Premyer Liqanın “altılıq” mərəzi YAZI
Bir tanışım var, əslən cənub bölgəsindəndi. Xudmani bir dükanı var, bütün gününü başını alverlə qatır, 2-3 gündən bir yolum oradan düşür. Hər dəfə də gedəndə oturub diqqətlə televizorda idman proqramlarına, olanda futbola baxdığını görürəm. Yaşı qırxı keçsə də, futbola uşaq kimi həvəsi var. Hər dəfə də futbolla bağlı suallar verməkdən yorulmur. Düzü çalışıram verdiyi sualları cavablandırım. Axırıncı dəfə, dükana girəndə, televizordan hansısa “bozbaş” müğənninin mənasız ifasını eşitdim. Şou-proqrama baxırdı. Soruşanda ki, “niyə futbola baxmırsan?”, “Day marağım qalmayıb, “Xəzər Lənkəran” “altılığ”a düşə bilmədi” deyə cavab verdi.
Lənkəran komandasının “altılığa” düşməməsinə görə futboldan asi duşən təkcə mənim tanışımdı? Əsla, bilirsiniz nə qədər azarkeşin futbola marağı “ölüb”? Təkcə lənkəranlılar deyil, bir çox bölgələrimizdə bu maraq yox dərəcəsindədi. Bu yazıda səbəb kimi 1 nüansa –çempionatın keçirildiyi hazırki formata diqqət ayırmağa çalışacam.
Əvvəlcə qısaca olaraq tarixə nəzər salaq. Azərbaycan birinciliyi 1992-ci ildən keçirilməyə başlayır. İlk birincilik 26 komanda 2 yarımqrupda mübarizəyə aparırdı. Hər qrupda ilk 6 yeri tutan komanda medallar, qalanları isə elitada qalmaq uğrunda mübarizə aparırdılar. Növbəti mövsüm də eyni qayda ilə keçirildi, lakin bu
dəfə qrup qalibləri və ikinci yerin sahibləri çempionun taleyinə aydınlıq gətirməli olmuşdular. Daha sonra keçildi “dədə-baba” qaydasına. Yəni çempionatda iştirak edən bütün komandalar bir-biriləri ilə həm evdə, həm də
səfərdə görüşməli idilər. Ta
ki, 2009/10 mövsümünə kimi. Məhz o vaxtdan bəri “altılıq”
fikri ortaya atıldı. 4 ildi ki, davam edən bu keçirilmə qaydasında isə cəmi bir dəyişiklik olub. Həmin mövsümdən birincilik “Unibank Premyer Liqası” adlandırılırdısa, bu mövsümdən Premyer Liqa “Topaz” oldu. Nə isə... Keçək əsas mətləbə.
Bu mövsüm başlamamışdan 12 komandanın hamısı ilk “altılığa”
düşmək uğrunda mübarizə aparacaqlarını bəyan etmişdilər. Bir neçə tur sonra məlum oldu ki, onlardan yalnız
8-nin buna gücü çata bilər. Vaxtilə Azərbaycan çempionu olmuş “Turan”,
“Kəpəz”, həmişə futbol şəhəri kimi tanınmış Sumqayıt təmsilçisi və “Rəvan”ın birincilikdə iştirakı demək olar ki, formal xarakter daşıyırdı. Necə deyərlər,
düşmən məni alverdə görsün. Qalan komandalardan hansının “altılıq”dan kənarda qalacağını isə hamı maraqla gözləyirdi. Qismət elə gətirdi ki, AZAL-la “Xəzər Lənkəran” bu “şərəfə” layiq görüldülər. AZAL-ın kənarda qalmasının kimdəsə təəssüf hissinin oyadacağına inanmıram. Çünki, bu komandanın azarkeşi demək olar ki, yox səviyyəsindədi – özlərini, qohum-əqrabalarını və klubun uşaq futbol komandalarının üzvlərini saymasaq. “Xəzər Lənkəran”a gəldikdə isə, komandanı nəinki lənkəranlılar, demək olar ki, bütün cənub zonasının əhalisi – Masallı, Astara, Lerik və digər rayonların camaatı dəstəkləyir. Maraqlı bir faktı qeyd edim. cənubdan fərqli olaraq qərb bölgəsində vəziyyət heç də belə deyil. İnanmıram ki, hansısa tovuzlu “Kəpəz”ə, ya da gəncəli “Turan”a cani-dildən azarkeşlik eləsin.
Bu zonanın komandaları arasında keçirilən bütün qarşılaşmalar həmişə “derbi”
xarakterli olub. Xallar vacib olmayan oyunlarda belə ölüm-dirim mübarizəsinə çıxıblar. Eynən “Qalatasaray”la “Fənərbaxça” və
ya “Real”la “Barselona” kimi.
Mətləbdən uzaqlaşmayım, “altılıq” sisteminin meydana çıxması çempionata olan marağın artmasına hesablanmışdı. Burada ən güclülər mübarizə aparacaqdı və maraqlı oyunların sayı çox olacaqdı. Məntiqlə düzgün addım olar dı... Amma ikinci “altılıq” olmasaydı. Ən
zəiflər isə elitada qalmaq uğrunda savaşacaqdılar. Savaşdılarmı? Sual olunur, əgər ötən mövsüm sonuncu yeri tutan 2 komanda
– “Sumqayıt” və “Turan” güclülər dəstəsində qaldısa, üzr istəyirəm, saxlanıldısa, hansı mübarizədən, maraqdan söhbət gedir? Və ya başqa bir sual, birinci dəstədə il iki yerin sahibi “Qaradağ”
və “Neftçala” niyə yüksək dəstədə yoxdu? İmtina etdilər, ya da nəsə alınmadı? Bu mövsüm
“Xəzər Lənkəran”ın ilk “altılıq”dan kənarda qalması cari formata daha bir zərbə vuracaq. Onsuz da
azarkeş sarıdan əziyyət çəkən birinciliyə maraq getdikcə sönməyə başlayacaq. Rəsmilər bu
sistemin uyğun olduğunu dəfələrlə bəyan etsələr də, gec-tez bu format ləğv olunmalıdı.
Avropanın 5 aparıcı futbol ölkəsinə nəzər salsaq, çempionatın dairəvi sistemlə keçirildiyini görürük. Onlardan birini nəzər yetirək. Təsəvvür edin ki, ingilislər, ya da
italiyalılar birdə onda ayılacaqlar ki, ey
dadi-bidad, biz indiyə kimi necə böyük səhv etmişik. Gərək keçək
“altılıq” sisteminə. Yeri gəlmişkən, ötən mövsüm Türkiyədə buna oxşar hal yaşanmışdı. Türk arkadaşlarımız özlərindən Amerika kəşf edərək, Superliqdə mübarizə aparan komandaları dairəvi sistemdən sonra hərəsində 4 komanda olmaqla 4 qrupa bölmüşdülər. İlk dördlükdə yer alan “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” çempion adı, sonuncu
4 komanda isə elitada qalmaq uğrunda mübarizə aparırdısa, qalan 2 qrupdakıların məqsədi bəlli deyildi. Doğrudu, ilk “dördlük”dəki oyunlar böyük marağa səbəb oldu. Kim daha çox derbi izləmək istəməz? Amma türklər bunu azarkeşlərin yox, televiziya yayımından daha çox gəlir əldə etmək xətrinə etmişdilər. Bizdə isə, çempionatın yayım hüququnu almaq istəyən telekanal yoxdu. Niyə?
Çünki maraqsızdı. Bu başqa söhbətin mövzusudu, növbəti sayımızda bu
və bölgələrimizdə futbola olan marağın “buxarlanması” ilə bağlı məsələyə toxunacam. Türklərlə bağlı fikrimi tamamlayım. Nəticə nə
oldu? Səhv etdiklərini anladılar, və yenidən qayıtdılar dairəvi sistemə. Həm də
dünya futbolu tarixində baş verməyən maraqlı bir hal yaşandı. Bir komanda digərini cəmi yarım xal qabaqlamaqla çempion oldu. Gülməlidi, deyilmi? Bunun necə baş verdiyini izah edəcəm. Xəbəri olanlar növbəti abzası oxumasalar da olar.
İlkin mərhələdə 18 komanda dairəvi sistemlə mübarizə apardılar. Yekunda topladıqları xallar
2-ə bölünərək qrup mübarizəsində aktivlərinə yazıldı. “Qalatasaray”ın ilk mərhələdəki 77 xalı ikiyə bölündükdə 38,5 elədi. Yarım xalı federasiya onlara hədiyyə verdi ki, tamlıq yaransın. “Fənərbaxça”in isə
68 xalı yarılandı və 34 oldu.
Qrup oyunları zamanı “Cim-bom” 9, “Fənər”sə 13
xal yığdı. Beləliklə, yekunda 48 xal yığan “Qalatasaray” “Fənərbaxça”nı 1 xal qabaqlayaraq, çempion oldu.
Həmin bir xalın yarısını federasiyanın payı olduğunu nəzərə alsaq, çempionun taleyini yarım xal həll etdi.
Bir neçə il əvvəl mətbuatda “altılıq” formatı ilə bağlı geniş diskussiyaların aparıldığı xatirimdədi. Bu sistemdən narazı olanların sonradan nəyə görə fikirlərindən dönmələri çoxlarına sirr deyil. Açıb-ağartmayacam, sadəcə, bu sistemdən imtina etmək futbolumuza daha çox xeyir verəcək. Fikrimcə, bu
barədə yenidən fikirləşmək yaxşı olardı. Yenə də lənkəranlıları misal çəkəcəm, birincilik bitənə kimi inanmıram ki, Lənkəran şəhər stadionunda anşlaq olsun. Təbii ki, kubok oyunları bura aid deyil. Çünki
“Kəpəz”lə oyuna baxmaq kimə lazımdı? İnanmırsınızsa, bir qədər səbirli olun. “Rəvan”la kubok oyununu izləməyə stadiona 5 min azarkeş gəlmişdi. Bu rəqəmi PFL-in rəsmi saytından götürmüşəm. Reallıqda isə daha çox olmalıdı. Əgər ikinci
“altılıq”da “Rəvan”la çempionat oyununa bundan çox azarkeş toplaşsa, onda mən “pas”.
Bəs, çempionatı hansı formada keçirmək yaxşı olardı? İndi hamı Avropaya inteqrasiyadan dəm vurur. Ən
azından “böyük beşlik”
ölkələrində qüvvədə olan format daha maraqlı alınardı. Kiçicik bir əmma olmasaydı. Orada yüksək liqada ən azı 18 komanda mübarizə aparır. Bizdə isə heç 12-si düz-əməlli yığılmır. Ən real və daha maraqlısı bir çox Avropa ölkələrinin müraciət etdikləri model olardı. 10-12 komanda bir-biriləri ilə 3 və
ya 4 dəfə qaşılaşardı. Bu təqdirdə həm oyunların sayı artar, çempionatda fasilələrə az
olar, həm də
birincilik daha maraqlı keçərdi. Danimarka və
İsveçrə birincilikləri məhz bu formatda keçirilir. Hər halda fikirləşməyə dəyər.
Lap yadımdan çıxmışdı, yazının girişində söhbət açdığım tanışımın verdiyi sualları həmişə dolğun cavablandırmağa çalışmışam. Bircə sualından başqa
– “Bizdə nə vaxt futbol olacaq?”
İlqar TAĞIYEV, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |