Çıxış yolu - KÖŞƏ
Yenə də çəkici nala vururuq, mıxa vurmaq əvəzinə. Özümüzü aldatmağa sankirnvərdiş etmişik.
rnrnQardaşım, məgər Azərbaycan futbolunun tək problemi hakimlikdi?rnXeyr, sanmıram. Hakimlik problem olsaydı, korrnbağırsaq kimi kəsib atardıq. Birrnmətbuat təmsilçisi kimi, bu məsələdə səhv yoldarnolmağımız məni narahat etməyə bilməzdi.
rnrnBir daha təkrar edirəm, futbolumuzunrnönünə çəpər çəkən idarəetmə sistemininrnyanlış qurulmasıdı. Sonrngünlər istər telekanallarda, istərsə də yazılı mətbuatdarnhamı hakimlərin qərəzli idarəçiliyindən danışır.rnMilləti aldatmağa çalışırıq ki,rnguya meydandakı referi fitini düz çalsa,rnhər şey əla olacaq, Azərbaycan çempionatının və futbolununrnsəviyyəsi göyə fırlayacaq.
rnrnFikrimcə, hakimlər haqsız yerə tənqid olunur.rnTənqid olunası şəxslər isə tənqidlərdən yayınır, məhz hakimlərin sayəsində. Bildiyinizrnkimi, hakimlər de-yure, AFFA-ya,rnde-fakto, RaminrnMusayevə tabedi. Təyinatlar, lap elə tapşırıqlar məhz Musayevdən və ya Musayevrnvasitəsi ilə başqasından gəlir. Bunu klublar da bilir və bu səbəbdən, hakimlikdə daimrnsəhv, qərəz axtarır. Axı, demək olar ki, Premyer Liqa təmsilçilərininrnəksəriyyəti PFLrnvasitəsi ilə oyunlara birbaşa və ya bilavasitə təsir ediblər.
rnrnƏslində Hakimlər Komitəsininrnsədri vəzifəsi PFL prezidenti və başqa burnkimi kreslolardan üstündü. Ən azı, ona görə ki, bizdən başqa hər yerdə bu belədi. Bizdə isə hakimbaşının səlahiyyəti müqəvvalıqdan başqa birrnşeyrndeyil. Hakimlər Komitəsinin sədrinə o qədər təzyiqlər olur ki, özü düşünməyə nə macalrntapır, nə də şərait.
rnrnƏgər düşünürüksə ki, hakimlikdəki səhvləri yolunarnqoysaq, çempionatımız inkişaf edəcək, ondarnyüz faiz Hakimlər Komitəsini de-yurernvə de-fakto müstəqil etməliyik.rnHakimlərin kimdənsə, eləcə də kimlərdənsə asılılığınarnson qoymalıyıq. Hərçənd ki, hakim səhvlərini azaltmaqla,rnnəyəsə nail olacağımıza inanmıram.
rnrnElçin Məmmədov, Vüsal Əliyev, Rövşən Əhmədov, Əfqan Həmzəyev, FarizrnYusifov, Anar Salmanov və başqaları... Azərbaycan futbolunun inkişafı onların əlində deyil.rnOnlar, sadəcə, hakimlərdi və səhv etmək hüquqları var,rndigər ölkələrin hakimləri kimi. Əgər səhvləri qərəzlidisə, o zamanrntənqidi onları buna məcbur edənlərə tərəf yönəltmək lazımdı. Birrndaha təkrar edirəm, bəziləri yüzminlərlə, milyonlarlarnpul mənimsəyir, bunu ört-basdır etmək üçünrnhakimləri vasitə olaraq istifadə edir.
rnrnAzərbaycan futbolunun önünü tıxıyan, gözünü çıxaran,rnayağını qıran, bir sözlə, məhv edən, onurnidarə edənlərdi. Rüşvətxorlar, vəzifə səlahiyyətindən sui-istifadə edənlər, dövlət əmlakını tar-marrnedənlər futbolumuza ayaq açıblar. Rəsmi Bakı gözəl anlayır ki,rnfutbol vasitəsi ilə çox şeyə nail olmaq olar. İstər daxili,rnistərsə də beynəlxalq aləmdə əla imicrnformalaşdırmaq olar. Bunun əyani təsdiqirnXorvatiyadı. Neftdən gələn gəlirin bir hissəsinin futbola yönəldilməsi onunrninkişafını sürətləndirmək məqsədi daşıyır. Gəl ki, futbolu inkişaf etdirmək üçünrntəlimatlandırılan şəxslər səhv seçilib.
rnrnOdu ki, Azərbaycan futbolu kəllə-məyallaqrninkişaf edir, anormal şəkildə.
rnrnOdu ki, hamılıqla məğlubiyyətlərə şahidlikrnetməyə alışmışıq.
rnrnOdu ki, gəlin tənqid ediləcək insanları səhv salmayaq.
RƏŞAD FƏRHADOĞLU
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |