Futbolumuzun 2013-ci ildəki ilk fiaskosuna sözardı YAZI
2013-cü ilin ilk ayı geridə qalmaq üzrədir. Klublarımızın başı təlim-məşq toplanışına, yoxlama oyunlarına qarışıb. Amma Azərbaycan futbolu yeni ildə artıq ilk fiaskosunu yaşamağa imkan tapıb. 19 yaşadək futbolçulardan ibarət yığmamız Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 16 komanda arasında 12-ci oldu. Keçirdiyi 5 oyunda Arif Əsədovun komandası cəmi 1 qələbə qazandı. O da turnirin ən zəif komandalarından olan Litva üzərində. Turnir artıq 2 həftədir başa çatsa da, bir AFFA rəsmisi bu yenilgiylə bağlı 1 kəlmə də etmir. Nədənsə, kiçik bir uğur zamanı sevimli mətbuat orqanlarına geniş açıqlamalar, müsahibələr verən baş katib Elxan Məmmədov da susur. Belə çıxır ki, Azərbaycan futbolunun yeni ildəki fiasko “siftə”si 1 assosiasiya rəsmisinin də vecinə deyil. Əgər, bu uğursuzluq kiminsə vecinə olsaydı, çıxıb bu fiaskoya görə hesabat verər, baş məşqçidən hesabat tələb edərdilər. Lakin Arif Əsədova heç kim gözün üstə qaşın var demədi. Hələ bu azmış kimi, Sankt-Peterburqda “xaruqələr yaradan” U-19 millisini AFFA Antalyaya da göndərdi ki, Rusiyada yaxşı istirahət edə bilməmisiz, bir az Türkiyədə dincəlin...
Yəqin ki, AFFA rəsmiləri bu yazını oxusalar, iddia edəcəklər ki, bu uğursuzluğu faciəyə çevirmək lazım deyil. Bu, sıradan bir turnir idi. Ona görə də 12-ci yeri şişirtməyə dəyməz. Həm də baş məşqçi yenidir, ona vaxt vermək lazımdı. Lakin bütün bunlar cəfəngiyatdır. Birincisi, biz guya Avropa və dünya çempionatının seçmə mərhələ oyunlarında nə etmişik ki, bu cür turnirlərə qeyri-ciddi yanaşaq? Həm də baş məşqçi üçün zaman, vaxt məfhumları bəhanədən başqa bir şey deyil. Turnirin son matçında Belarusa 11-ci yer uğrunda matçda yenilən yığmamızın baş məşqçisi Arif Əsədov qarşılaşmadan sonra “Ümumilikdə, komandamdan razıyam” dedi. Maraqlıdır, görəsən Arif Əsədov hansı komandadan razı qalıb? 16 komanda arasında 12-ci yer tutan, yoxsa 5 oyunda cəmi 1 qələbə qazanan komandadan? Bəlkə, Əsədov daha pis nəticə gözləyirdi komandasından? Yəqin, könlündən 14-15-ci yerlər “keçirmiş” ki, indi 12-ci yerə sevinir, komandadan razılıq edir. Bizim üçün ən pis məqam isə komandamızın nə 12-cı olması, nə də 5 oyunda cəmi 1 qələbə qazanmasıdır. Ən pisi erməni dığasının yığmamıza qol vurmasıdı. Yəqin ki, Ukrayna – Azərbaycan oyununa bəziləriniz baxmısınız. Həmin matçda Miranyan qapımıza qol vurduqdan sonra əli ilə “susun” mənasını verən jesti etdi. Budur, sizin ümumilikdə razı qaldığınız komandanız Arif Əsədov? Budur, bizim futbolun gələcəyi Elxan Məmmədov? Erməni qol vurub, bizimkilərə “susun” deyir. Bu da futbolumuzun “inkişafı”.
Bu uğursuzluqda Arif Əsədovun da rolu var. Bayaq, Əsədovun komandasından razılıq etməsini əbəs yerə xatırlatmadım. Diqqət yetirək, “Neftçi”nin sabiq çalışdırıcısı hər uğursuz oyundan sonra bir bəhanə gətirdi:
Çexiya ilə 1:1
başa çatan oyundan sonra: “Rəqibin adı futbolçularımıza psixoloji baxımdan təsir göstərmişdi... Bugünkü qarşılaşmada hakimliyin səviyyəsinin çox aşağı olduğunu qeyd etməliyəm. Futbolçumuza qırmızı vərəqə əsassız yerə göstərildi...”
Ukraynaya
0:2 hesabı ilə uduzduğumuz oyundan sonra: “Qrupdakı vəziyyətimiz yalnız qələbə qazanmaq zərurəti yaratmışdı. Buna görə meydanın rəqibə aid olan hissəsində daha çox hərəkət etməyə çalışırdıq. Bu, bizə müəssər oldu. Lakin Ukrayna yığması standart vəziyyətdən maksimum yararlanıb hesabı açdı. Hesabda geri düşdükdən sonra daha böyük qüvvə ilə irəli atıldıq. Lakin qapımızdan ikinci topu buraxdıq. Nəticəyə görə təəssüflənirəm”.
Yunanıstana 0:1 hesabı ilə uduzduğumuz oyundan sonra: “Bu gün oyunçuların fərdi keyfiyyətləri özünü daha qabarıq şəkildə göstərdi. Oyunumuzda daha çox konsentrasiya çatışmır. Hücum ediriksə, müdafiəni unuduruq və yaxud əksinə. Standart vəziyyətlərdə də daha diqqətli olmalıyıq. Ümumilikdə, turnirin bizə faydası çoxdur”.
Gördüyünüz kimi, Əsədov 1 dəfə də olsun demədi ki, “Rəqibdən zəif idik, bacarmadıq”. Və ya “bəlkə mənim də hardasa səhvim oldu”.
Əsədovu qınamaq lazım deyil. Bu, azərbaycanlı mütəxəssislərin qanındadı. Sanki komanda fiaskoya uğrayanda günahı boynuna almaq, haradasa səhv buraxdığını etiraf etmək günahdı. Amma ki, bir uğur qazandılar, daha gözləri ayaqlarının altını görmür. Çox uzağa getmək lazım deyil, Böyükağa Hacıyev bu baxımdan “parlaq” nümunədi.
AFFA-nın məşqçi seçimində yol verdiyi səhvlər haqda çox yazılıb, çox deyilib. Amma faydası nədir? Onsuz da Elxan Məmmədov və onun ətrafı istədiyini edir. Bernhard Lippert, Nikolay Adam kimi mütəxəssislər öz ölkələrində hansı uğur qazanıblar ki, indi də Azərbaycan futbolunu ağ günə çıxarsınlar? Hələ Berti Foqtsu demirəm. “Pensioner” alman ciddi nəticə vermədiyi halda, böyük pullar qazanır. Məgər AFFA-dakılar həqiqətənmi anlamırlar ki, Avropa çempionu adının qazanmış birisi bu gün Azərbaycana gəlibsə, onu artıq futbol yox, pul düşündürür? Bizə dağdan enən yox, dağa çıxan, uğura ac olan mütəxəssislər lazımdı. Daha Foqts kimi karyerasının qürub çağını yaşayanlar yox.
ŞAHİN, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |