Muxa qədər də olmadınız... YAZI
Biz Avropadan çox geri qalırıq və həmişə də qalacağıq. Kim nə deyir, desin. Ölkə rəhbərliyi inkişaf üçün hər şey edir. Amma bizim problemimiz tam başqadır. Problem cəmiyyətdə, daha da dəqiqləşdirsək, insanlardadır.
Futbola aidiyatı olmasa da, dünən səhər işə gələrkən şahid olduğum bir mənzərəni sizlərlə bölüşmək istəyirəm. Dayancağın birində iki yaşlı qadın avtobusa mindi. Qadınlarla yanaşı dayandıq. Qarşımızda isə 3 gənc oğlan əyləşmişdi. Həmin oğlanlar durub qadınlara yer vermədilər. Bir müddət sonra növbəti dayancaqda orta yaşlı bir xanım avtobusa mindi. Bir qədər açıq-saçıq geyinmişdi. Bayaqdan anası, bəlkə də nənəsi yaşda olan qadınlara yer verməyən gənclər həmin xanımı görərkən az qaldılar ki, yerlərindən tullanıb, ona yer versinlər...
Hörmətli oxucu, deyə bilərsən ki, "meşə çaqqalsız olmaz". Amma təəssüf ki, bizdə çaqqalların sayı daha çoxdur...
İllər öncə yazdığım bir yazıya görə həm oxuculardan, həm də redaksiya heyətindən xeyli tənqidi fikir eşitmişdim. İllər keçsə də, yenə həmin fikrimdə qalıram. Yazının məğzi cəmiyyətimizdəki neqativ hallar idi. Həmin vaxt Azərbaycanın komanda növlərində heç vaxt uğur qazana bilməyəcəyini iddia etmişdim. Bu gün də təkrar edirəm - fərdi idman növlərində Avropa, dünya və olimpiya çempionlarımızın sayı çox olacaq. Amma komanda növündə heç vaxt uğur qazana bilməyəcəyik. Nə futbolda, nə basketbolda, nə volleybolda, nə də digərlərində. Kimsə bunun əksini iddia edirsə, ortaya fakt qoysun. Voleybolçularımızın illər öncəki uğurlu çıxışını və ya futzalçılarımızın Avropa çempionatında dördüncü olmasını misal çəkirsinizsə, yanılırsınız. Həmin vaxtkı voleybolçuların əksəriyyəti - başda Yelena Şabovta olmaqla SSRİ məktəbinin yetirmələri idi. Futzalçılarımızın uğurunda isə azərbaycanlılardan daha çox braziliyalıların rolunun olduğunu hər kəs bilir. Uzun sözün qısası, sırf azərbaycanlılardan qurulmuş millimiz heç vaxt komanda idman növündə uğur qazana bilməyəcək. Çünki bunun üçün xalqın mentaliteti, təfəkkürü dəyişməlidir. Bu isə qəliz məsələdir. Uzun sözün qısası, Bakı gözəlliyinə, inkişafına görə Avropada bəlkə də ən sürətlə inkişaf edən şəhər olsa da, insanlarımız düşüncə tərzinə görə Avropadan çox geri qalır. Bunu insan qürbətdə olarkən daha yaxşı anlayır...
Cəmiyyətimiz kimi futbolumuz da Avropadan xeyli geridə qalır. Neqativ hallar da nə qədər istəsən. İndi bir-bir onları sayıb, sizi yormaq istəmirəm. Bir neçə gün öncə xəbər yayıldı ki, Polşanın İdman Naziri Yohanna Muxa istefa verib. Xanım nazir dünya çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərəyə qarşı keçirilən oyunun təxirə salınmasına görə istefa verib. O, Polşa - İngiltərə matçı zamanı Varşavadakı milli stadionun drenaj sisteminin çalışmamasına görə bütün məsuliyyəti üzərinə götürərək, postundan gedib. Bax, əsl peşəkarlıq budur. Amma bizdə...
Ölkəmizdə bir müddət əvvəl 17 yaşlı qızlar arasında geydirmə dünya çempionatı keçirildi (Geydirmə ona görə deyirəm ki, əgər insanlar, ən acınacaqlısı isə məktəb şagirdləri zorla oyunlara aparılırsa, deməli bunun adı yalnız geydirmə olmalıdır). Həmin çempionatda illərdir böyük pullar xərclənən Azərbaycan millisi qol vurmadan 3 oyunun 3-ü də uduzdu. Ən pisi isə nigeriyalılara 0:10 hesabı ilə uduzduq. Halbuki bu komandanın mundialda uğurlu çıxış etməsi üçün milyonlar xərclənmişdi. Amma bu biabırçılığa görə heç kim məsulliyəti üzərinə götürmədi. Heç kim hesabat vermədi. Bir adam çıxıb, xalqdan bu biabırçılığa görə üzr istəmədi.
Eyni hal bir müddət əvvəl oölanlardan ibarət U-17 komandamızın fiaskosundan sonra da yaşandı. Bir çox ölkə millilərinin həsədlə baxdıqları ölkələrdə təlim-məşq toplanışı keçən Təbriz Həsənovun yetirmələri qrupda sonuncu oldu. Dünən ölkə mətbuatına müsahibə verən Həsənov isə istefa haqda düşünmədiyini, yalnız AFFA rəhbərliyi belə qərar qəbul edəcəyi halda postundan gedəcəyini açıqlayıb. Burda deyirlər e, utanmasan oynamağa nə var. Gözdən pərdə asmaq üçün təşkil olunan turnir və yoxlama oyunlarında qələbə qazanan Həsənovun komandası fiaskoya uğradı. Həsənov isə min-bir bəhanə gətirir.
U-17-nin ardınca U-19 da fiaskoya uğradı. Vəli Qasımov birinci oyundan sonra hakimdən, ikinci matçdan sonra isə hava şəraitindən gileyləndi. Sonuncu oyunda Xorvatiya millizə necə od qoydusa, ilk iki oyundan sonra Vəli Qasımovun fikirlərini yer verən AFFA-nın rəsmi saytı bu dəfə susmaq mövqeyini tutdu. Görünür, Qasımovun deməyə daha bəhanəsi qalmayıb. Maraqlıdır, görəsən Həsənov kimi Qasımova da fiaskoya görə "gözün üstə qaşın var" deyən olmayacaq? Fakt budur ki, hər iki aşağı yaş qrupu üzrə milli komandamız da dünya çempionatda çıxış edən 17 və seçmə mərhələdə azyaşlılardan geri qalmayaraq, 0:10 hesabı ilə uduzan 19 yaşlı qızlar kimi fiaskoya uğradı. Lakin bütün bu biabırçılıqlara görə bir adam çıxıb üzrxahlıq edib, məsuliyyəti üzərinə götürmədi. Uzun sözün qısası, Muxada olan qeyrət bizimkilərin heç birində olmadı. Niyə? Çünki Azərbaycanda kreslo sevgisi çöx böyükdür. Tək-tük adam tapılar ki, postundan qovulmamış getsin...
Vahid AYXAN
|
||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |