Məhv olan istedad YAZI
Hər nə qədər Avropada istər milli, istərsə də klub
səviyyəsində uğur qazana bilməsək də, ölkəmizdə istedadlı futbolçuların
varlığını danmaq insafsızlıq olardı. Amma reallıq budur ki, həmin futbolçuların
əksəriyyəti müəyyən yaş həddinə çatdıqdan sonra itib, batırlar. Bunun konkret səbəbini
demək çətindi. Amma reallıq budur ki, gözümüzün qabağında daha bir istedad məhz
olub gedir. Bəxtiyar Soltanovu nəzərdə tuturam. Hələ 17 yaşında ermənilərə 2
qol vurmaqla parlayan Soltanov bu gün demək olar ki, futbolsuz qalıb. Heç kim
inciməsin, amma şəxsən mən Bəxtiyarı müstəqil Azərbaycan futbolunda Zaur
Tağızadə və Rəşad Sadıqovdan sonra ən istedadlı futbolçu hesab edirəm. Bu
oğlanda həqiqətən də böyük potensial var (bəlkə də burada “var idi”
yazmalıydım). Amma gəl ki, heç cür özünü göstərə bilmir (bilmədi). Bunun da səbəbi
məlum deyil.
Bayaq da dediyim kimi, Bəxtiyar Azərbaycan
futbolunda özünü hələ bir neçə il əvvəl tanıdıb. U-17-nin heyətində ermənilərə
2 qol vuran bu oğlan dərhal diqqəti üzərinə çəkməyi bacarmışdı. Hətta həmin
vaxt “Bakı”nın prezidenti Hafiz Məmmədov hava limanına xüsusi maşın göndərərək,
Soltanovu dərhal klubun ofisində qəbul etmiş və düşmənlərimizlə oyundakı möhtəşəm
çıxışına görə mükafatlandırmışdı. Amma millinin heyətindən döndükdən sonra
Soltanov “Bakı”nın əsas heyətinə düşməkdə çətinlik çəkirdi. Bu da səbəbsiz deyildi.
Axı həmin vaxt “zolaqlılar”ın heyətində Leandro Qomeş və Fernando Peres kimi cənubi
amerikalılar meydan sulayırdı. Şübhəsiz,
Bəxtiyarın onlarla rəqabətdən qalib ayrılması çətin idi. Amma bir müddət sonra
Bəxtiyarın əlinə gözəl fürsət düşsə də, o bundan yararlanmadı. Roman Pokoranın
başçılıq etdiyi “Simurq” Soltanovu icarəyə götürmək istəyirdi. “Bakı” da onu
buraxmağa hazır idi. Gəl ki, Soltanov Zaqatalaya, ümumiyyətlə əyalətə getməkdən
imtina etdi. Hesab edirəm ki, Soltanovun ilk səhvi də məhz bu oldu. Kim bilir,
bəlkə də həmin vaxt “Simurq”a keçsəydi...
“Bakı-2”də gününü keçirən Soltanovun ulduzu Coko
Hacıyevskinin gəlişindən sonra parladı. Gənc hücumçunun ikinci komandada cəmi 1
məşqinə baxan makedoniyalı mütəxəssis istedadını görüb, dərhal onu əsas
komandaya cəlb etdi. Tezliklə Haciyevskinin rəhbərliyi altında meydana çıxan
Soltanov hətta 2007/08 mövsümündə vurduğu 7 qolla “Bakı”nın ən yaxşı bombardiri
də oldu. Növbəti il Soltanov üçün daha uğurlu oldu. Çempionlar Liqası kimi
nüfuzlu turnirdə Haciyevski heç nədən çəkinməyərək, gənc hücumçuya ilk oyundaca
şans verdi. Sağ cinahda “at oynadan” Soltanovun ulduzu yenidən parlamağa
başladı. “Ekranas”la oyunlarda möhtəşəm çıxış edən Bəxtiyar hətta milli
komandaya da dəvət aldı. Amma sonradan “o qapıya zərbə vurmur” deyən Foqts
Soltanova daha dəvət göndərmədi.
O zaman, daha da konkret desəm, “Bazel”lə İsveçrədəki
oyundan öncə “zolaqlılar”ın qaldığı “Hilton” otelində həmin vaxt Foqtsun əsas
köməkçisi olan Vaqif Sadıqovla gənc futbolçu haqda xeyli müzakirə aparmış, hətta
az qala mübahisə belə etmişdik. O vaxtlar milliyə cəlb olunan Daniel Axtyamovun
Bəxtiyardan daha zəif olduğunu iddia edirdim. Amma Sadıqov mənimlə razılaşmır,
öz arqumentlərini gətirirdi. Təbii ki, Vaqif bəy Azərbaycan futbolunda can
qoyub, bu sahəni də məndən qat-qat yaxşı bilir.
Haciyevskinin gedişindən sonra Bəxtiyarın oyununda
eniş hiss olunurdu. Düzdü, Bülənt Qorxmaz da Bəxtiyara güvənir, demək olar ki,
daim ona əsas heyətdə şans verirdi. Amma Soltanov getdikcə “əriyirdi”. Şeferin
gəlişi isə Soltanovu “məhv etdi”. Məşqlərin birində Leandro Roşa ilə
dalaşdığına görə adı “qara siyahı”ya salınan Soltanov “dubl”da məşq etməyə
başladı. Alman məşqçini Starkov əvəzləyəndən sonra Soltanov bir müddət əsas
komandada görünsə də, əvvəlki Bəxtiyardan əsər-əlamət yox idi. Nəhayət Bəxtiyar
onu yetişdirən, tanıdan “Bakı” ilə vidalaşaraq, “Qarabağ”a üz tutdu. Həmin vaxt
çoxları hesab etdi ki, artıq Bəxtiyarın işləri yoluna düşəcək. Çünki azərbaycanlı
futbolçulara qucaq açan Qurban Qurbanov kimi məşqçinin rəhbərliyi altında Bəxtiyar
yalnız və yalnız irəli getməliydi. Ağdam klubunun heyətində Avroliqada “Banqa”ya qarşı ilk
matçda ehtiyatda qalsa da, meydanda çıxdıqdan cəmi bir neçə dəqiqə sonra qol
vuran Soltanov yavaş-yavaş özünə gəlməyə başlayırdı. Daha sonra Avropanın
say-seçmə klublarından olan “Brügge”nin də qapısına yol tapdıqdan sonra düşünüldü
ki, budur, Soltanov yenidən, üçüncü dəfə özündən söz etdirəcək. Amma zaman bunun
əksini göstərdi. “Qarabağ”ın ehtiyat oyunçular skamyasının daimi sakininə
çevrilən “Baxa” ara-sıra 5-10 dəqiqə meydana çıxırdı ki, bu müddətdə də özünü
göstərməsi qeyri-mümkün idi. Çünki həm vaxt azlığı, həm də oyun təcrübəsinin
yoxluğu özünü biruzə verirdi. Beləcə, bir neçə gün əvvəl xəbər yayıldı ki,
Soltanov “Qarabağ”dan gedir. Qurban bəyin Bəxtiyara niyə şans verməməsinin səbəbini
dəqiq deyə bilmərəm. Amma daim yerli futbolçulara güvənən, Azərbaycan futboluna
Əfran İsmayılov, Rauf Əliyev, Qara Qarayev kimi gəncləri tanıdan məşqçinin
Soltanovu yenidən kəşf edə bilməməsinin səbəbi anlaşılmazdır.
Artıq bu gündən etibarən Bəxtiyarın karyerasında
yeni səhifə açılır. O “Kəpəz”ə üz tutub. Bir vaxtlar bəyənməyib, getmədiyi əyalətə
yollanır Soltanov. Mehdiabadlı Bəxtiyar ilk dəfə Bakıdan kənarda oynayacaq. Bu
çətin yolda ona uğurlar arzu edirəm. Ümid edək ki, Soltanov yenidən özünü göstərəcək.
Malik olduğu böyük potensialı məhv olmağa qoymayacaq. Yazının əvvəlində də
dediyim kimi, çox böyük istedada malikdir Soltanov. İndi qalır yenidən əvvəlki
Bəxtiyarı xatırlatmaq. Azdan-çoxdan tanıyıram onu. Nə pul dalıycan qaçandı, nə
də qız-mız. Özü də dindardı. Qardaşyana məsləhət verirəm, Bəxtiyar başını aşağı
salıb, məşqini elə. Sən çox şeyə qadirsən, buna inan. Əminəm ki, tezliklə əvvəlki
Bəxtiyarı görə biləcəyik. Bir vaxtlar səni bəyənməyənlərə, o cümlədən də “qapıya
zərbə vurmur” deyərək, sənə ağız büzən Foqtsu susdurmaq üçün oynamalısan. Sənə
daim dayaq olan qardaşların üçün oynamalısan. Ən əsası Azərbaycan futbolu üçün
oynamalısan. Əminəm ki, keçmiş komanda yoldaşın Mahmud Qurbanov Gəncədə sənin
daha da irəli getməyinçün əlindən gələni edəcək. Bu yolda sənə uğurlar. Ümid edək
ki, başda Zaur Tağızadə olmaqla potensialını tam aça bilməyib, karyerasını
yüzminlərlə futbolsevərin istədiyi kimi tamamlamayan istedadların sırasına
qoşulmayacaqsan!
Vahid
AYXAN
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |