14 noyabr - milli futbol günü YAZI
Bu ay bayramlardan boluq. Noyabrın 8-də bayraq, 12-də konstitutsiya, dünən də dirçəliş gününü qeyd etdik. Az qalmışdı yadımdan çıxsın, ayın 6-da da televiziya və radio işçilərinin, həmkarlarımızın peşə bayramı idi. Bir sözlə, yeyib-içmək üçün bu ay xeyli əsas var. Amma hesab edirəm ki, gələn ildən etibarən noyabr ayında təqvimdə daha bir gün qızaracaq. Noyabrın 14-ü Azərbaycanda milli futbol günü kimi elan olunacaq. Zarafat deyil, millimiz rəsmi oyunda, özü də Şimali İrlandiyadan xalla döndü. Nəzər alsaq ki, komandamız həmin oyuna ciddi itkilərlə yollanmışdı, üstəlik qolu da əclaf, pensioner xoxol hakimin boş yerə artırdığı altıncı dəqiqədə buraxdıq, deməli, sevinmək üçün xeyli əsas var.
İtkiləri
elə belə xatırlatmadım. Zarafat deyil, "Tottenhem", "Köln"
kimi klubların illərdi transfer siyahısında birinci yerdə olan Kamran Ağayev,
Rusiyanın "Anji", Türkiyənin "Antalyaspor" klublarının
aparıcı üzvü olan Mahir Şükürov, bu günə kimi Azərbaycan millisi tərəfindən
oğurlandığı iddia edilən və Ukrayna mətbuatının gündəmindən düşməyən Aleksandr
Çertoqanov Belfastda Foqtsun dəyərli tapşırıqlarını yerinə yetirməkdən məhrum
idilər.
Buna
baxmayaraq, milli komandamız erkən qol vurmağa müvəffəq oldu. Rauf Əliyevin əla
zərbəsi millimizi hesabda önə keçirdi. Amma sonradan ənəvi olaraq komanda öz
qapısında "yatdı". Halbuki oyundan əvvəl Foqts bu dəfə inamlı
danışmışdı. Portuqaliyaya dərs almağa gedən alman Belfatsda "qələbə"
deyirdi. Amma millimiz o qədər zəif oynayıb ki, hətta alman da dilə gələrək,
komandasının 60-cı dəqiqədən sonra yatdığını bildirib.
Amma
maraqlıdır ki, Foqts millinin müdafiəyə daha çox diqqət ayırmasından, 60-cı dəqiqədə
oyunu dayandırmasından şikayətlənir. Anlaşılmayan odur ki, məgər bu taktikanı
komandaya Foqts özü vermir? Yoxsa, alman "irəli gedin" deyir, uşaqlar
sözünə qulaq asmır? İnanmıram ki, komandada kimsə Foqtsun sözündən çıxsın. Deməli,
problem elə almandadır.
"Teryer"
hələ də optimal heyəti qura bilməyib. 7-dən 70-ə hər kəs deyir ki, Əli Gökmədir,
Cihan Özkaranın səviyyəsi aşağıdı, milliyə layiq deyillər. Amma Foqts inadından
əl çəkmir, yenə də hər ikisinə start heyətində yer verir. Bir adam da çıxıb
sual vermir ki, bu iki futbolçu nə edib ki, onları əsas heyətə layiq bilirsən?
Gökdəmirin oynadığı çempionatın adı heç it dəftərində də yoxdu. Cihan Özkaranın
isə "Ərciyyəsspor"un start heyətinə sonuncu dəfə nə vaxt düşdüyünü
heç statistiklər də xatırlamırlar. Halbuki istər Əli, itərsə də Cihan səviyyəsində
futbolçuların sayı Azərbaycanda N qədərdi. Cihandansa Bəxtiyar Soltanov, Fərid
Quliyevə, Əlinin əvəzinə isə Elvin Yunuszadə, Tərlan Quliyev, Ruslan Əmircanov
və başqalarına dəvət göndərmək olardı.
Bu söhbəti
nə qədər istəsəniz uzatmaq olar. Amma xeyri nədi? Biz yazırıq yazaq, azarkeşlər
nə deyir, desi, xeyri yoxdu. Foqts və onu Azərbaycan futbolunun xəstəliyinə
çevirənlərin kefi bu dəqiqə sazdır. Yazının əvvəlində o bayram məsələsini əbəs
yerə xatırlatmadım. Elxan Məmmədov kimilər indi bayram edirlər. "Fürsət bu
fürsətdi" deyib, camaata inkişaf nağılları danışırlar. Amma biz kor
deyilik, Elxan Məmmədov. Millimizin futbol oynamadığını hər kəs bilir və görür.
FİFA-nın son reytinqində 123-cü pillədəydik. İndi isə Belfatsdakı heç-heçədən
sonra 128-ci pilləyə yuvarlanacağıq. Budur sizin inkişafınız Elxan Məmmədov?
Əla inkişafdır, amma nədənsə bu inkişafı siz və ətrafınızdakılardan baş heç kim
görmür!
Şahin ZÜLFÜQAROV, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |