Hakimlərin Antalya toplanışından incə-kobud məqamlar... YAZI
Elçin Məmmədov: "Azərbaycanda heç kim futbolu bilmir"
Antalyaya gedən klublarımızla yanaşı, bu şəhərdə
təlim-məşq toplanışında olan hakimlərimizin də hazırlığı davam edir. Ədalət
naminə ədalət təmsilçilərinin hazırlıq səviyyəsinin yaxşı olduğunu da demək
yerinə düşər. Həqiqətən də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev
hakimlər üçün əla şərait yaradıb. Hər gün müxtəlif ölkələrdən olan klubların
hazırlıq oyunlarına dəvət alan hakimlərimizin idarəçiliyi nəzarət altındadır.
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bölgüsüylə oyunlara göndərilən hakimlər
briqadasının üstündə matça baxış komissiyası da gedir. Həmin Baxış komissiyası
qarşılaşmada olan mübahisəli və ya səhv qərarları oyundan sonrakı - hakimlərin
oteldəki toplantısında önə çıxardır və bu məqamlar ümumilikdə müzakirə olunur.
Yanvarın 25-i də istisna olmadı. Həmişə olduğu kimi, yenə də hakimlərin
toplantısı Antalyada olan jurnalistlər üçün açıq idi. Budəfəki toplantıda
hakimlərin idarə etdiyi son hazırlıq oyunları yox, Premyer Liqada baş vermiş
mübahisəli qərarlar müzakirə olunurdu. Daha doğrusu, monitora verilən oyun
epizodunda hakimin hansı qərarı verməli olduğu zalda əyləşən hakimlərdən
soruşulurdu. Daha həmin oyunda referinin düz və ya səhv qərar qəbul etməsi
müzakirə mövzusu deyildi.
Maraqlı, zarafatlarla dolu toplantıda bəzi məqamlar
yaşandı ki, həmin anları yazı dilində sizə çatdırmağı özümə borc bildim.
Epizodların birinin müzakirəsində futbolçu rəqibinə
qarşı həddindən artıq kobudluq etmişdi. Həmin epizodu şərh etmək üçün söz Anar
Salamanova veriləndə, FİFA referisi bunu çox maraqlı şəkildə izah etdi.
"Bu futbolçuya (kobud oynayanı nəzərdə tutur) dalbadal 4 dənə qırmızı vərəqə
düşür e..." deyən Salmanovun sözləri hər kəsin gülüşünə səbəb oldu.
Gülüşə səbəb olan daha bir epizodon dialoqu isə
Xaqani Məmmədovla Elçin Məmmədovun arasında yaşandı. Yenə də kobud oyundan söhbət
gedirdi. Rəqib futbolçuya qarşı dəhşətli dərəcədə kobud oyun olsa da, bu hadisə
gözü önündə baş verən yan xət hakiminin heç vecinədə olmur. Elçin isə həmin
hakimi müdafiə edərək "burda nə var ki, görməyib də" dedi. Xaqani müəllim isə Elçinə "Elçin,
"ofsayd" deyil e, sənin kimi görmədim deyib, bəhanə gətirə, az qala
futbolçunun ayağın sındıra, otur yerinə" deyərək onun cavabın verdi.
Yeri gəlmişkən, epizodların təhlili zamanı
Xaqani Məmmədov hakimlərdən tələb edirdi ki, onlar həmin məqamı epizoda baxaraq
şərh etməsinlər. Olayı hakim diliylə, hakimlərin nizamnaməsinə uyğun
yorumlasınlar. Demək olar ki, gənc hakimlərdən heç biri bunu bacarmırdı. Bunun
öhdəsindən isə yalnız iki nəfər (Elçin Məmmədovu çıxmaq şərtiylə, çünki o,
hakimliklə yanaşı həm də, Hakimlər Komitəsində vəzifə sahibidir) - keçmiş FİFA
referiləri olan Fariz Yusifovla Vüsal Əliyev gəlirdi. Rauf Cabbarovla Anar
Salmanovda buna
çalışırdı, amma əvvəl adını çəkdiyimiz iki hakimdən çox geri qalırdılar. Əliyar
Ağayevlə Rəhim Həsənov isə ancaq susmağa üstünlük verirdi.
Elçin Məmmədov elə bizim fikri dolayısıyla təsdiqlədi.
Məmmədovun üzünü hakimlərə tutaraq "siz qaydaları, metodikanı tam şəkildə
bilsəz görərsiz ki, Azərbaycanda heç kim futbolu bilmir" deməsi də buna
sübutdur.
Ümumiyyətlə isə, mübahisəli məqamların müzakirəsi
zamanı (bura da ancaq futbolçuların bir-birlərinə qarşı kobud oyunları olan
video görüntülər daxil idi) göründü ki, əksər hallarda hakimlər düzgün qərarlar
qəbul edib. Ən böyük səhv isə Fariz Yusifovla bağlı oldu. Ötən il 15 dekabr
tarixində baş tutan "Xəzər Lənkəran" - "Neftçi" oyununda
(2:1) referi ikili mübarizədə bir-birlərini vuran Adrian Pit və Flavinyoya
qırmızı vərəqə verməli olduğu halda, ancaq ikinciyə "sarı" göstərməklə
kifayətlənmişdi. Halbuki hər iki oyunçu qırmızı vərəqəlik idi.
Flavinyodan söz düşmüşkən, daha bir epizod
onla bağlı olmuşdu və braziliyalı futbolçunun simulyasiya etməsi açıq-aydın
görünürdü. Bu zaman isə zalda olan bütün referilər onun ünvanına "bu çox əclaf
futbolçudu", "əclafın yekəsidir", "oğraşdı",
"artistdi" kimi ifadələr işlətdilər.
Son 4 ifadədən fərqli olaraq, toplantı hakimlərin yüksək əhval-ruhiyəsi ilə tamamlandı.
Vüsal BƏBİRLİ
Antalya
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |