“Zəif” yox, “Zver”!!! - KÖŞƏ
“Neftçi”yə heykəl qoyaq!
“Mənim bədbəxtçiliyim ondadır ki, familyam Hacıyevdi, Haciyevski deyil. Yoxsa mənə çoxdan heykəl qoyardılar”. Bu sözləri Böyükağa Hacıyev hələ 6 il əvvəl demişdi. 8 tura “Bakı”nı çempion edən Hacıyev növbəti mövsümdə yalnız bürünc medala sahib çıxdı və o tezliklə komandadan getdi. İş elə gətirdi ki, Hacıyevi “Bakı”nın baş məşqçisi postunda Haciyevski əvəzlədi...
Hacıyev daim iddialı danışıb. Yaxşı yadımdadır, bir
dəfə “Futbol+”da maraqlı sorğu keçirilmişdi. Üzdə olan mütəxəssislərin hər
birinə “Joze Maurinyonun köməkçisi işləyərsinizmi” sualını ünvanlayan həmkarım
yalnız 1 məşqçidən “yox” cavab almışdı. Digərlərinin özünə şərəf hesab etdiyi
işdən virtual olaraq imtina edən Böyükağa Hacıyev qərarını belə izah etmişdi:
“İki qoçun başı bir qazanda qaynamaz!”…
Bəli, Böyükağa müəllim məhz belədir. Daim
iddialı açıqlamalar verir, aləmi bir-birinə qatır. Amma insaf naminə deyim ki,
dilinə görə dilçəyi də var. Və şəxsən mən hesab edirəm ki, bu gün Hacıyevə həqiqətən
də heykəl düşür. Çünki onun rəhbərlik etdiyi “Neftçi” adını Azərbaycan futbolu
tarixinə qızıl hərflərlə yazdırdı. İlk dəfə idi ki azərbaycanlı futbolsevərlər
küçələrə "Qalatasaray” və ya Türkiyə millisinin deyil, öz doğma klublarının
tarixi uğurunu qeyd etmək üçün axışmışdılar. Bu uğurun qarşılığı isə nə 50-100
min dollar, nə də quru-quru təbriklərdi. Komandanın qazandığı uğurun qarşılığı
layiqincə verilməlidi. Bunu isə yalnız “Neftçi”ni hər hansı bir şəkildə əbədiləşdirməklə
həyata keçirmək olar. Hər halda dünya praktikasında belə hala rast gəlinib.
1994-cü ildə “Stenli” Kubokunu qazanan “Nyu-York Reyncers” klubunun şərəfinə
Nyu-York şəhərinin meri heykəl ucaltdırıb. Səbəbi sadədi: çünki "reyncerslilər" 54 illik həsrətə son qoymuşdular. Amma unutmayaq ki, “Neftçi” hər hansı həsrətə
son qoymayıb. “Neftçi” tarixi ilkə imza atıb!..
Yazının əvvəlində xatırladığım 2006-cı ildə “Bakı” son
turda “İnter”i məğlub edib, çempion olduqdan sonra klubun vitse-prezidenti Nail
Əliyev Tofiq Bəhramov adına Respublika stadionunda üzünü Hacıyevə tutaraq “Sən
daha “zəif” yox, “zver”sən” demişdi. Amma hesab edirəm ki, Hacıyev “zver”
olduğunu məhz Kiprdə təsdiqlədi. Düzdür, sona 8 tur qalmış ən nikbin azarkeşin
belə gümüş medal gözlədiyi komandanı 8 oyunda 8 qələbə qazanaraq, 15 qol vurub,
birini belə buraxmadan çempion etmək də hər məşqçinin işi deyil. Amma
Avroliqanın qrup mərhələsi tam başqa dünyadır. Biz bunu illərdi gözləyirdik.
Ona görə də düşünürəm ki, Hacıyevə, nə bilim “Qafqazın Maurinyosu” və ya başqa
bir ad verməyə ehtiyac yoxdu. Axı onsuz da Hacıyev özü də bu adı qəbul etməz.
Əminəm ki “Maurinyo kimdi? Qoy, o Portuqaliyanın Böyükağa Hacıyevi olsun” deyəcək…
“Neftçi”nin qrup mərhələsinə yüksəlməsi, Hacıyevin
adını Azərbaycan futboluna qızıl hərflərlə yazıdrması
həm də ona böyük Tanrının hədiyyəsi idi. Bir müddət əvvəl sağlamlığında yaranan
problemlərə sinə gələn Hacıyev gözəgörünməz ilahidən çəkdiyi əziyyətlərə səbr
edib, naşükürlük etməməsinin qarşılığını aldı...
“Neftçi”nin qələbəsinin səhəri gün hörmətli həmkarlarımdan
biri belə ifadə işlətdi: “Neftçi”nin uğuru haqq-ədalətin təntənəsidir”. Səbəbini
soruşdum. “Əvvəllər biz yalnız “Neftçi”ni bilib, onu sevmişik. “Neftçi” Azərbaycan
futbolunun flaqmanıdır. Düzdür, “Bakı” da, “Qarabağ” da, “İnter” də, “Xəzər Lənkəran”
da, “Qəbələ” də bizimdir. Amma “Neftçi” qala-qala başqasının bu tarixi zəfəri
ilk dəfə əldə etməsi ədalətsizlik olardı. Bunu hamıdan öncə flaqman etməliydi və
etdi də” - dedi.
Məncə bu, sözün bitdiyi yerdir…
Vahid AYXAN
|
||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |