Böyükağa Hacıyevin mıs-mısı... YAZI
Böyükağa Hacıyev idman jurnalistləri üçün yaxşı kadr sayıla bilər. Çünki adam media əhlini darıxmağa qoymur. Ara sakitləşir, bir də görürsən, Hacıyev kimisə “bombaladı”, ya da bostanına “kubik” atdı. Böyükağa müəllimi bu yönünə görə hamı sevir. Kişi, kişi adamdı – kişi, şablon insan deyil.
Hacıyev yenə boş oturmayıb. Antalyadan AFFA-nın və Berti Foqtsun ünvanına “çarpıcı” açıqlamalar söyləyib. Əvvəlcə dediklərinə diqqət yetirək:
“Millinin təlim-məşq toplanışları komandanın hazırlıq prosesinə maneçilik törədir. Üstəlik millinin heyətinə “Neftçi”dən az futbolçu dəvət olunur. Cavid İmamverdiyev, Tərlan Quliyev və Elvin Yunuszadə kimi futbolçular millidən kənarda qalır. Bu bir daha onu göstərir ki, Foqts “Neftçi”ni qəbul etmir. Ümumiyyətlə təkcə Foqts yox, AFFA-da iki nəfər var ki, “Neftçi”nin uğurlarını qısqanır. Onu da deyim ki, millinin siyahısını Foqts hazırlamır. Ona hazır siyahı təqdim edilir”.
Sözlərində həqiqət yoxdur? Bu adam düz danışıb. Nə üçün Cavid İmamverdiyev, Tərlan Quliyev və Elvin Yunuszadə kimi futbolçular qala-qala, milliyə “pinəçi” futbolçular dəvət olunur? Yoxsa bu üçlük onlardan zəifdir? Adlarını açıqlamağa ehtiyac yoxdur. Siz də bilirsiz ki, millidə yer alan futbolçulardan ən azı yarısı o formanı geyinməyə layiq deyil. Məşqçi düz deyir, Foqts millinin heyətni özü müəyyənləşdirmir. Ya da ki, öz xeyir və mənfəti üzərinə seçim edir. Hacıyevin “AFFA-da iki nəfər var ki, “Neftçi”nin uğurlarını qısqanır” sözləri də havaya üfürülən nəfəslə deyilməyib a. Həqiqətən də, orada (hətta ikidən də çox) bəzi insanlar belədir. Elxan Məmmədov hələ də jim-jimdədir ki, “Neftçi”də böyük uğurlar qazanan klub prezidenti Sadıq Sadıqov birdən AFFA-ya rəhbər gələr. Ramin Musayev də qısqanclığından çart verib ki, onun zamanında “Neftçi” bu uğurları əldə edə bilmədi. Kəsəsi, Hacıyev bu dəfə oluqca düz danışıb.
Öz növbəsində AFFA da ona cavab verməyə çalışıb. Assosiasiyadan “fatı otur, fatı dur” funksiyasından başqa heç bir işi yerinə yetirə bilməyən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Hacıyevə cavab verməyə çalışıb: “Milli komandada heyəti Berti Foqts müəyyənləşdirir. AFFA rəhbərliyi nəinki almaniyalı mütəxəssisə, bütün yığmaların baş məşqçilərinə sərbəstlik verib. Əvvəla, bütün yığmaların baş məşqçiləri heyətə çağırılacaq futbolçuların siyahısını özləri hazırlayırlar. İkincisi, “Neftçi”nin uğuruna ən çox sevinən təşkilat AFFA-dır. Baş məşqçisi Böyükağa Hacıyevə hörmətimiz var. Amma unutmayaq ki, AFFA “Neftçi”nin qrup mərhələsində evdə keçirdiyi hər 3 oyunda təşkilatçılıq işlərində yardımçı oldu.
Cavid İmamverdiyev millinin Dubay toplanışına çağırılıb. Sadəcə, əsas yox, ehtiyat heyətdə yer alıb. 21 yaşlılardan ibarət yığmamız da qış fasiləsində xaricdə təlim-məşq toplanışında olacaq. Antalyaya gedəcək U-21-in də yoxlama oyunları var. Bu 2 komandanın təlim-məşq toplanışı eyni vaxta düşəndə, baş məşqçilər heyətlə bağlı məsləhətləşirlər. Buna əsasən “Neftçi”dən Tərlan Quliyev, Elvin Yunuszadə, həmçinin Mirhüseyn Seyidov, Araz Abdullayev 21 yaşlıların toplanışına çağırılacaq”.
Mikayıl Nərimanoğlunu da qınamalı deyil, kişi kreslosu xatirinə ona verilən suala kreslo cavabı verib. Başqa nə deyəydi ki? Deyərdi Hacıyev düz danışıb, əcəb edib elə deyib?
Hacıyev, yaşda bizdən xeyli böyük olduğunuzdan, sizə məsləhət yox, tövsiyə xarakterli bəzi sözlərimiz olacaq. Gəlin, bundan sonra danışanda daha dəqiq danışın. İndi sizin mıs-mıs deyən vaxtınız da deyil, konkret olaraq mustafa deyin, bilməyənlər də söhbətin nədən getdiyini başa düşsünlər. Camaata niyə əziyyət verirsiz?
Elnur, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |