Berti Foqts "peysər"dir?
Azərbaycan millisinin İsraillə oynadığı "oyundan"
sonra ən çox sevinən iki insan vardı. Birincisi Berti Foqts idi: "Şükürlər
olsun İsaya, müqəddəs Məryəmə ki, uduzmadım. Ən aşağısı bir xalım var, belə
davam eləsəm, müqaviləmin müddətin uzada biləcəm". Bunlar Berti Foqtsun
beynindən keçirdiyi fikirlərə oxşar təxmini düşüncələridir.
Ondan da birincisi isə "Ə qaqa gördün
dana, bu lənətdənmişdərə uduzmadıx, hıy..." deyən həmkarım, mömin
qardaşımız Ceferson, eeee e, Anar Cəfərsoy idi.
Birdə ikinci qism sevinənlər var idi ki, bura
çoxları aiddir.
1. Futbolçular: Yaxşı "premiya"
alacaqları üçün.
2. Elxan Məmmədov: Rövnəq Abdullayevin yanında
şəməllənməsi üçün.
3. Elşad Nəsirov: Cənab Prezident İlham Əliyevə
deyəcək sözü olduğu üçün.
4. Rövnəq Abdullayev: Jurnalistlərə deyəcək
sözü olduğu üçün.
Bütün bunlar bir yana, heç oyundan da yazmaq
niyyətim yox idi, amma Foqts məcbur elədi. Heç o sarı tülkü üçün yazmayacam da,
niyə bu oyunçunu oynadırdı, onu oynatmırdı, futbolun nə olduğunu bizim
futbolçulardan öyrənən hansısa küçə futbolçusunu millidə niyə ortalığa salmışdı
(sözün həqiqi mənasında Foqts həmin futbolçunu orta mövqedə "oynadırdı").
Niyə yazmayacam? Yəni başqa vaxtı zakon talkavat edən millimizin
futbolçularından biri kişi çıxıb baş məşqçiyə deyə bilmədi ki, bu oyunçularla,
bu sistemlə bizimki alınmır?! Özləri bilər!
Oyunun ikinci hissəsində əvəzlənən Rauf Əliyev
buna etiraz olaraq Berti Foqtsu, onun köməkçisini, ümumuyyətlə, deyəsən,
texniki zonada əyləşənlərin hamısını küçə söyüşlərinə qonaq etdi. Onun Foqtsa
ünvanlanan söyüşləri isə jurnalistlərin əyləşdiyi tribunada çox aydın şəkildə
eşidilirdi. Oyundan sonra bu barədə Foqtsa sualı şəxsən bəndəniz özü verdi:
"Sizi küçə söyüşləri ilə söydüyü üçün Rauf Əliyevin milli karyerasına son
qoyacaqsız, yoxsa onu bağışlayacaqsız" deyə Foqtsa sual etdim. Sarı tülkü
isə "mən çox sevinirəm ki, futbolçum əvəzlənəndə belə aqressiv hərəkət
edir, söyüşlər söyür" deyə cavab verdi. Zalda əyləşən jurnalist həmkarlarım
isə bu cavabdan sonra biixtiyar olaraq onu alqışlamağa başladılar. Mən də
alqışladım. Onları bilmirəm, amma mənim alqışlarımın mənası başqa idi.
Açıqlayım o mənanı sizə.
Foqtsu bilmirəm, mən azərbaycanlıyam, mentalitetim başqadı, söz qanunlarının, vicdanlı insanların sözünün hökmü olan Binə kəndində (hərçənd artıq qəsəbə sayılır) yaşayıram. Foqts, bizim kənddə söyüşə ötəri yanaşana, söyüldüyü üçün qarşı tərəfə cavab verməyən insana "peysər" deyirlər. Səni ona görə alqışladım ki, ondan olduğunu etiraf etdin, dolayı yolla olsa belə.
P.S. Bu yazını daha əvvəl yazmışdım, amma Portuqaliya ilə oyundan əvvəl sayta yerləşdirmədim. Yoxs sarı tülkü məğlubiyyəti mənim üstümə atacaqdı.
P.P.S. Rauf Əliyev sözügedən oyunda əvəzlənərkən
pisdə olsa, yaxşı bir ifadə işlətdi: "Bəsdirin daha, si... gedin. Rauf
bağışlasın, çünki onun sözlərininsonuna "gedin"i mən əlavə elədim.
|
||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |