“Peşəkar”lar YAZI
Peşəkarlıq.
Bu söz Azərbaycan futbol ictimaiyyətinin ən çox
sevdiyi və işlətdiyi 3 sözdən biridi. Digər ikisi də yəqin ki, uğur və səviyyədi. Hansı klub rəsmisini, futbolçusunu, məşqçisini
danışdırsan, tez-tez bu 3 sözdən istifadə edəcək. Amma təəssüf ki, həmin o ifadələrin
heç biri bizim futbola aid deyil. Çünki bizdə səviyyəli klub yaradıb, uğur
qazanmaq üçün peşəkarlar yoxdu.
Əksini iddia belə etməyin. Uğurumuz
var? Nə? “Neftçi” Avroliqanın play-off mərhələsinə yüksəlib? Həmin mərhələyə 3
il əvvəl 24 saat ərzində “Bakı”, ardınca da “Qarabağ” yüksəlmişdi. “Birlik
Kuboku”? O turniri “Bakı”dan başqa son dövrlərin bütün çempion klublarımız
qazanıblar. Niyə? Çünki başqaları üçün onun zərrə qədər də əhəmiyyəti yoxdu!
“Dux”unuz var idi, “Spartak”la Kiyev “Dinamo”su yarışa əsas heyətlə qatılanda
qazanardız da.
Mətləbi çox uzatdım. Sözümün canı peşəkarlıqdı. Hansı ki o gözəgörünməz məfhumdan
bizdə yoxdu. Buna bir neçə gün əvvəl bir daha əmin oldum. Türkiyə Superliqsının
birinci turunda keçirilən “Əskişəhirspor” - “Akhisar Bələdiyyəspor” oyununda ikincilərin
heyətində çıxış edən Gürşat Duymuşun inamlı oyunu dediklərimi təsdiqləyirdi.
Duymuş hər dəfə inamlı oyunu ilə rəqib hücumlarının qarşısını kəsərkən, hər dəfə
topu cərimə meydançasından uzaqlaşdırarkən düşünürdüm ki, görəsən onun Denis
İvanovsdan, Duje Bakoviçdən nəyi əskikdi? Bilənlər bilir ki, Gürşat 2009-cu ildə
məhz “Bakı”da çıxış edib. Qışda komandaya qoşulan təcrübəli futbolçu tezliklə səviyyəsini
nümayiş etdirdi. Azərbaycan Premyer Liqasındakı ilk oyundaca - “Turan”la görüşdə
qol vurmaqla yanaşı, arxa xəttin də toxunulmazlığını təmin edirdi. Bəli, Duymuş
çox səviyyəli futbolçu idi. Bateslə birlikdə “Bakı”nın müdafiə xəttində inamlı
çıxış edirdi. Məhz bu ikilinin sayəsində “Bakı” həmin mövsüm gümüş medalları,
eləcə də kuboku qazandı. Düzdü, zədəli olduğuna görə türkiyəli müdafiəçi
kubokun finalında forma geyməmişdi, amma komandanın həlledici görüşə yüksəlməsi
üçün xeyli əmək sərf etmişdi. Bir sözlə, Duymuş yaxşı futbolçu idi. Xarakterində
liderlik var idi. Komandanı arxasında apara bilirdi. Amma mövsüm başa çatan
kimi Duymuş “Bakı”ya lazım olmadı. Çox maraqlıdır, komandaya daha az fayda verən
Aleksey Savinovla 3 illik müqavilə imzalandı. Hansı ki həmin sözləşmənin müddəti
hələ də bitməyib. Amma Savinovun “Bakı”nın formasını sonuncu dəfə nə vaxt
geydiyini yəqin ki moldovalı müdafiəçinin özündən başqa heç kim xatırlamır.
Bax, bizim peşəkarlığımız məhz
budur. Komandaya bir o qədər də fayda verməyən biri ilə 3 illik müqavilə
imzalayırıq, uğur üçün canını qoyana isə “yaşlıdır”, “zədəsi gec bərpa
olunacaq” və s. kimi bəhanələr yapışdırıb, geri göndəririk. Zaman kimin haqlı,
kimin haqsız olduğunu ortaya çıxarır. Bu gün Gürşat Türkiyə Superliqası kimi
güclü çempionatda əsas heyətdə mübarizə aparır, Savinov isə Qazaxıstanın
sıradan bir klubuna belə lazım olmur. Budur bizim peşəkarlığımız. Elə bilməyin ki, bir oyunun təsirinə düşüb, belə
yazıram. Ya da Savinovla qəsdi-qərəzliyim var. Əsla! Sadəcə olaraq həqiqətin
gözünə düz baxmaq lazımdır. Yox, “Bakı”nı qeyri-peşəkarlıqda da suçlamıram. Çünki Azərbaycan futbolu ümumiyyətlə,
qeyri-peşəkarlardan ibarətdir. Belə
olmasayadı, 1 məğlubiyyətə görə “Neftçi” kapitanını transferə çıxarmazdı, belə
olmasaydı, “Xəzər Lənkəran” “Vobay bizim futbolçudur, bizdən başqa heç yanda
oynaya bilməz” (Halbuki indi sərbəst şəkildə “Neftçi”də çıxış edir) deməzdi,
belə olmasaydı, “Kəpəz” Baraninə “istəyirsən pulsuz oyna, istəmirsən yaxşı yol
deməzdi”, belə olmasaydı, “Sumqayıt” əvvəlcə Fərid Quliyevlə müqavilə
imzalayıb, sonra onu göndərməzdi, belə olmasaydı Foqts istədiyi vaxt millini
toplanışa yığmazdı, belə olmasaydı millinin baş məşqçisi olan alman əziyyət çəkib,
Avrokuboklarda mübarizə aparan klublarımızın oyunlarını izləyərdi, belə
olmasaydı... onlarla deyil, yüzlərlə belə misal çəkə bilərəm. Amma heç nə dəyişməyəcək.
Bəli, biz beləyik, biz “peşəkarıq”.
Təkcə klubu, futbolçunu, məşqçini, meneceri və ya bir başqasının
günahlandırmıram. Elə mətbuatımız da, mən də daxil olmaqla qeyri-peşəkardır.
Niyə? Çünki peşəkar jurnalist Avro-2012 zamanı Ukrayna və Polşada olardı. Daha
bizim kimi “Sport-Ekspress”, “sports.ru” və ya “sporx.com”un qarşısında yerini
bərkitməzdi ki, “görüm nə yazacaqlar, tez “kopyalıyım” qoyum sayta”. Ya da
Londonda keçirilən Olimpiya Oyunları zamanı orada olardıq. Gözümüzü İTV-nin
ekranlarına zilləməzdik ki, birdən Toğrul Əsgərov, Şərif Şərifov və ya Teymur Məmmədov
müsahibə verər, 1-2 cümləsini yazım, yerləşdirim sayta. Bəli, bu, acı da olsa
reallıqdır. Peşəkar futbolçusu olmayan ölkənin peşəkar məşqçisi, peşəkar məşqçi
olmayan ölkənin peşəkar hakimi, peşəkar hakimi olmayan ölkənin peşəkar klub rəsmisi,
peşəkar klub rəsmisi olmayan ölkənin peşəkar meneceri ola bilməz və ən əsası
bütün bunların olmadığı bir cəmiyyətdən peşəkar futbol, idman jurnalisti gözləmək
sadəlövhlükdür. Gəlin özümüzü aldatmayaq.
Vahid AYXAN
P.S. Yəqin ki, bu yazdıqlarıma görə nə klub rəsmiləri,
nə də həmkarlarım məndən inciyər. Axı mən yalnız və yalnız gördüyüm və belə
hesab etdiyim həqiqətləri yazmışam.
|
||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |