“Qəbələ”də nələr baş verir? YAZI
KOMANDAYA GƏTİRİLƏN QOCA TRANSFERLƏR NƏYƏ XİDMƏT EDİR?
Uzun müddətdir dərin quyuya düşən, oradan heç cür bayıra çıxa bilməyən bir nəfər, quyudan qurtulmaq arzusuyla yaşayır. Nə bilim e, alışıb yanır da... Elə hey düşünür, axı mən nə zaman insanları, günəşi görə biləcəm? Günlərin birində, quyuya ip – yekə bir kəndir sallanır. Bunu görən quyudakı o bütün ümidləri ölən insan, dərhal ayağa qalxaraq kəndirdən yapışır və üzü yuxarı dırmaşmağa başlayır. Zorla da olsa, yolun yarısını dırmaşır, bir qədər də cəhd edir və quyudan tamamilə çıxmağına lap az da olmasa, onun kimi bir məsafə qalır. Onu da dırmaşa bilsə, quyudan çıxacaq. İnsanları da görəcək, günəşi də. Ancaq bunu bacarmır, daha doğrusu istəmir. Quyudan çıxmağına az qalmış, kəndirdən əlini buraxır və yenidən quyunun dibinə yuvarlanır. Sonra da kəndir dərhal yoxa çıxır.
Yəqin ki, bir şey anlamadız. Bununla sizə “Qəbələ”
klubunun hazırkı durumunu və bu komandada gələcəkdə baş verəcəkləri anlatmağa çalışdım. Hamı bilir ki, “Qəbələ”
rəhbərliyi komandaya futbol üçün hər şeyi yaradıb. Bu il
isə komanda bir ilkə imza ata bilər. Hazırkı vəziyyətə görə “Qəbələ” “altılığ”a düşə və Avroliqaya vəsiqə də qazana bilər ki, rəhbərlik neçə ildir bunun arzusuyla yaşayır. İngiltərədə – hətta şahzadə yanında nüfuzu olan klub prezidenti Tale Heydərov bununla dostlarına “baxın, mənim klubumdur” demək istəyir,
bəlkə də. Bunun üçün isə yaxşı şansları da var. Ancaq bu gedişlə çətin...
“Qəbələ” Avroliqaya düşmək üçün hazırkı mövqeyini daha da gücləndirməlidir. Bunun üçün də komandadakı oyun çatışmazlığı aradan qaldırılmalı, xətlərarası əlaqə toplanış zamanı tam bərpa olunmalı, lazımlı mövqelərə – komandanın zəif hesab olunan yerlərinə futbolçu alınmalıdır. Ancaq “Qəbələ”də bunlar görünmür. Bu komandanın transfer siyasəti isə sadəcə tragikomediyadır. Avroliqaya vəsiqə qazanmaq üçün heyətini gücləndirən bir komanda Ceyhun Sultanov, Emin İmaməliyev kimi karyerası başa çatan futbolçularla müqavilə bağlayır, heç bir kluba lazım olmayan Amit Quluzadəyə qapı açır. Sadə sual:NİYƏ? Axı bu
futbolçular komandaya necə kömək edə bilərlər? Deməli, ortada başqa maraq var. Bunun nədən ibarət olmasıyla bağlı araşdırma apardıq. Məlum oldu ki, “Qəbələ”yə bu
futbolçuları aparan insanın ortada çox böyük marağı var. Etibarlı mənbədən aldığımız məlumata görə,
Ceyhun Sultanovun klubla müqaviləsində ona çatacaq pulun məbləği 130 min dollar göstərilib ki, bu
puldan aylnız 70 min dolları futbolçuya veriləcək. Ceyhunun da
bundan xəbəri var və o, bu
şərtə razılaşıb. Deyib ki, mənə istədiyimi verin, qalanını neyləyirsiz, elə də edin.
Emin İmaməliyevlə də eyni vəziyyətdir. Həmin mənbənin sözlərinə əsasən,
Emin 6 ay üçün 80 min dollarlıq müqaviləyə imza atıb və bu pulun tən yarısı ona veriləcək. Yerdə qalan 40 min dolları isə kimsə, yaxud da, “yekə” kimsə quşlar aparacaq.
Bax budur “Qəbələ”nin peşəkarlığı. Ölkənin aparıcı insanlarından – vəzifə sahiblərindən olan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun komandasında belə halların yaşanması isə ancaq təəssüf doğurur. Çünki Heydərov insanlar arasında yaxşı imic, hörmət qazanıb. Amma onun klubuna baxan futbol funksionerləri isə komandanı çapıb-talamaqla məşğuldurlar. Bəs onlar bunu görmürlər, hara baxırlar? Yoxsa, klub nazir üçün heç bir əhəmiyyət daşımır?
Klubun vitse-prezidenti olan Fariz Nəcəfovun da bunlardan xəbəri yoxdur? Axı necə olur ki, biz bundan xəbər tuturuq, Nəcəfov isə burnunun ucunda baş verən yeyintilərdən xəbərsizdir? Buna da adam inanar? İnana lənət...
Elnur, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |