O Sneyderdən bizdə niyə yoxdu? YAZI
Bu dəqiqə klublarımızın başı yaman qarışıqdı. Çempionatda yaranan fasilədən istifadə edərək Antalyaya üz tutaraq, təlim-məşq toplanışı keçirir, eləcə də heyətlərini gücləndirməyə çalışırlar. Təbii ki, bu dediklərim imkanlılara aiddir. “Turan”, “Kəpəz”, “Sumqayıt” və “Rəvan”ın futbolçuları Antalyanı yuxularında da görmürlər. Amma sözümün canı başqadır.
Transfer bazarının qızğın çağıdır. Klublarımız bayaq da dediyim kimi, heyətlərini gücləndirməyə çalışırlar. Daim “peşəkarlığ”ı ilə dünya klublarını qabaqlayan təmsilçilərimiz yenə də digərlərindən seçilməyə cəhd edirlər. Avropa klublarına diqqət yetirsək, görərik ki, “köhnə qitə” təmsilçiləri qış fasiləsi zamanı 1-2 futbolçunu heyətlərinə qatırlar. Amma bizimkilər o qədər irəli gediblər ki, qışda 4, 5, hətta imkanları olsa 10 futbolçunu heyətə cəlb edərlər. Guya bu vaxta qədər nə səs-küylü transferlər gerçəkləşdiriblər ki, bundan sonra nə edəcəklər.
Fikrimcə, qış transfer pəncərəsi zamanı Avropada ən böyük transferi “Qalatasaray” gerçəkləşdirib. “Cim-Bom” həqiqətən də böyük iş görərək, Uesli Sneyderi heyətinə qatdı. Holland futbolçunun İstanbuldakı qarşılanma mərasimini izləyərkən, öz-özümə sual verdim, görəsən, bizim klublar niyə bu cür keçid reallaşdırmırlar? Axı, nəyə görə “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi milyonlarının sayı bilinməyən klublarımız tanınmış futbolçuları heyətə cəlb etmirlər? Məgər, buna imkanları yoxdur? Əlbəttə ki, var! Bəyənmədiyimiz özbəklər gedib Rivaldonu, Skolarini gətirirlərsə, biz niyə eyni yolnan getməyək? Onlardan nəyimiz əksikdir? Bəlkə pulumuz əkələrinkindən azdır? Əsla. O zaman ortaya sual çıxır, nəyə görə bizim klublar o cür səs-küylü keçidlər reallaşdırmırlar? Nə qədər fikirləşsəm də, bu suala cavab tapa bilmirəm. Səviyyəsiz 3-4 legionerə 300-400 min xərcləməkdənsə, 1 milyon verib, elə səviyyəli bir futbolçu gətirin də. Qoy, bizim azarkeşlərimiz də hava limanına axışıb, dünya səviyyəli ulduzu böyük coşqu ilə qarşılasınlar, üstünə tullanıb, o yanağından, bu yanağından öpsünlər də. Nəyə görə bu sevinci bizim azarkeşlərimizə çox görürsünüz, hörmətli klub rəhbərləri? Kimsə iddia edə bilər ki, Rivaldo 40 yaşında Özbəkistana gedib, qoy getsin. Əvəzində bütün Braziliya yer kürəsində Özbəkistan adlı ölkənin varlığından xəbərdar oldu. Bu, ölkə adına da böyük reklamdır. Uzağa getmək lazım deyil, Toni Adams buna bariz nümunədir. Bu günəcən Azərbaycana gələn adlı-sanlı legionerlər arasında Oktay Dərəlioğlu, Jaba və Emil Mpenzanın adını çəkmək olar.
Bəs, indi vəziyyət necədir? Götürək elə cari qış fasiləsini. Bu günə qədər klublarımız 1 dənə də olsun səs-küylü keçid reallaşdırmayıblar. Başlayaq “Neftçi”dən. Çempion rəsmi olaraq, cəmi 1 futbolçunu heyətinə qatıb ki, o da Denis Silvadır. Baş məşqçi Böyükağa Hacıyev isə gah qapıçı, gah da yarımmüdafiəçi gələcək deyir. Amma ortada dəqiq bir şey yoxdur hələ.
“Xəzər Lənkəran”ın durumu daha pisdir. Subaşiçlə vidalaşan cənublular onun əvəzinə Gökhan Güləçi gətirdi. Amma fakt budur ki, Güləç Oktay, Jaba, Suat Usta kimi futbolçularla heç cür bir sırada dayana bilməz. Görəsən, indi nə dəyişib ki, əvvəllər Oktay, Svetkov kimi keçidlər reallaşdıran cənublular daha səviyyəli əcnəbi transfer etmir? “Xəzər Lənkəran” kimi klubun qapıçı tapa bilməməsi isə lap biabırçılıqdır. Neçə illərdi cənub klubu 1 qapıçı tapa bilmir. Bir neçə gün əvvəl komanda xorvat qolkiperlə anlaşsa da, 3 gün sonra ona qapını göstərdilər. Bu məqam Lənkəran klubunun baş məşqçisi Karles Bakesin “səviyyə”sini ortaya qoydu. Məşqdə özünü yaxşı tərəfdən göstərən qolkiperə qucaq açan Bakes ilk oyundakı “quş”a görə ondan imtina etdi. Yaxşı ki, avropalıların bundan xəbəri yoxdur. Yoxsa, bizi əməlli-başlı lağa qoyardılar. Məşqdə oyunçunu bəyən, oyunda səhv buraxsın, geri göndər. Həqiqətən də gülməlidi.
“Bakı”nın da əməllərindən baş açmaq olmur. Rauf Əliyevlə Kamran Ağayevin gəlişi kağızı üzərində iddialı görünür. Amma reallıq başqa məqamlardan xəbər verir. Ağayev xeyli müddətdir meydana çıxmır. Əliyev isə çempionatın ilk hissəsində 1 qol belə vura bilməyib.
Əvvəlki illərdən fərqli olaraq, “Qarabağ” transfer bazarında fəal görünür. Amma Ağdam klubunun keçidləri ajiotaj doğurmur. Kristian Torres, Elvin Musazadə kimi sıradan futbolçularla “Qarabağ”ın necə çempion olacağını təsəvvür belə etmək olmur.
“Qəbələ” də o birsilərinin tayı. Avrokubokları hədəfləyən Ramiz Məmmədov Emin İmaməliyev kimi veteran futbolçunu heyətə cəlb edir.
O ki qaldı digər klublara, gorları var ki, kəfənləri də olsun? Uzun sözün qısası, hörmətli oxucu, bu gedişlə biz Sneyder yox e, heç ondan 2 dəfə aşağı səviyyəli əcnəbini ulduzu da yaxın gələcəkdə Azərbaycan Premyer Liqasında görə bilməyəcəyik. Bizimkilərə o xaricdəki Sneyderdən lazım deyil. İstəmirlər ki, uzaq Liviya səhrasında Azərbaycan klubunun reallaşdırdığı transferi görüb, alqışlasınlar.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |