Vicdanlı Foqts - YAZI
Berti Foqts haqda fikirlərimdə yanılmışam. Gec də olsa, bunu etiraf etməliyəm. Mən Foqtsda vicdan olmadığını, onun yalnız pulu düşündüyünü fikirləşirdim. Amma yanılmışam. Sən demə, qoca alman vicdanlıdır. Buna Rusiya ilə oyundan sonra - "Sport-Ekspress"də Foqtsun mətbuat konfransında səsləndirdiyi fikirləri oxuyarkən əmin oldum. Alman, kişi kimi etiraf etdi ki, Rusiya millisi qələbəyə layiq idi. Bu sözlərinə görə, Foqtsa olan hörmətim 0,000001 faiz artdı.
Gözləyirdim
ki, Foqts təxminən "hakim evimizi yıxdı", "olmayan penaltini
verdi", "unutmayın ki, Rusiya bir neçə gün əvvəl Portuqaliyaya qalib
gəlib" və s. bu tipli fikirlər səsləndirəcək. Amma o, həqiqəti dedi. Bu, bəlkə
də Foqtsun milli komandamızın baş məşqçisi kimi səsləndirdiyi ən həqiqi fikir
idi.
Görünür,
bir gün əvvəl oyunöncəsi mətbuat konfransında jurnalistlərdən birinin ona
ünvanladığı "düşünmürsünüz ki, məşqçi kimi tükənmisiz" sualı Foqtsa
yaman yer edib. O sualı kimin verdiyini bilmirəm, amma həmin şəxsə halaldır.
Sözün bütün mənalarında Foqtsa od qoyub. Alman məşqçi həmin jurnalistə təxminən
belə cavab verib ki, "sizin mənim haqda dolğun məlumatınız yoxdur".
Rusların
son dəqiqədə vurduğu qol zamanı Foqtsdan sonra ən çox oyunu AzTV-də şərh edən həmkarıma
yazığım gəldi. Dəqiqələr keçdikcə, hesab açılmadıqca həmkarım az qalırdı
sevincindən ağlasın. Heyf ki, hakim sonda ədalətsizliyə əl atdı. Yoxsa, şərhçinin
oyun qolsuz bitəcəyi halda səsləndirəcəyi "qeyri-adi" fikirləri,
"yağlı" tərifləri eşitməyə dəyərdi.
Kim ki
millimizin ruslara qarşı yaxşı oynadığını deyirsə, o insan(lar)a, türklər
demişkən, "yazıklar olsun". Milli oynamırdı, sadəcə sürünürdü. Belə
oyunla bir dəfə 70, ikinci dəfə 80 dəqiqə dözmək olar. Amma nəticə qazanmaq
qeyri-mümkündür. Yox, yox düşünməyin ki, gələn dəfə də 90 dəqiqə dözərlər də...
Çox da ki Ruslan Abışov və ya digər milli üzvləri oyundan sonra şanssızlıqdan
gileyləndilər. Əgər, şansdan danışırıqsa, o zaman birinci hissədə Kerjakovun
dirəkdən dönən topunu nəyin ayağına yazaq? Məgər, o anda millimizin bəxti gətirmədi?
Həmin an yadınızdan çıxıb?
Çoxları əcnəbilərin
"milliləşərək" ölkəmizin əsas komandasına cəlb olunmasına pis baxsa
da, burada qəbahət bir şey yoxdur. Əgər, bu gün Almaniya, Fransa, İtaliya kimi
"əjdahalar"ın heyətində "milliləşdirilmiş" futbolçu varsa,
bizim bunu özümüzü qəbahət saymağımız düz deyil. Amma seçəndə də gərək səviyyəli
əcnəbi seçəsən. İnsaf naminə qeyd etmək lazımdır ki, Subaşiç, Çertoqanov, Levin
az-çox milliyə xeyir verirlər. Amma bu futbolçuların heç biri Foqtsun tapıntısı
deyil. Qoca almanın seçdiyi Əli Gökdəmir, Cihan Özkara
"bezdarnı"dılar. Həmin futbolçular komandamıza 1 qara qəpiklik də
xeyir vermirlər və verməyəcəklər də. Nə isə, onsuz da özümüzü yormağın mənası
yoxdur. Foqts və onu Azərbaycan futbolunun xəstəliyinə çevirənlərin kefi indi
sazdır. Millimiz Portuqaliyada 70, Rusiyada 84 dəqiqə dözdü. Bu,
"inkişafdır". Təbii ki, onların gözündə.
1-2 kəlmə
də Kazbek Tuayevdən yazmaq istəyirəm. Tuayev azərbaycanlı jurnalistlər üçün hər
zaman "hazır tənqidi material" olub. Lakin indi bir çox veteranlar
kimi Tuayev də külüngü götürüb, keçib AFFA tərəfə. O gün Tuayevin
"Sovetski Sport"a verdiyi müsahibəni oxuyuram. Tuayev iddia edir ki,
Foqts daha əvvəlki kimi deyil, dəyişilib. Vaxtının böyük hissəsini Bakıda
keçirir. Yalansa... Görəsən, Tuayev bu sözlərlə kimi aldadır? Özünü, rusları?
Yoxsa "ispolkom"dakı yerini bərkidir?
Gələn
oyunumuz Şimali İrlandiyayladır. Bizdən fərqli olaraq, onlar Portuqaliyaya öyrənməyə
yox, futbol oynamağa getmişdilər. Nəticədə 1 xallarını da qazanıb, geri döndülər.
Amma çətin ki, Foqtsun komandası eyni uğuru Şimali İrlandiyada gerçəkləşdirə.
Özü də Kamran Ağayev də Belfastda meydana çıxmayacaq. Bu, həm millimiz üçün
böyük itkidir, həm də Foqtsun üçün əla bəhanədir. İndidən mümkün uğursuzluğa gətirmək
üçün əla bəhanə var.
Vahid AYXAN
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |