Azərbaycan Premyer Liqası niyə qara gündədi?
"Azərbaycan Premyer Liqasının səviyyəsi günü-gündən inkişaf edir". Bu ifadəni tez-tez AFFA, PFL rəhbərlərinin, klub rəsmilərinin, AzTV-nin şərhçilərinin, özünü gözə soxan legionerlərin dilindən eşitmək mümkündü. Amma bu, həqiqət deyil. Bunun həqiqət olmadığını hamıdan yaxşı elə həmin fikri səsləndirənlər bilir. Amma kiməsə, nəyəsə görə "basıb-kəsir", inkişaf nağılı danışırlar. Çempionatımızın qara gündə olduğu göz önündədi.
TAMAŞAÇI MARAĞI YOX DƏRƏCƏSİNDƏ
Ötən həftə
xəbər yayıldı ki, Azrərbaycan Premyer Liqası tamaşaçı sayına görə Avropada
27-ci yeri tutur. Guya, bizim çempionatın hər oyununu 2466 azarkeş izləyir.
Əslində bu xəbər elə bizim qəzetdə, bəzi saytlarda da yer almışdı. Xəbərin kökü
ilə maraqlandım və məlum oldu ki, bu xəbər "Sports.ru" portalında yer
alıb ki, onlar da bunu UEFA-dan götürüblər. Mütəmadi olaraq çempionatımızla
maraqlanan hər kəs bilir ki, 2466 çox şişirdilmiş rəqəmdir. Görəsən, bizimkilər
avropalıları, rusları necə aldadılar? Son turun rəqəmlərinə diqqət yetirək.
PFL-in rəsmi saytında yer alan protokollara əsasən məlum olur ki, son turda
çempionatın 6 oyununu ümumilikdə 4880 azarkeş izləyib ki, bu da orta hesabla hər
oyuna 813 fanat deməkdi. Haşiyəyə çıxaraq, qeyd edim ki, bu rəqəmin özü də
şişirdilmişdi. Çünki "Neftçi" - "Sumqayıt" oyununda 1500
azarkeşin olduğu bildirilsə də, televiziyada həmin say gözə dəymirdi. Eləcə də
"Rəvan" - AZAL oyununda futbolsevərlərin sayı həddindən artıq göstərilib
(500). Bir sözlə, hakimlər də protokollarda azarkeş sayını saxtalaşdırırlar.
Axı Azərbaycan çempionatına marağın yox dərəcədə olduğu çoxlarına bəllidir. Təbii
ki, azarkeşlərin birinciliyə maraq göstərməsinin səbəbi çoxdur. Bu haqda
uzun-uzadı danışmaq olar. Qısaca onu deyim ki, azarkeşlərin maraq göstərməsinin
başlıca səbəbi komandaların düz-əməlli futbol oynamamasıdır. Çünki azarkeş
stadiona futbola baxmaq üçün gələr. 22 nəfər 90 dəqiqə ərzində "Məmmədağa,
vur qabağa" deyib, ora-bura qaçacaqsa, azarkeş nəyə görə 90 dəqiqəsini
buna qurban verməlidi?
SƏVİYYƏSİZ MƏŞQÇİLƏR...
Futbolumuz
o qədər də inkişaf etməsə də, zaman-zaman ölkəmizdə səviyyəli, tanınmış mütəxəssislər
çalışıblar. Bu baxımdan Coko Haciyevski, Bülənt Qorxmaz, Vlastimil Petrjela,
Viktor Pasulko, Anatoli Konkov, Vinfred Şefer, Anatoli Demyanenko, Toni Adams və
başqalarının adını çəkmək olar. Düzdür, sadaladığım mütəxəssislərin heç də
hamısı Azərbaycanda uğur qazana bilməyiblər. Çünki onlardan bəziləri nəticə
qazanmaq üçün yox, sırf reklam xatirinə ölkəmizdən dəvət alıblar. İstənilən
halda Adams, Şefer, Qorxmazın adları çox şey deməkdi. Amma cari mövsüm haqda
eyni sözləri demək olmur. Hazırda ölkəmizdə çalışan mütəxəssislərin əksəriyyəti
yerlilərə uduzur. Yalnız Kaxaber Tsxadadze, Georgi Çixradzeni istisna kimi göstərmək
olar. Amma Bandoviç, Alispahiç, Raabın hansı cəhətinə, hansı uğuruna görə
burada olduqları anlaşılmazdır. Götürək Bandoviçi. Bojidar haqda əvvəlki
saylarımızın birində uzun-uzadı yazmışdım, təkrarçılıq etmək istəmirəm. Qısaca
onu deyim ki, əslən çernoqoriyalı olan bu mütəxəssis qısa müddətdə
"Olimpiakos"u çalıdırıb, vəssəlam. Pirey klubu kimi
"Bakı"nı da bərbad hala saldığı göz önündədi. Yarıtmaz legionerləri
komandaya cəlb etməsi bir yana, "Bakı"nın turnir cədvəlində biabırçı
mövqedə qərarlaşması da "göz oxşayır". Amma Raaba baxanda Bandoviç
"toya getməlidi". Almaniyada idman müəllimi işləmiş birinin Azərbaycanda
peşəkar klubu çalışdırmasının biabırçılıqdan başqa adı yoxdu. Komandanın nəticələri
də elə Raabın səviyyəsindən xəbər verir - 1:6, 1:8... Ölkədə Ağasəlim
Mircavadov, Şahin Diniyev, Mehman Allahverdiyev kimi mütəxəssislərin işsiz
qaldığı bir vaxtda Raab, Bandoviçlərin çalışması, Azərbaycanın çörəyini yeməsi
ürəkağrıdıcıdı.
... VƏ LEGİONERLƏR
2004-cü
ildən bu yana Azərbaycan çempionatına yüzlərlə əcnəbi gəlib-gedib. Onlar
arasında səviyyələri ilə seçilənlər də olub. Bu baxımdan Belkeviç, Makovski
qardaşları, İdahor, Şakiri, Barton, Suat Usta, Oktay Dərəlioğlu, Svetkov, Asen
Nikolov, Qomeş, Ladaqa, Peres, Gürşat Duymuş və başqalarının adını çəkmək olar.
Amma nədənsə son illər səviyyəli legionerlərin sayı ölkəmizdə azlıq təşkil
edir. Hazırkı durumda yalnız "Neftçi"nin əcnəbi siyasətini alqışlamaq
olar. Təsadüfi deyil ki, Kanales, Ramos, Bertuççi kimi futbolçular ilk gündən
inamlı çıxışları ilə seçilirlər. Lakin Arafat, Barmettler, Beto, Skarduelli,
Kelhar, Kalabane, Popxadze, Nuredinoski, Beçerra, Mantsios, Orlovski, Sapela,
Bosman, Qrabovaç, Rukavina, Pipia, Kurtskeviç, Kazlauskas, Taktak, Mirzəbəyov,
Doymuş, Çəlik, Radoş, Bujamin, Selim Mostafa, Veliçka, Oliveyra Anderson səviyyəsində
Azərbaycanda 10-larla yerli futbolçu tapmaq olar. Lakin nədənsə klub rəhbərləri
həmin əcnəbilərə "yağlı tikə" gözü ilə baxırlar. Görünür, həmin o səviyyəsiz
legionerlərin ölkəmizdə çıxış etməsi kimlərəsə sərf edir. Kelharların,
Doymuşların, Çəliklərin, Beçerraların ölkəmizə gəlişi bəzilərinin yaxşı
qazanmasına səbəb olur.
SƏVİYYƏ QALXMAYIB, ENİB!
Yuxarıda
sadalananları nəzərə almaqla çempionatın səviyyəsinin qalxmadığı açıq-aşkar
görünür. Hətta deyərdim ki, çempionatın səviyyəsi nəinki qalxıb, əksinə daha da
aşağı enib. Cari mövsüm neçə komanda çempionluğa oynayır? Suala birmənalı şəkildə
cavab vermək çətindi. Mövsümün əvvəlində sürpriz nəticələr bir-birini əvəzləyirdisə,
indi mənzərə daha aydın görünür. Son 2-3 turda bəlli oldu ki,
"Sumqayıt", "Simurq", AZAL kimi komandaların barıtı bir
atımlıqdı. Hazırkı mənzərəyə əsasən belə fikir yürütmək olar ki, cari mövsümün
autsayderləri "Sumqayıt", "Kəpəz", "Turan" və
"Rəvan" olacaq. Digər 8 komanda isə ilk "altılıq" uğrunda
yarışacaq. Şəxsi qənaətimdir ki, çempionluq uğrunda əsas mübarizə
"Neftçi" ilə "İnter" arasında gedəcək. Bu komandalara isə
yalnız "Qarabağ" müqavimət göstərə bilər. Kim nə deyir, desin, bugünədək
Azərbaycanda keçirilmiş ən qızğın çempionat 2004/05 mövsümü idi. Həmin mövsüm
birdən-birə 8 komanda - "Neftçi", "Xəzər Lənkəran", "Karvan",
"Turan", "Bakı", "Qarabağ", "İnter" və
"MKT-Araz" çempionluq uğrunda mübarizə aparırdı. Düzdür, sona yaxın "İnter"
və "MKT-Araz"ın gücü tükəndi. Lakin bu, gərgin mübarizəyə kölgə
salmadı. Altıncı olan "Qarabağ" 71 xal toplayaraq "Qızıl
oyun"da çempionu müəyyənləşdirən "Neftçi" və "Xəzər Lənkəran"dan
cəmi 7 xal geri qaldı. Həmin mövsüm həqiqətən də rəqabət var idi. Ortabab və
autsayderlər də çempionata rəng qatırdılar. Təsadüfi deyil ki, sona yaxın
ikinci "10-luq"da qərarlaşan komandalardan 3-ü "Şahdağ",
"Gənclərbirliyi" və MOİK-lə oyunlarda xal itirən "Bakı"
çempionluğu əldən verdi. Halbuki həmin 3 oyunda 6 xal itirilməsəydi,
"zolaqlılar" 79 xalla qızıl medallara sahib çıxacaqdı...
Uzun
sözün qısası, Azərbaycan çempionatının səviyyəsi pik həddinə 2005-ci ildə
çatıb. AFFA və PFL rəsmiləri isə indi inkişaf nağılları danışmaqdansa, heç
olmasa çempionatı 7 il əvvəlki səviyyəsinə qaytarsınlar. Avropanın ortabab ölkələrini
heç demirəm.
Şahin ZÜLFÜQAROV, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |