Bir gəncin manifesti YAZI
Çoxdandı belə vəziyyətə düşməmişdim. “İlham pərisi” sanki məndən üz döndərmişdi. Axırıncı yazımdan sonra beynimə heç bir mövzu girmirdi. Günlər bir-birini əvəz eləsə də, şoqərib pəri qayıtmırdı. Nə edəcəyimi bilmirdim. Fikir vermisiniz, yoxsa yox, amma yazılarımda ailəm, böyüməyimdə böyük rolu olan İsmayıllı rayonu və ora ilə bağlı xatirələrimə ara-sıra yer ayırırdim. Gəl ki, bu dəfə məsələyə bu tərəfdən yaxınlaşmaq cəhdim də fiaskoya uğradı. İçki ilə aram olmadığından, üstəlik siqaretlə çoxdan küsdüyümdən bu vəziyyətimin tezliklə düzələcəyimə təminat yox idi. Amma “Allaha təvəkkül” deyib gözləyirdim. Ümid edirdim. Və alındı.
Hər şeyi bilmirəm ispanların ayağına yazım yoxsa almanların? Amma çox böyük əksəriyyətinin tam əksinə olaraq bu dəfə Avropada fərqli futbol gördük... “O olmasın, bu olmasın”da rəhmətlik Mustafa Mərdanov demişkən, “Permeti, permeti, mən bu sözlərlə Almaniya futbolunu təhqir etmək istəmirəm”. Həqiqətən də Almaniya futbolu, xüsusən klub səviyyəsində yetərincə inkişaf edib. Bu “mexanizm”in sona kimi işləməsini hələ 1/4 finalda “Borussiya” - “Malaqa” cütünün son 2 dəqiqəsində şahidi olmuşduq. Amma gəlin razılaşaq ki, ilk oyunların nəticələri də olmasa, hesabları çoxlarını təəccübləndirdi. “Barselona”ya hörmətim olsa da, komandanın “Bavariya” qarşısında büdrəyəcəyini görürdüm. Və hələ yarımfinal iştirakçıları məlum olarkən ən zəif komanda kimi məhz katalonları qeyd etmiş, ilk oyunda bavariyalılrın 2:0 hesabı ilə qalib gələcəyini proqnozlaşdırmışdım. Bu bir tərəf. Amma kim məni inandırmağa çalışsaydı ki, “Real” “Siqnal İduna Park”dan 1:4 hesablı məğlubiyyətlə dönəcək, ürəyimdə o adamın ölənlərinə rəhmət və “Allah ağzından eşitsin” kimi alqışlar səsləndirsəydim də (“Barcelona”ya görə), buna heç vaxt inanmazdım. Halbuki, 1:1 hesabını bu oyun üçün məqbul görürdüm. Amma...
Gecədən xeyli keçmişdi. Saat 2 olardı. 2 gün ərzində baş verənlərin şokundan ayılmırdım. Həqiqətənmi REALlıq budur, yoxsa burda “Real”lıq bir şey yox idi? Fikrimi dağıtmaq üçün sosial şəbəkədə gəzişdim. Və yaxın dostum Rəşidin 1 cümləsini tutdum. Zəng edib söz oyunu üçün onu alqışlayıb müəlliflik hüququ üçün halallıq istədim. Razılığını aldım. Amma bu barədə bir qədər sonra...
Həlliksə “Barselona” fiaskosundan başlayaq. Son 9 oyunda katalonların Almaniyada məğlub olmadığını bayraq tutan barsamanlar həmyerlilərinin bu dəfə də rahat qələbə əldə edəcəklərindən, bir həftə sonra “Kamp Nou”da keçiriləcək cavab oyununun rəsmiyyətindən ağız dolusu danışırdılar. Hətta bu komandalar arasında statistikanın “Bayern”in xeyrinə olması və bu azmış kimi Almaniyanın yeni “bişmiş” çempionunun bütün cəbhələrdə bu il keçirdiyi bütün oyunlarda qələbə qazanması (“Arsenal”la ev oyununu nəzərə almasaq) belə, “Barselona” azarkeşlərini maraqlandırmırdı. Bu da başa düşülən idi. Son 8 ildə Kataloniya təmsilçisi Avropada elə at oynatmışdı, fanatlarına elə xoş anlar yaşatmışdı ki, pisinə inanmaq olmazdı. Bu illərdə 7 dəfə yarımfinala çıxmış “Klubdan da artıq” gümüş kuboku 3 dəfə başı üzərinə qaldırmışdı. Üstəlik 4 il əvvəl “Barselona” rəqibini öz meydanında 4:0 hesabı ilə məğlub etmişdi. Özü də nəinki bu oyunun, həm də cütün taleyi ilk hissədə həll olunmuşdu. Tarix təkrar olundu. Bu dəfə də 4:0 hesabı qeydə alındı. Bu dəfə də meydan sahibləri uddular. Amma bu dəfə oyun “Kamp Nou”da yox, “Alyans Arena”da idi.
Oyuna kimi komandaları analiz etdikdə “Bayern”in bütün anlayışlarda rəqibindən üstün olduğunu görmək olardı. Pep Qvardiola dövrünün son ilindən başlayan eniş komandada hələ də hiss olunmaqdadır. 3-4 il əvvəl “Barselona” dünya futbolunda pressinq maşını kimi tanınırdı. Topu itirən kimi “Barsa” pressinqə rəqibin cərimə meydançası önündə keçirdi və istyəinə nail olurdu. Amma bu mif yoxa çıxdı. Özü də ötən Primyeranın son “El Klassiko”sunda - “Kamp Nou”da keçirilən oyunda. Həmin oyun ərəfəsində “Real”ın baş məşqçisi Joze Mourinyo “Barselona”nı udmağın yolunun “2-ci mərtəbə”də olduğunu demişdi. Dedi və elədi. Və 1 ildir ki, “Barselona” yüksək toplarla bacara bilmir. Pike, Puyol bir az da Buskets. Hə, bir də Valdesin əlləri. Bu heyətlə müharibə aparmaq olmaz. Bəli, əsl müharibə. “La Liqa”nı yarım ayaqla və yerlə udmaq olarsa, burda hava mübarizələri yaddan çıxmamalıdı. Və əlbəttə ki, sürət... Son 2 ildə komandanın sürətinin aşağı düşdüyünü hiss etməyənlər bəsirət gözlərini açmalıdırlar. Komanda qabaq topu ələ keçirərkən kəskin əks həmlələrə keçirdisə, indi “Barselona”nın ötürmələrinin əksəriyyəti geriyədir. Səbəb? Bax bunu komandanın içi daha yaxşı bilməlidir. Gücün düzgün hesablanmaması? Ola bilər. Çempionatın ilk dövrəsində komanda bütün oyunlarda maksimum nəticə göstərib (“Real”la ev oyunundan başqa) qüvvənin tükənməsi ilk səbəb göstərilir. Amma burada digər amil də var. Razı deyilsinizmi bayaq dediyim illər ərzində komandanın heyətinin əsası demək olar ki dəyişməz qalıb fikri ilə? Oyun qurucuları Xavi, İniyesta bu illər ərzində nə əldə etməyiblər? Dünya çempionu, ikiqat Avropa çempionu, Çempionlar Liqasının üçqat qalibi, və s. və i.a. Yəni bu futbolçuların qazanmadığı titul demək olar ki, qalmayıb. Odur ki, heyətə nəticə, uğur, kubok üçün ac, rəqibi didməyə hazır olan futbolçuların cəlb olunması vacibdir. Həm də bu komandanın əsas heyəti barədə artıq yaşlaşıb demək olmur. Çünki kollektiv artıq qocalır. Nəticənin (oxu antinəticənin) belə olmasını görmək lazım idi.
“Borussiya” - “Real” oyunu barədə nə danışmaq olar? 2 il ardıcıl Bundesliqada çempion olsalar belə dortmundluları bu il favorit siyahısında görmürdülər. Dəqiq yadıma gəlmir, amma yarış başlamazdan əvvəl onların yarımfinala kimi gələcəyinin əmsalı 1-in 25-ə olardı. Elə bu dəfə də “Real”ın “Dortmund” səddini çətinlik çəkmədən aşacağını deyirdilər. Səbəbsiz filansız. Bəli, oyunçu seçimi “Real”da bir baş üstündür. Futbolçuların ümumi dəyəri yarım milyard dolları aşır. Odur ki, maddi vəziyyət barədə danışmağa dəyməz. Üstəlik də son vaxtlar ispanlarda oyun alınırdı. Komanda nəticə əldə etməkdə çətinlik çəkmirdi (“oyun göstərirdi” ilə “nəticə əldə edirdi” ayrı-ayrı anlayışlardı...) Əgər Mourinyonun əvvəlki 2 ilinin “Real”ı yaxşı oyunla yarımfinala çatırdısa, bu mərhələdə daha güclü “Barselona” və “Bayern” səddinə ilişirdi. Amma azarkeşlər bu dəfə “Real”ın ağıllı taktika ilə (Mourinyonun bacarığı bundadı) finala adlayacağına əmin idilər. Gəl ki, alınmadı. Vaxt göstərdi ki, Mourinyo nəinki bu komandanı əla analiz edib, heç qrup mərhələsindəki oyunlardan nəticə çıxarmayıb. Əksinə Yurgen Klop “Real”ın REALLIQda VİRTUALLIQdan savayı bir şey olmadığını sübut etdi. Əslində “Barselona” ilə paralel olaraq “Real”da da işlərin yaxşı getmədiyi göz önündə idi. Söhbət əlbəttə ki, Çempionlar Liqasından gedir. Komandanın ölüm qrupunu da olsa 2-ci yerdən tərk eləməsi həyəcan üçün siqnal olmalı idi. Ona görə yox ki, yarımfinalda rəqibi olan və 1:4 hesabı ilə uduzduğu “Borussiya” onu qabaqlamağa müvəffəq olmuşdu. Sadəcə keçdiyi yola baxdıqda problem görünür. “Ayaks”la oyunları kənara qoysaq digər klublarla qarşılaşmalardakı qazanılan nəticələr necə olub? Əvvəlcə “Mançester Siti”. Öz meydanında 85-ci dəqiqəyə kimi hesabda geri olan komanda möcüzə sayəsində qələbə əldə elədi. Cavab oyununda isə “şəhərlilər” qələbəyə Madrid təmsilçisindən daha yaxın idilər. Amma İspaniya çempionu səfərdən xalla döndü. “Borussiya” ilə oyunlar yaddan çıxmayıb. Alman maşını öz meydanında onda da (o vaxt “Real” üçün daha abırlı hesabla) qalib gəlmişdi. Cavab oyununda da eyni ssenari idi. Sadəcə olaraq son saniyələrdə (“Siti” ilə olduğu kimi bu dəfə də sonda... Bu da qazanılmış 3 xal deməkdir) Özilin cərimə zərbəsi “Real”a “Santyaqo Bernabeu”da xal qazandırdı. 1/8 finalda öz meydanında “şəhərlilər”in həmşəhərliləri “Mançester Yunayted”i də məğlub edilmədi... Cavab qarşılaşmasında da hər şeyi DÜDÜY həll etdi. “Qalatasaray”la oyunlardan danışmağa dəyməz. O səviyyəli rəqib deyil. Sözümün canı odur ki, komanda 3 normal rəqiblə oyunda heç də səviyyə nümayiş etdirməmişdi. Və bu da əvvəl-axır öz sözünü deməli idi. Və dedi də... “Real”a qarşı “BORUSSİYA” çıxsa da komandanın işini 1 nəfər - LEVANDOVSKİ həll elədi. Lap BİR GƏNCİN MANİFESTİ kimi.
Ötən həftə İspan klub futbolunun qara bayramı oldu. İki qardaş (düşmən qardaş) qapısında hərəyə 4 qol olmaqla 8 top gördü. Əgər “Bayern” buna həm kollektiv, həm də fərdi ustalıq hesabına nail oldusa, “Borussiya” ortaya kollektiv oyun qoydu. Mourinyonun Kloppu çox danışmaqda məzəmmət etməsi də yaddan çıxmasın. Dortmundun məşqçisi göstərdi ki, dili də var, dilçəyi də. “Barselona” son 10 ilin bəlkə də ən ağır zərbəsini aldı. “Real” isə elə “La Liqa” da “Barselona”ya 0:5 və 2:6 hesablı məğluiyyətlərindən təzə özünə gəlirdi. “Borussiya” onları növbəti dəfə şoka saldı. Həmin gün “Borussiya”da hamı GÖTSE kimi oynadı. Hər iki ispan klubu isə nə gündə idi, bunu oyunlar göstərdi.
Məncə elə bir fövqəlhadisə baş verməsə final üçün pivə barları işlərini indidən ehtiyatlı tutsunlar. Çünki Almaniya finalı qaçılmazdır. Yəni...
... Ay kişilər, MAYDA - isti düşəndə.
Asif BAĞIROV, “Het-trik news”
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |