Yenə kimə gəlirsiz? YAZI
RAMİN MUSAYEV ÖZÜNÜ “YANDIRMAĞA” DAVAM EDİR
Ötən həftənin maraqlı olaylarından biri də danışılmış oyunlarla bağlı yayılan xəbər oldu. Məsələnin bizə aid tərəfinə toxunmamışdan əvvəl bunun nə olduğuna diqqət yetirək.
Deməli belə, UEFA 27 may 2011-ci il tarixli sirkulyar məktubuna əsasən Avropa miqyasında bu quruma üzv Assosiasiyalarda danışılmış oyunlara qarşı mübarizə aparmaq üçün nümayəndələrdən ibarət şəbəkə yaradıb. Bu şəbəkənin yaradılmasının əsas məqsədi danışılmış oyunların qarşısının alınmasıdır. UEFA 2012-ci ildən etibarən danışılmış oyunlarla bağlı mübarizə işinə nəzarəti gücləndirmiş və üzv olan 53 Assosiasiyada nəticəsi şübhə doğuran oyunları yoxlamağa başlamışdır.
Bu layihə çərşivəsində AFFA müxtəlif mənbələrdən daxil olan məlumatlara uyğun olaraq şübhəli oyunların araşdırılmasını həyata keçirir və bununla bağlı UEFA ilə məlumat mübadiləsi aparır. Son zamanlar AFFA-ya daxil olmuş məlumatlara əsasən Topaz Premyer Liqasının növbəti turlarında keçiriləcək bəzi oyunların “danışılmış oyunlar” kateqoriyasına daxil olması ehtimal olunur. Eyni zamanda, oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində bəzi futbolçuların iştirakı da ehtimal olunur. Bu məlumatı nəzərə alaraq AFFA bu oyunları diqqətlə izləmək üçün Apellyasiya və Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi qrup yaratmışdır. Bu qrup həmin oyunları diqqətlə izləyəcək və AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə hesabat təqdim edəcək. Qrup üzvlərinin hesabatı əsasında oyunların nəticələrinin şübhəli olub-olmaması faktı müəyyənləşdiriləcək. UEFA-nın tələblərinə əsasən qrupun fəaliyyəti konfidensial xarakter daşıyır.
Bax belə. Burdan belə başa düşülür ki, guya bizdə belə şey heç vaxt olmayıb, amma olmaq ehtimalı var, onun da qarşısını əvvəlcədən alacaqlar. İndi ölü bədbəxtin qıdığı gəlməsin, neyləsin? Yuxarıda göstərilən “konfidensial” kəlməsi də sizi yanıltmasın a, bu söz məxfi anlamında işlədilir. Millət, qardaş, hamı yaxşı bilir ki, Azərbaycan qədər danışılmış oyunları olan çox az ölkə çempionatı var. Amma niyə üzə çıxmır? Çünki hər klub bir nazirindir. Onlar ölüblərki bəyəm bu məsələ də üzə çıxsın. Bu məsələdə UEFA-nın Azərbaycanda olan nümayəndəsi Rəmiş Malıyevi ədalətli bir avropalıyla dəyişdir, gör nə qədər qara oyun çıxacaq üzə. Bu yerdə bilirsiz nə yadıma düşdü? Məşhur bir filmdə deyilən söz: “Bizim kənddə anadangəlmə oğlan uşağı olmayıb”. İndi bunlar utanmasalar Qurana da and içərlər ki, bizdə belə hal olmayıb. Bu məsələyə tez-tələsik münasibət bildirən ilk şəxs isə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev oldu. O, Azərbaycan Premyer Liqasının növbəti turlarında keçiriləcək bəzi oyunların “danışılmış oyunlar” kateqoriyasına daxil olması ilə bağlı AFFA-nın rəsmi saytının yaydığı açıqlamaya münasibət bildirərək belə danışıb ki, əgər hansısa klub və ya futboçunun danışılmış oyunlarda iştirakı sübuta yetirilsə, onlara qarşı ən sərt cəza tədbiri görüləcək. Ramin müəllim, “Turan” klubu özünü “lezvalayır” ki, AZAL onlara oyunu verməyin qarşılığında pul təklif edib, amma bunların kişilik damarı matçı satmağa yol verməyib. Niyə araşdırmırsız? Niyə AZAL-ı ciddi cəzalandırmırsız? Axı indi ittiham irəli sürən “Turan” rəhbəri Namiq Məstanovu o vəzifəyə siz təyin etdirmisiz. Ona da inanmırsız? Özünüzdə şücaət varsa elə AZAL-ı cəzalandırın da. Axı mümkünsüzdü, sizin ona gücünüz çatmaz. Gücünüz çatsa-çatsa, ancaq Anar Niyazov kimi arxasında adamı olmayan, əli hansısa nazirə çatmayan birini cəzalandırmağa çatar. Heç olmaya, hər şeyə reaksiya verib özünüzü gülüş hədəfinə çevirməyin. Siz də yaxşı bilirsiniz ki, hər tur hansı oyun(lar) həmin qarşılaşmanın fitinin çalınmasından saatlar və ya hətta günlər əvvəl müəyyənləşib ki, nəticə necə olacaq. Yeri gəlmişkən, deyir, təzə kameralar çıxıb. İddiaya görə o kameralarla oyunu çəkəndə, kameraman nəticəyə təsir göstərə bilir. Baxın a Ramin müəllim, görün nələr çıxıb təzə!.. Buna da diqqət yetirin...
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |