AvtoQol YAZI
“Azərbaycanın futbol üzrə yığma komandası “Avro 2016”-nın final mərhələsinə düşməyi qarşısına hədəf qoyub. Biz yığmaya xeyli sayda gənc futbolçu cəlb etməliyik ki, Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak etsinlər”.
Bu sözlər hörmətli AFFA prezidenti Rövnəq Abdullayevə məxsusdur. Anlayışı olan adam yaxşı bilir ki, bu sözlər Abdullayevə məxsus deyil. Bu cümlələr ya Elxan Məmmədova, ya da Elşad Nəsirova aiddir. Rövnəq bəy neyləsin, onlardan soruşur necə olacaq, yəqin, elə də cavab alır. Ölkə prezidentinə yaxınlığı ilə seçilən Elşad Nəsirov və onun kadrı kimi tanınan Elxan Məmmədovdan aldığı olumlu sözlərdən ürəklənən AFFA prezidenti belə açıqlamalar verir. Əslində, dövlət başçısı yanında ölkə futbolu üçün cavabdeh şəxs o olmadığından, Abdullayev üçün millinin hansı ildə hansı mundialda iştirak etməsi, etməməsi o qədər də vacib deyil. Bu səbəbdən də, onu qınamıram. Sadəcə, AFFA prezidenti üçün bir sualım olacaq: "şəxsən Azərbaycanı - Siz 9 milyon əhalini yaşadan neft sektoruna rəhbərlik edən insansız. Bəyəm Azərbaycan futbolunda zərrə qədər də irəliləyişin olmadığını görmək bu qədər çətindir, Rövnəq müəllim?"
Rövnəq müəllimdən əl çəkdim, keçim başqa mətləbə. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov - bu insanın işi oyunları yola verməkdir, sözün hər iki mənasında. O günləri qonağı olduğu futbol verlişlərinin birində hakimləri qoyub bir kənara, “Turan”ın qapıçısı Andrey Popoviçi müzakirə edir. Poponun hansısa ölkədə yaxşı hərəkətlər etmədiyindən danışır. Aşıq, sözün qurtarıb? Sən nə vaxta kimi elə daley-daley deyəcəksən? Popoviçin hərəkətlərinə qiymət verməkdənsə, ağzı karvansaray qapısı kimi açıq olan, üstəlik, sənin cocuğun kimi tanınan Rəhim Həsənovun çənəsinə - dilinə sahib çıx. Rəhim oyunlardan sonra klub rəhbərləriylə davaya girir, üstəlik, onları təhqir edir. Niyə bunun qarşısını almırsan? "Dux"un çatmır?
Məmmədovdan söz düşmüşkən, onun qonağı olduğu verlişdə çox gülməli bir an yaşandı. Aparıcı və qonaqlar İspaniyanın, ümumiyyətlə, dünyanın ən ünlü qəzetlərindən olan “As”ı qeyri-peşəkarlıqda ittiham edirlər. Bəylər, digər ispan mətbu orqanlarının yazdığı məlumatlara görə, sizlərin “As”ı çox ciddi ittiham etmənizdən sonra qəzet rəhbərliyi təcili iclas keçirib. Bəzi işçilər işdən məhrum edilib, bəzilərinə çox ciddi töhmət, bəzilərinə də para cəzası verilib. Sonda da hamısına tapşırılıb ki, sizə baxıb, örnək alsınlar...
Məzəniz olsun...
Qol deyil e, təmiz avtoqoldur...
Vüsal ƏBÜLFƏTOĞLU, "Het-news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |