Lal dəllal, yoxsa BURA VƏTƏNDİR? YAZI
Azərbaycanda onlar 11 nəfərdirlər. Yox, futbolçulardan danışmıram. Əslində futbolçumuz çoxdu. Amma FUTBOLÇUmuz yox səviyyəsindədir. Ona görə də bu dəfə mən futbolçulardan yox, futbolçuları futbolçu eləyənlərdən, daha doğrusu futbolçu eləməli olanlardan danışacağam. Söhbət futbolçu agentlərindən gedir.
Azərbaycanda onlar 11 nəfərdirlər. Dünənə kimi mən oların sayını 10
bilirdim. Bir nəfər də bu günlərdə artıb deyəsən. Neynək, bazar olsun. Amma görəsən,
Azərbaycanda bazar varmı?
Gəlin tələsməyək və hər şeyi xırdalıqlara bölək. O baxır bu məsələyə
hansı prizmadan baxırsan. Azərbaycan futbolçularının xaricə çıxarılmasına
baxanda... elə cümlənin sonunda qoyduğum üç nöqtə çox şeydən xəbər verir. Xəbər
verməsə də, kim necə istəyir elə qəbul etsin. Normal, səviyyəli futbolçumuz
yoxdur ki, heç olmasa Avropanın 3-cü kateqoriyalı ölkələrinə təqdim edək. Mən hələ
səviyyəli məmləkətlərdən dəm vurmuram. Düzdü, bu yaxınlarda bir uşaq
Portuqaliyaya getmiş və Çempionlar Liqasının ikiqat qalibinin bazasında şəkil də
çəkdimişdi. Amma sonrası nə oldu? Heşzad. Elə indinin özündə də “Komsomolçu-Gənclər
Şəhərinin” komandasında top qovur. Daha doğrusu qovurdu. O gün eşitdim yalan-doğru
zədə alıb. Yalansa şükürlər, doğrudusa yalan olsun, Allah şəfa versin və s. və
i. a.
Etiraf edim ki, bu işlə mən də məşqul olmaq istəmişəm. Ən azı 10 il
bundan əvvəl, AFFA-ya Fuad Musayevin rəhbərlik etdiyi dövrlərdə. O vaxt qurumun
vitse-prezidenti Oktay Zeynalova ərizə ilə də müraciət etmişdim. Özü də onda
imtahan pulsuz idi (indi lisenziya almaq üçün AFFA-ya 1000 (MİN!!! Absurd, soruşan
lazımdı nəyə görə?) manat pul ödəmək lazımdır. Bir neçə gündən sonra Zeynalov məni
o vaxtkı Hüsü Hacıyev 42-nin dəhlizində görüb “Nə oldu, sənin imtahan vermək
niyyətin var, ya yox?” sualını verdi. Bu sual mənə, daha 3-4 il əvvəl eyni
tonla “Siz UEFA Çempionlar Liqasını yayımlamaq istəyirsiniz” sualını xatırlatdı.
Anladım ki, “imtahan” mənim üçün şərti olacaq (2010/11, 2011/12, 2012/13-cü illər mövsümündə UEFA Çempionlar
Liqasının yayımı AFFA-nın xətti ilə ANS TV-yə havayı verilmişdi və bu səbəbdən
belə əmin idim). Amma içimdə dərin təəssüf hissilə “yox” deyib səbəbini işimin çoxluğu
ilə əlaqələndirdim. Halbuki imtinamın səbəbi tam fərqli idi. O vaxt lisenziya
sahibinin 80.000 CHF (İsveçrə Frankı) məbləğində bank təminatı olmalı idi. Mənim
nə o qədər vəsaitim var idi, nə də mənə o sənədi “düzüb-qoşa” biləcək tanışım.
Sual ola bilər ki, bəs indikilər necə edirlər? İndikilər heç necə etmirlər. Çünki
hazırda vəziyyət başqadır. Sadəcə olaraq illik sığorta ödəyirsən və şirkətlərdən
biri sənin bu biznesini sığortalayır. Vəssalam, şüttamam.
Amma vəziyyət tam fərqlidir. FİFA-nın qəbul etdiyi standartlarla
AFFA-nınkı arasında fərq var. Elə isə izah edim.
Futbolçu agenti kimi qeydiyyatdan keçdikdən sonra agent, maraqlarını
müdafiə etmək məqsədilə istənilən futbolçu ilə müqavilə bağlaya bilər. Hər şey
aydındır. Bu müqavilə 2 ildən artıq olmamalıdır. Başa düşüləndir. Müqavilə həm
eksklüziv, həm də qeyri-eksklüziv ola bilər. Yəni futblçu öz hüquqlarını həm
bir, həm də bir neçə agentə verə bilər. Burada da sanki qaranlıq qalan məqam
yoxdur. Amma var. İş ondadır ki, bu müqavilə 4 nüsxədə tərtib olunmalıdır.
Onlardan 1-i AGENTdə, 1-i FUTBOLÇUda, qalan 2-i isə tərəflərin aid olduğu
FEDERASİYALARda qalmalıdır. Bəs görəsən bizim futbolçuların müqavilələri
AFFA-da kimdədir, agentlərlə neçə müqavilə var və ümumiyyətlə varmı? Maraqlı
sualdır.
Həmin müqavilənin rus
dilində variantı bu linkin 30-32-ci səhifələrindədir. 32-ci səhifədə
xatırladığım 4 nüsxə barədə açıq yazılıb. Amma...
Maraqlı olan başqa şey də var. Bizim futbolçular agentlərlə işləməyi
məqsədəuyğun saymırlar. Düşünürlər ki, özlərinin həll elə biləcəkləri (guya) şeyə
görə niyə başqasına 10% versinlər. Əsl müsəlman məntiqi. Amma bunun o biri tərəfi
də var... Sabah klub sənin müqavilənə xitam versə nə edəcəksən? Futbolçuların FİFA-ya
birbaşa əli çatmır. Onlar bunu həmin o 10%-i qıymadıqları agentlər hesabına etməlidirlər.
Əgər oyunçu ilə klub arasında müqavilə imzalanarkan agent iştirak etməzsə, o
zaman vəziyyət uruscadı.
Uzağa getmək lazım deyil. “Neftçi”nin Çempionlar Liqasının III təsnifat
mərhəlsində 0-4 hesablı biabırçı məğlubiyyəti yəqin ki, yaddan çıxmayıb. O
vaxt, “Neftçi” rəhbərliyi məğlubiyyətdə “pay sahibi olmuş” Rauf Mehdiyevi, Rail
Məlikovu və İqor Mitreskini komandadan qovdu. Amma sonradan “MƏŞQÇİ KORPUSUNUN İSTƏYİ
İLƏ” (lap sovet dövründə kiminsə işdən çıxarılmasında deyildiyi kimi, “SƏHHƏTİ İLƏ
ƏLAQƏDAR”) İqor Mitreski əfv olunaraq geriyə qaytarıldı. Rauf Mehdiyev, Rail Məlikov
qaytarılmadı, İqorsa qaytarıldı. Bizimki qaytarılmadı, gəlmə qaytarıldı. Səbəbini
tutdunuz? Ay sağ olun.
Sözsüz ki, “Neftçi”nin Mitreskini geri qaytarmasında onun təcrübəsinə
ümid etməsi variantı ola bilər. İnsafən elə bu təcrübə hesabına bakılılar UEFA
Kubokunun “play-off” mərhələsini uğurla keçib qrupa düşdülər. Amma bu aysberqin
görünən tərəfi idi. Görünməyən tərəfi isə o zəhrimar kontraktdı. Heç şübhəsiz İqor
Mitreskinin komandadan çıxarılması futbolçunun agentinin qulağına çatıb və onun
“Neftçi” rəhbərliyi ilə söhbəti olub. Qaydalar isə onu deyir ki, müqaviləni
pozan tərəf kompensasiya verməlidir. İqor Mitreskinin agenti iki ayağını bir başmağa
dirəyib “Neftçi”dən öz müştərisinin müqavilənin qalan hissəsinə müvafiq bütün məvacibini
tələb edə bilərdi. Əks halda məsələ FİFA-nın Mübahisələrin Həlli Palatasına
kimi gedəcəkdi ki, burada “Neftçi”yə “pəpə” yox idi. Mehtiyev və Məlikovun
agenti (oxu böyüyü) olmadığından qabağa heç kim düşmədi. Odur ki, Məlikov doğma
“Mercedes”i və Bakı küçələrindən aralı düşərək hazırda Türkiyə aşağı liqasında
top qovur. Rauf isə Zaqatalada rezerv komandada məşqçidir.
Hələ başqa maraqlı şeylər də var. Futbolçu ilə agent arasında müqavilə
bağlamaq üçün söhbət zamanı oyunçu sənəd imzalamaqla sanki kəbinli arvada çevriləcəyindən
qorxur. Danışıqlar zamanı “Mənə klub tap, sonra müqavilə imzalayım” kimi sürrealist
danışıqlar da olur. Futbolçuya anlatmaq çətindir ki, müqavilə, onun agentə məxsus
olduğunu bildirən sənəddir və bu sənəd olmazsa, klub nümayəndəsi nə danışıqlara
başlayar, nə də qarşısındakını normal adam kimi qəbul edər.
Əvəzində Azərbaycanda lisenziyası olmayan xeyli “menecer”-dəllal var.
Hansı ki, futbol aləmində yetərincə işbirliyi qurub. Onlar futbol klubunun keçmiş,
indiki işçiləri, müxtəlif aidiyyatı olan və olmayan struktur nümayəndələridir.
Həmin şəxslərin adları heç agent dəftərində də yoxdur. Əvəzində yetərincə işgüzar
və bacarıqlıdırlar. Hansı futbolçunu hara lazımdı düzəltməsələr də, ən azı təklif
edə və baxışa göndərə bilərlər. Qiymət məsələsi isə həmişə razılaşdırılır. Nə
olsun ki, o dəllalların futbolçuları həmişə heyətə düşmür, əvəzində onların
oyunçularına gözün üstə qaşın var deyilmir, onların maddi və müqavilə şərtləri
cəhətdən demək olar ki, problemləri olmur. Elə vasitəçilərin yeganə çatışmayan
cəhəti FİFA Agenti statusunun yoxluğudur. Belə baxanda onların həmin vəsiqəyə
ehtiyacları yoxdur. Nə olsun ki, onlar FİFA yanında LAL-DƏLLALdırlar. Əvəzində
onların işi burdadır, onların burda hər yerə (futbol baxımından) əli çatan, ünü
yetəndir, çünki... BURA VƏTƏNDİR!!!
Asif BAĞIROV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |