Əfqan, məgər sən kişi deyilsən? - KÖŞƏ
Əfqan, heyf imkanım olanda qulağının dibinə bir sillə geyindirməmişəm. Yadındadır, təxminən bir il öncə Lənkəranda "Xəzər Lənkəran"la "Neftçi"nin oyununda tir-tir əsirdin ki, "bizi burdan sağ buraxmayacaqlar". 15 min azarkeşin önündə bizə "toy" tutmuşdun. Qol vururduq - saymırdın, etiraz edirdik - məhəl qoymurdun. Nəhayət, camaatın səbri daşdı. Onda hamı sənin tikəndən bir parça istəyirdi. Qurban olasan Mais Mənsimova, kimlərinsə xətrinə sənin canını qurtardı. Sağ-salamatsan, öz işində, öz yolundasan...
rnrnO vaxtkı oyundan sonra cəzalananlar arasında mənim də adım var idi. Çünki hələ oyundan əvvəl "Əfqan bizə qan uddurmağa gəlir" deyə fikirləşən Ağasəlim Mircavadov, hələ ilk yarıda aşkar səhvindən sonra sənin üstünə şığıyanda, ardınca mən də getdim. Ki, onu sakitləşdirim. Səninlə də kiçik dialoqumuz oldu. Mənə and içdin ki, az öncəki epizodda qol yox idi. Mən də titrədiyini görüb, bəlkə də tribunalara toplaşmış 15 min "Xəzər Lənkəran"sevərə xəyanət edirmiş kimi, sənə "sakit ol, diqqətli ol, narahat olma" dedim. Sonra da oyunun sonuna yaxın sənin və briqadana daxil olanların kötəklənməsi başlayanda, qardaşlarım kimi sizi qorumağa çalışdım. Amma yenə deyirəm, onda bir il öncəni görə bilsəydim, bir sillə də mən çəkərdim qulağının dibinə.
rnrnSonra hakim otağına girib halınızı öyrənmək istəyərkən söhbətimiz oldu. Sən and-aman etdin ki, qərəzli olmamısan. Əslində, digərlərini videotəkrarsız təhlil etmək mümkün olmadığından məni sadəcə bir epizod maraqlandırırdı. Top cərimə meydançasında indi adını xatırlamadığım "Neftçi"nin oyunçusunun əlinə dəyişmişdi. Sən "top əlini tapdı", "arada məsafə az idi" deyərək, qərəzsiz olduğunu sübut etmək istəyirdin. Sənə inandım. Hətta otaqdan çıxanda, əlini sıxdım, olanlara görə "bağışlayın" dedim.
rnrnİndi utanıram. Özümü xəyanətkar bilib, sənin səmimiyyətinə inandığıma görə utanıram. Çünki iki gün öncə sən "Şəfa"da qaydalarla oturub-durmadığını göstərdin. Top Mjavanadzenin əlinə dəyən epizod Lənkərandakından çoxmu fərqlənirdi? İndi mən heç vaxt dəyişməyəcəyim fikrimi deyim. O vaxt Lənkəranda sən penalti verə də bilərdin. Ən azı, oyunun axarına görə: biz "Neftçi"ni meydandan silmişdik. Amma özünü hakim sayan və Allahı unutmadan futbolçu və məşqçilərin haqqını müəyyənləşdirmək cəsarətinə sahib olan insan "Şəfa"da penalti təyin etməməli idi...
rnrnBiri var döyülüb kişilikdən olmaq, biri var döyülüb, kişi qalmaq. Bəlkə də penalti verməsəydin, "Neftçi" uduzsaydı, yenə döyüləcəkdin. Amma kişi kimi döyüləcəkdin.
rnrnƏfqan, məgər sən kişi deyilsən?
TURAL ƏSGƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |