Gorun çatlasın, ay Bəhramov...
... GÖR, YOLUVU KİMLƏR DAVAM ETDİRİR
Azərbaycanda hakimliyin səviyyəsi istənilən səviyyədə deyil. Bəyənməyib, adam yerinə qoymadığımız, Moskvada qapazaltı elədiyimiz əkələrin İmratovu dünya çempionatının final mərhələsində meydan suladığı halda, bizimkilər avrokubokların qrup oyunlarını ya yuxularında görürlər, ya televizorda, ya da “Play Station”da. Bilirəm, hakimliyin səviyyəsinin ölkəmizdə aşağı səviyyədə olması köhnə söhbətdi. Bu haqda dəfələrlə yazılıb, bu gedişlə hələ çox yazılacaq da. Amma cifayda. İrəliləyiş yoxdur ki, yoxdur. Əslində inkişaf var, amma Berti Foqtsun rəhbərliyi altında milli komandamız necə tısbağa sürəti ilə inkişaf edirsə, elə hakimliyimizin inkişafı da o cürdü. Əvvəlki illərə baxanda indi hakimlərimiz daha yüksəksəviyyəli şəraitdə hazırlıq keçirlər. Məsələn, əvvəllər hakimlərimiz ən yaxşı halda “SKİF”də məşq edirdisə, indi qışda Antalyada, yayda Sloveniyada hazırlıq keçirlər. Əvvəllər ən “xod” gedən hakim “
Bu yazını yazmağa məni vadar edən məqam isə tam başqadı.
Bir müddət əvvəl Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov mətbuata açıqlama verdi ki, uzun illərdi FİFA hakimi statusunu daşıyan Fariz Yusifovla Vüsal Əliyev gələn ildən daha beynəlxalq arenaya çıxa bilməyəcəklər. Onların əvəzinə Əliyar Ağayevlə Rəhim Həsənov FİFA referisi olacaqlar.
Əliyar Ağayevlə işim yoxdu, haqqı danmaq olmaz, perspektivli hakimdi. Ötən mövsüm bir neçə vacib oyundan, o cümlədən də ölkə kubokunun finalından alnıaçıq çıxıb. Əliyara güvənmək olar. Amma Rəhim Həsənovun adını FİFA-ya göndərməyin biabırçılıqdan başqa adı yoxdu. Həsənov kimi hakimlərin sayı yetərincədi. Rəhimin heç bir qeyri-adi istedadı yoxdu. Kimsə bu günədək Rəhim Həsənovun ardıcıl iki matçı yüksək səviyyədə idarə etdiyini görüb? Özünüzü çox yormayın, nəinki iki, onun düz-əməlli bir oyununu da xatırlamaq müşkül məsələdi. İşi-peşəsi ancaq qalmaqaldı. Çox uzağa getməyək. Cari mövsüm ekvator xəttinə yalnız indi çatsa da, geridə qalan turlar ərzində Rəhim minimum 3 dəfə diqqət mərkəzinə düşüb. Hər 3 halda da səhvləriylə. Özü də Həsənovun səhv etdiyini mən demirəm, AFFA-nın İntizam Komitəsi deyir.
FAKT 1. Sentyabrın 29-da Topaz Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Turan” - “Xəzər Lənkəran” oyununda baş hakim Rəhim Həsənov qonaqların müdafiəçisi Ruslan Abışova qırmızı vərəqə göstərdi. Lakin matçın videoyazısı izləndikdən sonra hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Ruslan Abışova göstərilən qırmızı vərəqə ləğv edilib.
FAKT 2. Dekabrın 2-də Topaz Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” - AZAL matçının 34-cü dəqiqəsində baş hakim Rəhim Həsənov “Xəzər Lənkəran” klubunun futbolçusu Adrian Pitə simulyasiyaya görə sarı vərəqə göstərib. Lakin matçın videoyazısı izləndikdən sonra hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Adrian Pitə göstərilən sarı vərəqə ləğv edilib.
Rəhimin üçüncü
“quş”u “Qarabağ” - “Turan” oyununda oldu. Düzdür, digər iki nümunədən fərqli olaraq bu dəfə AFFA-nın heç bir komitəsi onu “neprav” çıxarmadı. Əvəzində referi sonuna 4 dəqiqə əlavə etdiyi görüşü 97 dəqiqə oynatmaqla bir daha səviyyəsini ortaya qoydu. Matçı canlı olaraq izləyən biri kimi deyə bilərəm ki, həmin tip qarşılaşamaları idarə etmək Həsənovun səviyyəsinə uyğun deyil. Oyun boyu “mandraj”da olan, tez-tez yalnış qərarları ilə diqqət çəkən Həsənov əbəs yerə vaxtı da xeyli uzatdı. Guya ki, “Qarabağ”a bu lazım idi? Hamı bilir ki, Ağdam klubu bu ölkədə kişi kimi futbol oynayan 3-4 komandadan biridir. Oyundan sonra da Həsənov başladı “Turan”ın vitse-prezidenti Namiq Məstanovla qırğına çıxmağa. Həmin söhbətidə kimin “prav”, kimin “neprav” olduğunu bilmirəm, bildiyim odur ki, hakim səviyyəsini qorumalı, heç vaxt belə ucuz söhbətlərə getməməlidi. Görəsən, komitədən kimsə Rəhimə Məstanovla “razborka” çürütdüyünə görə “zamıçaniya” edib?
Ən qəribəsi odur ki, İntizam Komitəsi Rəhim Həsənovun ötən tur səhv buraxdığını aşkar etsə də, gənc hakim cəzalanmadı. Əksinə, Hakimlər Komitəsi bu tur ona yenidən təyinat verdi.
Uzun sözün qısası,
Rəhim Həsənovun hansı səbəbdən FİFA referisi adına layiq görülməsi qaranlıqdı. Azərbaycan çempionatında nə edib ki, indi də gedib xaruqələrini xaricdə təkrarlasın? Yox, daxili çempionatda buraxdığı səhvləri beynəlxalq arenada da təkrarlasa, kitabımız bağlandı.
Bir də ki, Xaqani Məmmədov deyir ki, Fariz Yusifovla Vüsal Əliyevi ingilis dilini yaxşı bilmədiklərinə görə geri çağırırlar. Bəyəm Rəhim ingiliscə bilir? Ay-hay. “Qəbələ”ni Toni Adams çalışdırdığı vaxtlar idi. Adamsın komandası Respublika stadionunda meydana çıxmışdı və həmin görüşün dördüncü hakimi də Həsənov idi. Oyunun gedişi zamanı Adams ən azı 10 dəfə, kənardan belə eşidiləcək səsdə rəqibin ehtiyat oyunçular skamyasındakıların ağzını-üzünü “bəzədi”. Amma Həsənov bir dəfə də olsun ingilisə “gözün üstə qaşın var” demədi. Burdan da iki fikir ortaya çıxır. Ya Rəhim 5 yaşında uşağın belə mənasını bildiyi “F... you”nun nə demək olduğunu bilmir, ya da Adamsa söz deməyə cürəti çatmır. Əgər “Rəhim ingiliscə bilir, düzgün varinat “B”di” deyirsinizsə, mən də sual verirəm, “öz ölkəsində əcnəbiyə bir söz deməyə “dux”u çatmayan birisi, sabah əcnəbinin ölkəsində ona nəsə deyə biləcək?” Ay-hay.
ŞAHİN, "Het-news"
qəzeti
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |