Yoxsa sizə Mahir Şükürov kimi futbolu bitmiş,
tükənmiş oyunçu lazımdı? Məgər başqasını tapa bilmədiz? Yoxsa Mahirin hansı insani
və futbolçu keyfiyyətlərinə sahib olması barədə xəbəriniz yoxdur? Məgər
bilmirdiz ki, Şükürov "Qəbələ"dən nəyə görə qovuldu?
Yazının əvvəlindəki mətləbdən uzaqlaşmayım. Sözün həqiqi mənasında Sadıq Sadıqov "Neftçi"də bir ailə yarada bilib. Ancaq tam əmin ola bilərsiz ki, bundan sonra bu ailədə parçalanma yaranacaq, düşərgədəki ab-hava pozulacaq. Ümumiyyətlə, sadaladıqlarımın tamamilə məhv olması üçün "Neftçi"nin iki yerli futbolçu - Kamran Ağayev və Mahir Şükürovu alması bəs edərdi. Bunlar isə sonuncunu aldılar, amma nə fərqi, səbətdə gilasın birinin çürük olması yerdə qalanlarının də ifunət iyi verməsinə bəs edər. Buradan klubun prezidenti Sadıq Sadıqova səslənirəm, başınız sağolsun, yaratdığınız o ab-havaya virus düşdüyü üçün!
P.S. Avroliqanın pley-off oyunlarında
"Neftçi"nin bir futbolçusunun dopinq-testdə yaxanlanması, onun
qanında istifadəsi qadağan olunan hansısa "mal"ın növündən tapılması
barədə xəbər eşitsəz, qəti təəccüblənməyin, olan işdsi! Kişi siqaret də çəkər,
nəşə də!
P.P.S. Lap indi yadıma düşdü. Tərlan Əhmıdov deyir ki, Raillə Raufu ona görə mövsümün sonunda göndərməyiblər ki, onların potensialının açılacağına güman ediblər. Millət, futbolçu olmayan, futbolçu yetişməyən bir ölkədə, birinin yaşı 30-u keçmiş digəri isə 40-ı haqlayan oyunçudan potensialının açlacağını gözləmək olar? Hazırda saata baxıram... 03:42... Özüm ölüm, içimdən bir gic gülmək gəlir... Nə gülərdim, amma gecənin bu vaxtı gərək özünü ağır aparasan!..
P.P.S-lardan çox yazdım, QEYD: Bu virus çox təhlükəlidir. Hətta "H1N1"dən də. Sonra sizə heç "kasperiski"də kömək etməyəcək, nə qədəb "obnovit" etsəz də, xeyri olmayacaq. Çünki virus artıq yayılmağa başlayıb. Bildiyim qədəriylə, ilk gündən də Rəşad Sadiqovu "qaralayıb"...
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |