Suda bişmiş makaron... ASİF BAĞIROVun yazısı
Bir vaxtlar televiziyada bir konsentrantı yaman tez-tez reklam edirdilər. Və həmin məhsulun reklamı zamanı belə cümlə işlənirdi: - Suda bişmiş makarondan nə gözləyirsən? Yəqin yadınıza düşdü söhbət hansı reklamdan gedir. Həqiqətən, nə qədər bərəkət hesab etsək də, makaron elə makarondu və onu suda yox e, lap abi-zəmzəmdə qaynatsaq da xeyri olmayacaq. Yetər ki ona 1-2 dənə həmin o televiziyda reklam edilən konsentrant əlavə edək, pəəəəəəəəəh, elə dad əmələ gəlir ki gəl görəsən. Düzdü reklamda belə deyirlər. Aşbaz olmadığım üçün bunu nə təsdiq edə bilərəm, nə də inkar. Amma qiyməti qəpik-quruşa olan bir nəsnə üçün o boyda reklam çəkirlərsə və hələ onun Azərbaycan telekanallarında nümayişinə icazə üçün bir o qədər də xərc buraxıb dublyaj edirlərsə, bu ya həqiqətən belədi, ya da mallarını sırımağa məqam axtarırlar.
Əlqissə fikrim həmin o yemək konsentrantlarında deyil. Amma həmin reklamdakı o makaronla bağlı sual neçə vaxtdı beynimdən çıxmır. Həqiqətən də suda bişmiş makarondan nə gözləmək olar? Əlbəttə heç nə. Elə bunu bizim futbolçular barədə də demək olar. Sual ola bilər ki niyə? Bax cavab da olar ki, elə!
Hər dəfə stadiona ümidlə gəlib, başıaşağı qayıdan azarkeşlər, yenə də papağımızı soxdular yerə deyəndə mənə qəribə gəlir. Futbolçu aləminə yaxın olan şəxs kimi həqiqətən də səmimiliyimə inanın ki, bu oyunçular qələbə qazanmağı heç də azarkeşlrdən az istəmirlər. Məğlübiyyət zamanı (təəssüf ki bu hal daha tez-tez olur) azarkeşlər öz passivliyini komandanın zəif oynaması, futbolçular isə oynaya bilməməsini azarkeş dəstəyini hiss eləməməsi ilə əlaqələndirirlər. Yəni məşhur bir tamaşamızda deyildiyi kimi “Şap elə bilir Şupdadı, Şup elə bilir Şapdadır”. Və digər tərəfdən onu da ikirləşirəm ki, bizim futbolçular niyə də papağımızı yerə soxmamalıdırlar. Axı onların nəyi rəqiblərdən artıq olmağı cəhənnəmə, onunla bərabərdir ki, onlara məğlub olmasın. Elə götürək son 3 oyunumuzu.
Şimali İrlandiya ilə qarşılaşma yəqin ki yaddan çıxmayıb. Adını qoyurlar ki 5-ci uzatma dəqiqələrində qapıçımız Səlahət Ağayevin təcrübəsizliyi ucbatından buraxdığı səhv olmasaydı, və ya hesab 1-0 bizim xeyrimizə olarkən təkbətək şanslardan yararlansaydıq, qələbə bizim olacaqdı... Məsələ ondadır ki, təkcə həmin epizodlara baxsaq, nənəmin saqqalı olsaydı, ona baba deyərdim misalını xatırladan bu qondarma ifadələrlə hardasa razılaşmaq olar. Amma allahtərəfi baxanda Şimali İrlandiya məgər bekar oturmuşdu? Azərbaycan millisini bütün oyun boyu cinahlardan sürüyüb qapı üzərində asmalar eləyirdilər. Və sadəcə baş zərbələri dəqiq alınmırdı. Əgər həmin oyunda meydan sahibləri yaratdıqları qol vəziyyətlərinin çox yox, yarısından istafadə etsəydilər ən azı 3-4 qol vurmuş olacaqdılar. Odur ki, Şimali İrlandiya ilə oyunda 2 xal itirməkdən daha çox 1 xal qazanmaq barıdı danışmaq daha yerinə düşür. Yəni komandamız AĞbirçək TÜKƏzban xalaya minnətdar olmlıdır.
Lüksemburqla səfər oyununda da qələbə əldə etmədik. Baxmayaraq ki, püşkatmadan sonra səfərdən 3 xalla qayıtmaq üçün ən real və münasib namizəd elə bu rəqib idi. Amma bu da mümkün olmadı. Oyun qolsuz brabərliklə yekunlaşdı. Hər şey cəhənnəmə, komandamızın futbolçularını itkisiz 5-6 ötürməsini də görmək olmadı. Bu da həmin o suda bişmiş makaron anlayışının nəticəsidir.
Deyilənə görə (özüm şəxsən eşitməmişəm) Berti Foqts qələbə qazanmamağa səbəb kimi milli komandanın səfərə narahat təyyarə ilə uçduqlarını göstərib. Guya futbolçular az qala yerdə yatıblar. Buna 2 cavab demək olar. Ürəyində qələbə istəyi, əzmi olan futbolçu Həcc arzusunu reallaşdırmaq üçün avtobusla səfərə çıxmağa razı olanları, günlərlə oturacaqda yatanları göz önünə almalıdır. Düşünürəm ki, futbolçulara bu layiqli cavabdır. O ki qaldı Berti Foqtsun bu danışığına, ona cavab kimi 1 oyunu misal göstərmək olar. Azərbaycan yığma komandasının ilk səfər xalını qazandığı Serbiya və Çernoqoriya ilə oyunu. Həmən qarşılaşmaya millimiz bir neçə reys bir tərəfə, hətta nəqliyyat növü dəyişərək yollanmışdı. Amma yetərincə güclü Serbiya və Çernoqoriyadan xal qoparmışdı. Özü də 0-2 hesab ilə geridə olan vaxt. Odur ki, yüngül desək, lazım deyil...
Portuqaliya yığma komandası ilə oyun barədə danışmamışdan əvvəl onu da qeyd edək ki, bu nəticə də Lüksemburqun tarixinə yazıla bilər. Çünki cırtdan ölkə təmsilçisi axırıncı dəfə qapısından qol buraxmadan meydanı 30 ay əvvəl tərk eləmişdi.
Gəlib çatdıq Portuqaliya ilə oyuna. Burda da millimizdən sensasiya gözləməyə dəyməzdi. Gəlmələr nümayiş etdirdilər ki, onlar hətta Ronaldo və Nanisiz də bizdən bir baş üstündürlər. Sözün həqiqi mənasında. Qapımıza hər iki qolun başla vurulması belə deməyə əsas verir. Bu oyuna baxanda düşünmək olardı ki, Portuqaliya yığma komandası üçün vaxt məvhumu yoxdur, onlar üçün hesab və ya nəticə anlayışı var. Yəni lazım olan hesabı onlar gec-tez əldə edəcəklər. Maraqlısı o idi ki, vaxt keçdikcə Portuqaliya milli komandasında tələskənlik və həyəcan heç hiss olunmurdu.
Bax əsl məsələ suda bişmiş makarondadı. Bizim futbolçulara nə qədər konsentrant qatsan da xeyri yoxdur. Onların bacarıqları ondan artığına çatmır. Bəs onda sual etmək gərəkdir ki, əgər bu makaronun dadı dəyişməyəcəksə, lap elə konret desək aşpaz Berti Foqts onları bu qədər bişirir. Onsuz da futbolçular bir nəticə vermirsə, Foqtsa bu qədər məvacib ödəmək nəyə lazım? Yeni futbolşu nəsli yetişənədək millimizə yerli mütəxəssisin başçılıq etməsi pis olmazdımı? Sonrada seçim olduğu halda əcnəbi çalışdırıcı dəvət edib konkret nəticə barədə danışmaq olar. Yoxsa brend xatirinə Foqtsu dəvət edib nəticə nəzərə almamaqla onun nazı ilə oynamaq nəyə lazımdır?
Digər tərəfdən müntəzəm davamlı uğurlu nəticə əldə etmək istəyəm milli komandanın səviyyəli öklə çempionatı olmalıdır. Hər hansı güclü yığma komanda tanıyırmısınız ki, onun klubları və çempionatı zəif, legioneri az olsun? Və yaxud dünyada güclü klubları olan ölkələrin yığma komandasının axsadığını görmüsünüzmü? Bizdə nə əməlli çempionat var, nə də səviyyəli legioner. Sizcə belə olan halda yığma komandadan qələbə gözləməyə dəyər, ya yox?
(Het Trik news qəzeti)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |