Düdüy və ya oral qərarlar YAZI
Uşaqlıq illərimi iki hissəyə bölmək olar. Cansıxıcı Bakı dövrü və yay tətilini keçirdiyimiz İsmayıllı günləri. Birinci barədə o qədər söz demək olmur. Amma 11 uşaq atası olan dayımın yay tətilində nəinki bacımla mənə, hətta qonşu uşaqlarına da ata nəvazişi göstərməsi hələ də gözümün qabağındadır. Sürücülüklə bir baş külfəti dolandıran rəhmətlik, uşaqlara güldən artıq söz deməz, amma məni nədənsə arda yağlı “düdüy”ə qonaq edərdi.
Valideyinlərimlə münasibətim həmişə dostcasına – zarafat üzərində qurulub. Elə indinin özündə də yemək və çay süfrəsi arxasında söhbətləşərkən (etiraf edib ki, bu, axır vaxtlar nadir hallarda baş verir) “bir-birimizin bostanına daş atma”saq sakit olmarıq. Amma aramızdakı bütün bu “dinc əməkdaşlıq barədə razılaşma” olmasına baxmayaraq uzun müddət bir dəfə də ağzımı açıb ata-anamdan soruşmamışdım ki, bu dayım dediyi düdüy nəmənədir və onun mənə, mənim o düdüyə nə aidiyyatım var. Fikirləşirdim ki, hər hansı bir söyüşün ərkyana, amma əzizləmə formasında deyilməsi ola bilər. Lap elə oğrəş kimi...
Buna o vaxtlar televiziyada gedən “Komediyalar aləminə səyahət” verilişinə baxarkən saniyən əmin oldum. Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının televiziya üçün kiçik hissəsi səhnələşdirilmişdi. Yaşlı nəsil yaxşı xatırlayar, orada Hacı Qənbər rolunu xalq artisti, hamının Cəbiş müəllim kimi daha yaxşı tanıdığı Süleyman Ələsgərov ideal canlandırıb. Əsəri danışmaq istəmirəm, amma hiyləgərlərin hoqqasından sonra bütün kapitalını itirən Hacı, eyni zamanda ağlını da itirir. Bax o səhnəcikdə Hacı Qənbərin övrəti Dilbər xanım, ona dərman verərkən Hacı, divardakı şəkli göstərək, “Bilirsən o kimin şəklidir? Düdüy İsrafilin!” sözünü deyir. Bax o sözləri eşidərkən uşaqlıq çöhrəmə qızartı çökmüş və bir daha həmin sözün söyüş olduğuna əmin omuşdum. Hələ bığaltı donquldanmışdım ki, utanmırlar efirdə gör nə pis-pis sözlər deyirlər.
SSRİ dönəmi dağıldıqdan sonra bizim böyük qardaşımız ruslardan türklərə reinkarnasiya oldu. Elə futbolda da Dinamo, Spartak, Çernomorets, Torpedo anlayışları yoxa çıxdı. Müstəvidə Qalatasaray, Beşiktaş, Fənərbaxça, Trabzonspor kimi anlayışlar var idi. Lev Yaşin, Oleq Bloxin, İqor Belanov adları deyilərkən gözlər döyülür, uşaqlar Rıdvan Dilmən (soyada bax e, Dilmən), Feyyaz, Rüştü kimi adlara bəlkə də səcdə edirdilər. Bir dəfə bu oyunlara baxmaq zərurəti uzun illər məndə qalan suala axır ki, cavab tapdırdı. Şərhçinin bir neçə dəfə təkrarından sonra utana-utana anamdan düdüy sözünün mənasını soruşduqda fit, tütək cavabını aldım. Ondan sonra məndə ikinci problem baş qaldırdı. O vaxtlar dayım mənə niyə düdüy deyirdi? Mənim fitə (tütəyə), və ya fitin (tütəyin) mənə nə aidiyyatı vardı?
Gəlib çatdım yazımın
“Mustafa”sına. Bu yazını çoxdan yazmaq istəyirdim. Beynimdə hardan başlayıb harda bitirəcəyimi çox götür-qoy eləmişdim. Elə indinin özündə də epiloq, proloqu tapa bilməmişəm. Amma yazımdan əl çəkmək niyyətində deyiləm.
Jurnalist əhlindən elə biri tapılmaz ki, indiyə kimi, “o nədi, ağzına gələni yazırsan” iradı ilə qarşılaşmasın. Bu sözlərlə mən qələm əhlinin tərəfini saxlamaq istəmirəm. Nə yazıq ki, 4-cü hakimiyyətdə işinin məsuliyyətini dərk eləməyənlər yox deyil. Amma elə iradlar da var ki, yersiz olmaqdan əlavə tövsiyyə və göstəriş xarakteri də daşıyır. Misal üçün hər hansı bir hakimin işi barədə (Hakimin çəxsiyyəti yox, işi. Bu fərqli məvhumlardır) bir reportaj qəhrəmanın xoşuna gəlməyəndə iradını “elə yazı yazarlar” iradı ilə bildirir. Və əsas da gətirir ki, materialı belə, belə, bax belə yazarlar. “Hakimliyi məndən yaxşı bilməyəcəksən ki?”
Maraqlısı odur ki, həmin şəxslər eyni güvənliklə jurnalistikadan başları çıxdığı qədər jurnalistlərin də hakimlikdən anlayışı ola bilər. Amma burada fərq var və böyükdür. Hakimlər həmişə işlərinin çətinliyini qərarın ani verməkdə məhkum olduqlarında görürlər. Bununla ikiəlli razıyam. Belə çıxır ki, qələm əhlinin yazmağa, hətta redaktə etməyə vaxtı var. Bu isə həmin hakimin jurnalistə dediyi “ağzına gələni yazırsan” iradını yersiz edir. Çünki jurnalist, ağZına yox, ağLına gələni yazır. Hakim isə əksinə, ağzına gələn qərarı verə bilər. Sözün həqiqi və məcazi mənasında. Əvvəla onun oral qərar verəcəyi ilə bağlı xəbərdarlıq fitə ağız vasitəsilə hava üfrülməsinə gətirir. İkincisi isə, sonradan qərarını futbolçulara izah edir. Bu da şillə-təpiklə yox, danışıqla olur.
UEFA Çempionlar Liqasının play-off mərhələsində MU – Real oyununda Cüneyt Çakırın Nanini meydandan qovması birmənalı qarşılanmadı. Biri onun düz addım atdığını dedi, başqası qarşılaşma ərzində buraxdığı səhvləri sadaladı. Sovet futbolunun məşhur müdafiəçilərindən biri, dəfələrlə SSRİ çempionu olmuş Aleksandr Bubnovun fikri mənimlə üst-üstə düşdü. Ona görə yox ki, mən MU-ya azarkeşlik edirdim, və ya dəliqanlı barsaman olduğum üçün Realın məğlubiyyətinə görə hər şeyə razı idim. Sadəcə olaraq, həmin epizodda qırmızı vərəqə verən Cüneyt Çakır birinci hissəyə, 42-ci dəqiqəyə “boylanmalı idi”. Bubnovun təbirincə desək, həmin epizodda artıq topu itirmiş Arbeloa açıq ayaqla rəqibin “təsərrüfatına” zərbə endirir və hakim bunu yalnız sarı ilə cəzalandırır. Halbuki həmin epizod, sərtliyinə görə Naninin meydandan qovulmasındakı toqquşmadan daha aqressiv idi. Mən Çakırla bağlı sosial şəbəkədə də fikrimi bildirdim. Təkcə onu yazdım ki, türkün məsəli düdüyü, azərbaycan məsəli düdüyə tapşırmazlar.
Bu epizodu hərə bir cür yozur. Azarkeşlər, jurnalistlər, hakimlər... Əlaqə yaratdığım hakimlərdən biri qırmızı vərəqəni yerli saydı, amma ilk hissədəki epizodu görmədiyini də vurğuladı. Mənim üçün həmin epizoda AFFA Hakimlər komitəsinin sədri Xaqani Məmmədovun fikri maraqlıdır. Və tək o epizoda yox, elə bu yazıma da. Səbəb də sadədir. Azərbaycan hakimləri arasında polisi də var, keçmiş idman müəllimi də var, biznesmeni də olmamış deyil. Amma cənab Məmmədov hakimlər arasında ən yaxşı jurnalistdir. Çünki o, 90-cı illərdə, hələ hakimlik etdiyi dövrlərdə “İdman” qəzetində çalışıb (burda qeyri-qanuni şey yoxdur).
Xaqani müəllim,
məndən böyük olsanız da zənginizi gözləyəcəyəm. Özüm də zəng edərdim, amma bir neçə dəfə cəhdim uğursuz olub. Nömrəmi dəyişməmişəm. Problem olsa PFL-dən operator Nadir kömək edər. Əvvəlcədən sağ olun.
Asif BAĞIROV, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |