Yolun açıq olsun, Ruslan YAZI
Bir dostum var, “Spartak” Emin Mahmudovu “Krılya Sovetov”a icarəyə verəndə iki gün deyinə-deyinə gəzdi. Soruşanda nə olub, dedi ki, “görmürsən, bizimkini icarəyə verirlər, amma erməni dığasını gətirib əsas heyətdə oynadacaqlar”. “Krasnodar”dan “Spartak”a transfer olunan Movsisyanı nəzərdə tuturdu. Dostum sözünü belə qurtardı ki, “görəsən, o dığanın qabağına bir azərbaycanlı balası çıxara bilməyəcəyik?”.
Bəziləri Emin Mahmudovu artıq “bizimki” hesab etməyə bilər. Amma gəlin, tələsməyək. Çünki Mahmudov Aleksandr Səmədovdan fərqli olaraq, hələlik Rusiyanın əsas deyil, yalnız gənclər millisinin formasını geyib. Onu hələ də Azərbaycan yığmasına qazandıra bilərik. Yetər ki, AFFA-dakılar düzgün siyasət aparsın.
Dığa söhbətinə qayıdaq, indi fəxrlə üzümü dostuma tutaraq deyirəm, “Sahib, narahat olma, onların Movsisyanı varsa, bizim də artıq Ruslan Abışovumuz var”.
Bəli, uzun çək-çevirdən sonra Ruslan Abışovun “Rubin”ə transferi baş tutdu. İndi bizim də Rusiya Premyer Liqasında təmsilçimiz olacaq. Düzdü, son illər Mahir Şükürov və Vaqif Cavadov da Rusiyanın ən güclü çempionatında çıxış ediblər. Amma hər ikisinin çıxışı uğursuz və qısamüddətli alındı. Halbuki Rusiya çempionatında bizim Nazim Süleymanov, Vəli Qasımov, Dmitri Kramarenko kimi təmsilçilərimiz olub. İnanaq ki, Ruslanın Kazandakı karyerası daha da uğurlu alınacaq.
Etiraf edim ki, Abışovu heç vaxt qeyri-adi istedad hesab etməmişəm. Mənim üçün son illər Azərbaycan futbolunun yetişdirdiyi ən güclü müdafiəçi Rəşad Sadıqovdu və kimsə razılaşmaya bilər, amma hesab edirəm ki, Abışov Rəşaddan ən azı 1 baş zəifdi. Təəssüf ki, Rəşadın Türkiyədəki karyerası istədiyimiz kimi alınmadı. Amma indi hər birimiz gözümüzü Ruslana dikmişik. Çünki Abışov “Azərbaycandan da futbolçu çıxır” fikrini rusların beyninə yenidən yeritməlidir. Bizə daim “qara” gözüylə baxan ruslar indi bir qarabalanın bacarığından danışmalıdılar. Necə ki, Vladiqafqazda bütün stadion bir ağızdan “Sulya, Sulya” qışqırırdısa, indi də qoy, Kazan publikası Abışov, səni o dərəcədə sevsin. Ruslan, hər şey sənin öz əlindədir. Şəxsi tanışlığımız olmasa da, dost-tanışdan eşitdiyimə görə Ruslan dikbaş, özündənrazı deyil. Bəziləri kimi özünü “ulduz” hesab edib, onun-bunun üzünə tüpürmür, “risovkalıq” eləmir. O gün “Rubin”in saytında bir video yerləşdirilmişdi. Həmin videoyazıda bir epizod diqqətimi çəkdi. Ruslan avtobusa minərkən, komanda yoldaşına yol verdi. İnanın ki, həmin məqamı görərkən bir azərbaycanlı kimi fəxr elədim, Ruslanın hərəkəti ləzzət elədi. Deməli, bu oğlan böyük-kiçik yeri biləndi. Yetər ki, “şişməsin”.
Əslində indi Abışıvun transferi zamanı keçirdiyimiz hisslər bizə tanışdır. Bir neçə il öncə Vaqif Cavadov da “Tvente”yə yollanarkən çox sevinirdik. Amma təəssüflər olsun ki, sevincimiz uzun çəkmədi. Bir qədər bəxtsizlik, Vaqifin erkən zədələnməsi və mövsümün sonunda baş məşqçi Stiv Maklarenin “Tvente”dən ayrılması Cavadovun Hollandiya karyerasını erkən bitməsi ilə nəticələndi.
Bayaq da dediyim kimi, indi hər birimiz sevinir, Ruslana görə fəxr edirik. Axı o sıradan bir komandaya yox, vaxtı ilə “Barselona”nı, bir neçə gün əvvəl isə “Atletiko”nu diz çökdürən “Rubin”ə gedir. Yolun açıq olsun, Ruslan. Unutma ki, Azərbaycan xalqı səninlə fəxr edir və sənə inanır. Çalış ki, ümidləri doğruldasan. Əksər həmkarların kimi sən də tez bir zamanda başıaşağı şəkildə vətənə dönmə.
ŞAHİN, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |