Foqts, “давай до свидания”
Milli
komandamız yenə uduzdu. Bu, köhnə söhbətdi. Çünki uduzmağa lap çoxdandan öyrəşmişik.
Oyundan əvvəl də bədbinliyə qapılıb, proqnozlaşdırdığım kimi milimiz
böyükhesabla uduzdu. Amma Allahın bizə yazığı gəldi ki, minimum daha 4 qolun
qarşısını qapı dirəyləri aldı. Yoxsa, ikinci Oser və ya Gimaraynş faciəsi təkrarlanacaqdı.
Artıq
yazmaqdan yorulmuşuq, amma təkrar biliyin anasıdır deyimini əsas tutaraq, təkrar
edirik ki, Foqts millimizə xeyir vermir. Günü bu gün, kompensasiyasını ödəyib,
vaxtının böyük hissəsini keçirdiyi Almaniyaya birdəfəlik göndərmək lazımdır.
Ona görə birdəfəlik deyirəm ki, bundan sonra Foqtsa heç kim yaxın durmaz. O,
bizim AFFA məmurlarından başqa daha heç kimə lazım deyil.
Gör, vəziyyət
necə acınacaqlıdır ki, bir vaxtlar Foqtsun köməkçisi işləyən, “sidoy”un ayağını
verməyən Vaqif Sadıqov da artıq dilə gəlib, millimizin irəli yox, geri
getdiyini etiraf edir.
Amma
Foqtsa növbəti böyükhesablı məğlubiyyətin qarşılığında “gözün üstə qaşın var”
deyən olmadı. Əşşi, kimə deyəcək ki? Rövnəq Abdullayev? Elxan Məmmədov, Elşad Nəsirov,
yoxsa Rauf Əliyev? Onlar da Foqts kimi Allaha yalvarırdılar ki, Portuqaliya bizə
3-dən artıq qol vurmasın. Qismətdən istəkləri həyata keçdi.
“Foqtsu
qovub, kimi gətirək” sualı üzərində baş sındırmayın. Almandan milliyə daha çox
fayda verəcək məşqçilərin sayı ölkəmizdə də yetərincədir. “Təzə məşqçi gələsi,
komandanı tanıyası” və s. və i.a. kimi fikirlərlə də başınızı yormayın. Çox
uzağa gedib, arxivdə eşələnmək lazım deyil. Coko Haciyevski 5 il əvvəl millini
15 günə hazırlaşdırıb, Finlandiya ilə oyuna elə kökləmişdi ki, sanki uzun illərdir
milli komandamıza başçılıq edir. Amma “peşəkar” AFFA rəsmiləri makedoniyalını
göndərib, Azərbaycan futbolunu Foqts adlı xəstəliyə bulaşdırdı. Özləri bilər...
İnsafən,
Foqtsun millimizə qazandırdıqları da var. Bunu deməmək düzgün olmazdı. Məhz
almanın dövründə millimizin bəzi üzvləri yaxşı söyüş söyməyi öyrənib. Biri əvəzlənərkən
25 min insanın qarşısında ağız-üz qoymur, digəri Portuqaliya ilə oyunun
gedişində yaranan qısa fasilə zamanı komanda yoldaşını ağzını “qaşımaq”la təhdid
edir. Bu, Azərbaycan millisinin reallığıdır. Dediyim kimi, yazdıqlarım heç də
bütün milli üzvlərinə aid deyil. Foqtsun təsiri altına düşməyib, mənliyi
qoruyanlar da var.
“Portuqaliya
əjdahadı” deyib, onları dağın başına qaldırıb, qoyanlarla da razı deyiləm.
Portuqaliyanın əsl gücünü oktyabrda “Lujniki”də görəcəyik. Kapellonun Rusiyası
Ronaldogilə elə od qoysun ki...Həmin odun təsirini İsrail artıq gördü.
Millimizin əlindən qaçırdığı İsrailə səfərdə dördünü vurdular. Ötən yazımda da
qeyd etmişdim ki, Rusiya İsrailə səfərdə gününü göstərəcək, göstərdi də. Çünki
futboldan anlayışı olanlar görür və bilir ki, İsrail millisi əvvəlki komandanın
heç yarısı da deyil. Biz isə bu rəqiblə evdə 1:1 oynamağımıza sevinirik. Gör, nə
gündəyik, Lüksemburq da gedib, səfərdən xal gətirir. Biz isə Portuqaliya ilə
oyuna ultra-müdafiə taktikası ilə çıxaraq, qapımızdan az top keçməsi üçün dua
edirik.
Portuqaliya
ilə millimizin oyununun gedişini sports.ru portalında onlayn şəkildə izləyirdim.
Həmin reportajın forum bölümündə yazıq ruslar ilan dili çıxarıb, az qalırdılar
ki, millimizin Portuqaliya ilə oyundan qolsuz heç-heçə ilə ayrılması üçün
yalvarsınlar. Bizi sevdiklərindən deyil, iki turdan sonra vahid liderə çevrilmək
istəyirdilər. Amma bədbəxt balaları hardan bilsinlər ki, bizim komandanın baş məşqçisi
hələ oyundan əvvəl silahı yerə qoyub, az qol buraxmağın dərdinə düşüb. Hətta
oyunun fasiləsi zamanı gün vurmuş rus fanatlardan biri “Azərbaycanla İsrail bu
qrupda üçüncü yer uğrunda mübarizə aparacaq” fikrini səsləndirdi. Həmin an
özümü gülməkdən saxlaya bilmədim. Bədbəxt balası, komandamızın Portuqaliya ilə
oyununa baxsaydı, həyatının “quş”unu buraxdığını anlayardı. Hətta hansısa bir
İvan, Andrey millimizi üçüncü yerə layiq görür, amma Foqts beşinci yeri tarixi
zəfər kimi qəbul edəcək. Bəli, həmin adını unutduğum İvan oğlu Andreylə
razıyam. Milli komandamız bu qrupda üçüncü yer uğrunda mübarizə apara bilər.
Amma bir şərtlə ki, komandanın baş məşqçisi Berti Foqts olmasın. Foqts tsiklin
sonuna qədər işində qalsa, Rusiya Bakıya yenə ikinci heyətlə gəlməsə, “təmiz”
mübarizə getsə, millimiz bu qrupda sonuncu olacaq.
Vahid AYXAN
P.S. Şəxsiyyətinə hörmət etdiyim Bəhram Bağırzadə bu
gün saytların birində gözəl fikir səsləndirib. “KVN”şik FİFA-ya məktub yazacaq
ki, millimizin iştirakı ilə keçirilən oyunlar 90 deyil, 60 dəqiqə oynanılsın. Bəhramın
bu təklifi ilə ikiəlli razıyam. Bəs siz?
P.P.S. Yazının başlığındakı məşhur ifadəni rus dilində
yazmağım səbəbsiz deyil. Bəlkə Kapellonun Rusiyası Foqtsa elə od qoysun ki,
utanıb, millimizdən gedər.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |