“Keyfiyyətsiz” ballar niyə gizlədilir? 2-ci yazı
Hər bir hakim oyun bitdikdən sonra matçın hakim-inspektoru tərəfindən idarəçiliyə görə qiymət alır. Buna bal deyilir və həmin ballar bir müddət əvvələ kimi mətbuata və ictimaiyyətə açıqlanırdı. Xəqani Məmmədov Hakimlər Komitəsinə sədr təyin olunduqdan sonra hakimlərin aldığı qiymətlər gizli saxlanımağa başladı. Səbəb nədir? AFFA Hakimlər Komitəsindən bunu UEFA-dan gələn qərarla əlaqələndirirlər. Daha bir səbəb kimi isə onların aldığı aşağı qiymətin gələcəkdə hakimə psixoloji cəhətdən təsir edə biləcəyi əsas gətirilir. Gülməli vəziyyət yaranır. Əgər hakim hər hansı səhvə görə “qeyri-məqbul” qiymət alacaqsa və buna görə depressiyaya düşəcəksə, bəs minlərlə azarkeşin ona ünvanladığı təhqirlərə necə dözə bilər? Onda gərək özünə qəsd eləyə?
Ümumiyyətlə hakim peşəsinin necə çətin olduğu hamıya məlumdur və insan psixoloji cəhətdən çox güclü olmalıdır ki, azarkeşlərin təzyiqinə, təhqirinə və daha başqa nəsnəsələrinə tab gətirə bilsin. Hələ bura futbolçuları, bəzi klub rəhbərlərini (hansı ki Azərbaycanda həmişə dəbdə olub) əlavə etmirəm. Adını çəkmək istəmədiyim hakimlərdən biri ilə bu barədə polemika apararkən o, psixoliji cəhətdən “sınma”nın Hakimlər Komitəsində başqa cür nəzərdə tutulduğunu bildirdi və konkret misal da gətirdi: “Son turların bilində “Xəzər-Lənkəran” – AZAL görüşündə Rəhim Həsənov tərəfindən lənkəranlıların oyunçusu Adrian Pitə göstərilən sarı vərəqə sonradan ləğv olunur və hesab edək ki, növbəti oyunların birində Rəhim yenidən lənkəranlıların oyununa təyinat alır. Oyunun gedişində Pit hakimin hər hansı qərarından narazı qaldığı zaman ona “sən necə hakimsən ki, keçən dəfə göstərdiyin “sarı” ləğv edildi. Onsuz yenə ləğv ediləcək” deyə bir növ “təhqir “ etmiş olur və hakim tərəfindən cəzalanır. Sırf bunu nəzərə alaraq, balların açıqlanmasını düzgün saymıram”. Maraqlı arqumentdi. Görəsən futbolçu hakimin qərarından narazı qalanda başqa söz deyə bilməz? Yaxud həmin hakim bir neçə oyunluq cəza alarsa və cəzasını çəkdikdən sonra həmin futbolçudan bu sözləri yenidən eşidə bilməz? Pitdən söhbət düşmüşkən, ona göstərilən sarı vərəqə əslində ləğv olunmamalı idi. Çünki, bu barədə heç bir yerdə bir kəlmə də yazılmayıb. Çıxarılan qərar konkeret olaraq qaydaların pozulmasıdır. Əgər Rəhim Həsənov səhvən bir oyunçunun yerinə başqasını cəzalandırsaydı, klubun rəsmi etirazından sonra “sarı” həmin oyunçudan alınıb əsl sahibinə, yəni günahsızdan alınıb, günahkara verilməli idi. Adrian Pit haqda hakimin qərarının ləğvi Hakimlər Komitəsinin çıxardığı anormal qərarlardan biridir və yəqin ki, gələcəkdə belə anormallıqlarla tez-tez qarşılaşacağıq.
Bəs əslində qimətlər niyə gizlədilir? Ötən yazıda qeyd etdiyim kimi, buna səbəb “sevimli” hakimləri təyinatdan uzaqlaşdırmamaq, hakimliyimizin səviyyəsini gizlətmək durur. Doğrudur, bəzən Hakimlər Komitəsi gözdən pərdə asmaq məqsədilə kimisə qurban verməli olur. Məsələn, qalmaqallı “Bakı” – “Neftçi” oyununda son dəqiqədə Flavinyonun ofsayddan vurduğu qola görə laysman Vaqif Musayev cəzalandırıldı. Təbii ki, bu ictimaiyyətə açıqlanmadı. Məndə olan məlumata görə isə Vaqifə 5 oyunluq cəza verilib. Əslində, görüşün baş hakimi Elçin Məmmədov da köməkçisi kimi aşağı qiymət almalı idi. Çünki, o, briqadasına cavabdehdir. Əgər hakimlər tərəfindən nəticəyə təsir edən səhv buraxılırsa, baş hakimin yüksək qiymət alması və cəzalanmaması nə dərəcədə məntiqə uyğundur?
Statistikaya baxsaq, Xəqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov 4 dəfə ardıcıl olaraq oyunlara hakim-inspektor kimi təyinat alıblar. Daha doğrusu özləri özlərini təyin ediblər. Əslində isə bu da bir anormallıq kimi qəbul olunmalıdı. Doğrudur, arqument gətirə bilərlər ki, yüksək dəstəyə təyinat alan hakim-inspektorların çoxu cəzalıdır və məcburiyyət qarşısında qaldıqlarından ardıcıl olaraq bir neçə oyuna təyin olunublar. Reallıqda isə çempionat başlamamışdan əvvəl 5-6 ehtiyat hakim-inspektor olmalıdır ki, bu cür hallar baş verdikdə cəzalı duruma düşənləri əvəzləyə bilsinlər. Maraqlı bir məqamı da qeyd edim, “Xəzər-Lənkəran” – “İnter” oyununda matçın hakim-inspektoru Əli Hüseynov baş hakim Elçin Məmmədovun işini 8.2 balla qiymətləndirmişdi. Sonradan bu qiymətin şişirdilmiş olduğu üzə çıxdı və Əli müəllim cəzalandırıldı. Deməli reallıqda Elçinin qiyməti aşağı olmalı idi və o da cəzalandırılmalıydı. Amma əslində necə oldu?
Qaydalara görə hakimlik 10 ballıq şkala ilə ölçülür. Beynəlxalq matçlarda UEFA-nın təyin etdikləri hakimlərə ən yaxşı halda 9 bal verilir. Yəni, 10 bal almaq mümkün deyil. Ümumiyyətlə, bu tip yarışlarda 8.3 baldan yuxarı qiymət məqbul sayılır və bu hakimlərə növbəti oyunlara təyinat almaq üçün “yaşıl işıq” yanır. 8.1-8.2 bal o deməkdir ki, bu hakimə yenidən oyun verəndə ehtiyatlı olmaq lazımdır. 8-dən aşağı bal isə hakimin müəyyən müddət beynəlxalq oyunlardan uzaqlaşdırılması ilə nəticələnir. Bəs bizdə necədir? Hakim 7.8-7.9 bal alanda bu əla nəticə kimi sayılır. Hansı ki UEFA-da bu qiymət qeyri-məqbuldur. Əgər UEFA-nın qərarları ilə gedirsinizsə, onda balları da ali qurumun qiymətləri ilə uyğunlaşdırmaq düzgün olmazdımı?
Hakimliyimizin səviyyəsinin gizlədilməsinə nə qədər cəhd göstərilsə də beynəlxalq yarışlarda bu özünü açıq-aydın göstərir. Beynəlxalq dərəcəli hakim Anar Salmanov Avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində Almaniyanın “Hannover” komandası ilə İrlandiyanın “Sent Patriks” klubu arasında keçirilən cavab görüşünə hakim kimi təyin olunduqda bu az qala Azərbaycan hakimliyinin uğuru kimi gözə soxulurdu. Nəzərə alaq ki, almanlar ilk görüşdə rəqib meydanında 3:0 hesabı ilə qələbə qazanmışdılar. Həm nəticə, həm də komandalar arasında olan səviyyə fərqi cavab oyununun hakimlik baxımından asan olacağı anlamına gəlirdi. Belə olan halda hansı uğurdan söhbət gedə bilər? Almaniya Bundesliqasında ilk onluğa belə düşə bilməyən ortabab klubun oyununu idarə etmək uğurmu sayılmalıdı? Cəmi 2 ay sonra Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində “C” qurupunda baş tutan Çexiya –Malta (3:1) oyununa təyinat alan Anar Salmanovun qiyməti bilirsiz neçə oldu? 7.7. Bu qiymət Xəqani Məmmədovun rəhbəri olduğu qurumun tərtib etdiyi qiymət şkalasına görə “əla”dır. UEFA-ya görə isə, ən azı 6 aylıq istirahət. Başqa bir maraqlı fakt. Xəqani Məmmədov tərəfindən hər yerdə təriflənən qadın hakimimiz Səbail Qurbanova Latviyada keçirilən 17 yaşlı qızlar arasında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya ilə Gürcüstan yığma komandaları arasında keçirilən oyunun baş hakimi təyin olunmuşdu. Görüş finlərin 11:0 (“on bir”i hərflərlə yazıram ki, birdən kimsə fikirləşər qəzetdə korrektura səhvi gedib. 1-in əvəzinə 11 yazılıb) hesablı qələbəsi ilə başa çatıb. Yəni, lori dildə desək, finlər “təkqapı” futbol oynayıblar. Səviyyə baxımından fərqli komandaların, özü də 17 yaşlı qızlar arasında oyunda hakimliyə görə sizcə xanım referimiz hansı qiymətə layiq görülüb? 7.6 bal.
UEFA-ya beynəlxalq dərəcəli hakimliyə namizədlərin adlarını Xəqani Məmmədovun rəhbərlik etdiyi qurum müəyyən edir. Bu zaman təbii ki, ən yaxşı, ən perspektivli hakimlər önə çəkilir. Əgər Avropa səhnəsində ən yaxşılarımız bu cür qimətlər alırsa, onda görün ortabablarımızın vəziyyəti necədir. Nə qədər ki, Azərbaycan futbolunda haqq-ədalət təmsilçiləri day-dayıların, dostluğun, qohumluğun və daha nələrin hesabına dolanacaqlar, hakimliyimizin səviyyəsi pis gündə qalacaq.
İlqar TAĞIYEV,
"Het-news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |