Gülməli-ağlamalı Foqts - YAZI
Dünən
günortadan sonra Portuqaliya və Azərbaycan mətbuatında Berti Foqtsun mətbuat
konfransı barədə məlumat toplamaq üçün axtarışa başladım. Haşiyəyə çıxaraq
deyim ki, hər zamankı kimi Stadium.az saytı yenə də millinin səfər oyununa
aparılmayıb.
Halbuki
bir müddət əvvəl Rövnəq Abdullayevin iştirakı ilə keçirilən mətbuat
konfransında həmkarlarımdan biri haqlı olaraq bu məsələni qabartmışdı. Düşündük
ki, bəlkə bundan sonra vəziyyət düzələr. Amma biz saydığımızı sayaq, gör Elxan
Məmmədovla Mikayıl Nərimanoğlu nə sayır. Biz səfər acı deyilik! Allaha şükürlər
olsun ki, azdan-çoxdan gəzib, Almaniya, Hollandiya, Belçika, İsveçrə və adını
yazmadığım daha onlarla ölkədə olmuşuq. Bundan sonra Biləcəridən o tərəfə keçməsək
belə, ömrümüzün sonunadək bəsimizdir. Amma adamı yandıran Mikayıl bəyin “biz
reytinqə işləyirik” deməsidi. Yox, nə səfər, nə də reytinq davası edəcəyəm.
Xalqın gözü tərəzidir. Amma məşhur filmdə deyildiyi kimi, “iş sosiskada deyil e,
“vnimatelni” olmaqdadı”.
Onları
da qınamıram. Kimə lazımdı düzü-düz, əyrini-əyri, sözü mərdanə yazan jurnalist?!
AFFA-dakıların səfər proqramına böyük ölçüdə onları məhd edən, tənqid etməyən
jurnalistlərin adı düşür. Həmkar həmkarın dalınca danışmaz deyib, məsələnin
xırdalığına varmıram. Yoxsa....
Sözümün
canı Foqtsdu. Həmin internet saytlarda axtarıb, tapdığım mətbuat konfransında
Berti Foqts sözün bütün mənalarında ağzına gələni danışıb. “Sidoy” əməlli-başlı
etiraf edib ki, millimiz Portuqaliyaya uduzacaq. Bircə o qalıb ki, pirineylilərə
yalvarsın ki, bizə çox top vurmayın. Amma yenə də sağ olsun ki, bunu etməyib.
Dünən
gecədən fikirləşirəm, görəsən dünyada Foqts kimi ikinci məşqçi var? 18 ildir
ki, futbolla maraqlanıram, amma bugünəcən oyundan əvvəl ağ bayraq qaldıran nə məşqçi
görmüşəm, nə də eşitmişəm. Almana demək lazımdır ki, heç uzağa getməsin. Heç
olmasa danışanda bəyənməyib, ağız büzdüyü “Neftçi”nin baş məşqçisinə baxsın da.
Baxsın və Böyükağa Hacıyevdən örnək götürsün. Hacıyev hər zaman iddialı danışır.
APOEL-lə oyundan öncə udacağıq dedi və elədi. Foqts niyə belə etmir? Foqts, heç
olmasa yağmasan da, gurulda. Guruldamaq da pulnandı? Heç olmasa yalandan da
olsa, denən ki, bura ən azı 1 xal üçün gəlmişik. Yoxsa ki, ay nə bilim
“futboldan başı çıxan adam bilir”, “biz bura udmağa gəlməmişik” və s. ifadələr
nə deməkdi?
Məni bədbinlikdə
günahlandırmayın, amma millimiz Portuqaliyaya böyükhesabla uduzacaq. AFFA məmurlarından
kimsə çaşıb, bunu oxusa, mənə patriotluq dərsi keçməsin. Vətənimi onlardan da
artıq sevirəm. İstənilən AFFA məmuruna bunu istənilən yerdə sübut edə bilərəm.
Patriotluğun bura heç bir dəxli yoxdur. Foqtsun təbirincə desəm, futboldan
anlayışı olan istənilən adam millimizin Portuqaliyaya uduzacağını deyə bilər.
Biz çətin səfərdə yalnız əzmkarlığın sayəsində xal qazana bilərdik ki, həmin
hissələri də Foqts dünən Portuda portuqaliyalı jurnalistlərə dişini
ağarda-ağarda poz verdiyi mətbuat konfransında öldürdü. Düz demirəmsə, siz
deyin, Foqtsun “bura qələbə üçün gəlməmişik” deməsini oxuyan Kamran, Rəşad,
Vaqif, Rauf və başqaları oyuna necə motivasiya ilə çıxsın? Foqts olan-qalan 1
faiz ümidimizi dünən dəfn elədi. Foqts Portuqaliyanı lap qaldırıb, dağına
başına qoyub. Gördük də Portuqaliyanı. Hakim səhv etməsəydi, kim bilir,
Lüksemburqdan canlarını necə qurtaracaqdılar. Amma əminəm ki, indi Lüksemburqun
da acığını bizdən çıxacaqlar. Foqts da oyundan sonra başlayacaq ağlamağa: “Müdafiədən
hücuma sürətlə qoşula bilmədik”, “Azərbaycan futbolunun səviyyəsi budur”, “azərbaycanlı
futbolçular güclü klublarda oynamır”, “PFL təqvimi düzgün tərtib etməyib” və s.
və i.a. Kişiliyi çatmayacaq ki, yenilgidə öz səhvinin də olduğunu etiraf etsin.
Cənab, Foqts, birinci səhv elə sizdədir. Çünki komandanı oyuna lazımınca kökləyə
bilmirsiz. İsraillə heç-heçəni də uğur yox, uğursuzluq saymalıyıq. Bu dəqiqə
onlar ideal vəziyyətdə deyillər. Düzgün taktika və heyət qurulsaydı, əminliklə
deyirəm ki, İsraili Bakıdan məğlub yola salardıq. İsrailin indiki durumunu
Kapello sənə sabah göstərəcək. Mərc edərəm ki, sabah Rusiya millisi səfərdə
İsrailə qalib gələcək.
Uzun sözün qısası, sabah millimiz növbəti dəfə uduzacaq. Yetər ki, Allah bizi növbəti “Oser faciəsi”ndən saxlasın.
Vahid AYXAN
P.S. Hörmətli oxucu, məni bədbinlikdə günahlandırma. Mən
də istəyirəm ki, millimiz bizi sevindirsin. Amma Foqts kimi məşqçisi olan,
oyundan qabaq ağ bayraq qaldıran birinin komandası səfərdə yalnız və yalnız
böyükhesabla uduzmamağa oynaya bilər. Foqts millimizdən getməyincə, bizim təsəllimiz
“Neftçi” və “Qarabağ”ın avrokuboklardakı zəfərləri olacaq.
P.P.S. Portuqaliyada olan həmkarlarımın nəzərinə - oyundan sonra nə Foqtsun, nə də AFFA rəsmilərinin kefinə soğan doğrayın. Məğlubiyyət boş şeydir. Əsas Avro-2016-dır. Gələn qitə birinciliyinin final mərhələsində Portuqaliyanı udarıq.
|
||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |