Kişi sözü YAZI
80-ci illərinin axırı idi. Son sinifdə oxuyurdum. SSRİ psixologiyasının “İnstituta girməsəm, gərək yerə girəm” fikri başımda hərlənirdi. Qətiləşdirmişdim. Sənədlərimi o vaxtkı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Radiotexnika fakültəsinə verəcəkdim. Ailəmizin maddi vəziyyəti elə də yaxşı olmadığından hazırlıq üçün mənə müəllim tutulmamışdı. Məktəbi pis oxumamışam. Qavramaq qabiliyyətim yaxşı, üstəlik başımın üstündə “Damokl qılıncı” kimi özümdən üç yaş böyük, AZİ-nin “Tətbiqi riyaziyyat” fakültəsində oxuyan bacım olduğundan, riyaziyyata hazırlığımla o məşqul idi. Fizikanı öz hazırlığım, ədəbiyyatı isə o vaxt hamı kimi “şparqalka” hesabına “Radio rabitəsi, radio-televiziya verilişləri” ixtisasına qəbul oldum. Qəbul imtahanlarına ürəklə hazırlaşdığımı görən anam gözləmədiyim halda məni şirnikləndirdi. Evimizə uzun müddət həsrətdə olduğum maqnitofon alınmışdı. Nə olsun ki sovet istehsalı idi... İmkanım olsaydı gecə də onunla qucaqlaşıb yatardım. Düzdü, o vaxta kimi evimizdə atamın toyundanqalma “Vilma” M-1 babinalı maqnitofonu olmuşdu. Amma bu, başqa aləm idi və kimdənsə kaset alıb qulaq asmaq arzularımı rahatca həyata keçirə bilirdim.
Bir dəfə kimsə mənə lətifələr kasetini verdi. İlk növbədə qəribə görünə bilər. Mən də azdan-çoxdan bu lətifələrə qulaq asmağa başladım. Ötən həftə baş vermiş bir hadisədə həmin kasetdə eşitdiyim bir lətifə yadıma düşdü. O lətifəni danışmaq, daha doğrusu yazmaq istərdim. Deməli əhvalar vaqe olur Azərbaycandan xeyli kənarda.
Bir “xoşqeyrət” kişi işi ilə əlaqədar 2 illik təyinatla xarici ölkəyə yollanmalı olur. Cavan həyat yoldaşı ilə inanılmaz gecə yaşadıqdan sonra birlikdə dəmir yol vağzalına gəlirlər. Ayrılıq vaxtı yaxınlaşarkən qatara minməmişdən əvvəl ər yoldaşına bunları deyir:
- Əzizim, sən çox gözəlsən, cazibədarsan, ehtiraslısan, cavansan... Sözsüz mənim yoxluğumu yataqda hiss edəcəksən. Səni gözəl anlayıram. Sənə söz atanlar, yataq təklif edənlər az olmayacaq. 2 il elə az müddət deyil. Odur ki sənin “sınma” ehtimalın da mümkündür. Bunu normal qəbul edirəm. Odur ki, mənə 2 dəfə xəyanət etməyimə göz yuma bilərəm.
Vizual olaraq xanım bu sözlərdən inciyir. Nə isə, vaxt keçir, vədə yetişir, həmin yerdə 2 ildən sonra ər qatardan enərkən yoldaşının xoş simasını görür. Qarşılıqlı komplimentlərdən sonra evə gəlirlər.... Səhər bir fincan qəhvədən sonra ər gedərkən etdiyi söhbəti həyat yoldaşının yadına salaraq “o məsələ”nin necə başa çatdığı ilə maraqlanır. Xanım cavabında uzaqdan başlayır.
- Əzizim, sən demişdin ki gözələm, cazibədaram, ehtiraslıyam, cavanam... Sözsüz sənin yoxluğunu yataqda hiss edəcəkdim. İnan hiss edirdim də. Mənə söz atanlar, yataq təklif edənlər az olmadı. 2 il elə az müddət deyil. Çox sağ ol ki, mənim vəziyyətimi anladın. Biz sivil insanlarıq və bir-birimizi gözəl anlaya bilirik. Mən sözümün üstündə durdum. Vicdanım təmizdir. Mən sənə cəmi iki dəfə xəyanət etdim
- Eyb etməz canım, mən sənə icazə vermişdim. Bilmək onlar kimlə, mən onları tanıyıram? Yoxsa bunu sirr saxlamaq istərdin?
- Yox əzizim, tanımırsan. Əgər sənin üçün elə maraqlıdırsa, birinci dəfə simfonik orkestrlə, ikinci dəfə futbol komandası ilə...
Bax belə. Bu lətifənin nədən yadıma düşdüyünü yəqin anladınız. Əlbəttə ki, söhbət Mario Balotellinin açıqlamasından gedir. Onun axmaqlamalarına hələ Avropa çempionatında şahidlik etmişdik. O vaxt yarımfinalda almanların qapısına qol vurduqdan sonra sarı vərəqə almasını hakimin onun bədənini qısqanması ilə əlaqələndirmişdi. Bu dəfə bir az da “qabağa gedərək” “Real”ın bostanına daş atdı. Madrid təmsilçisi finala çıxsa, mən nişanlımın “Real”ın bütün futbolçuları ilə yatmasına icazə verərəm. Bax buna deyərəm əsl qeyrət dağarcığı. Risk etməyi xoşlayan adam olsam da həmişə özümdən asılı olmayan bir şey üçün mərc gəlməyi qəribə saymışam. Bir soruşan gərəkdir, ay Mario Balotelli, bax tutaq ki, “Real” həmin gün özünə lazım olan nəticəni əldə etsəydi, öz əlində zövcəni aparıb komandanın futbolçularına təslim edəcəkdin? Deyəcəkdin buyurun, kişi kimi oynadınız, mən də KİŞİ SÖZÜmün üstündə duraraq sevgilimi gətirmişəm ki, sizinlə şam edib, gecəni sizə mehman olsun? Nə bilim Vallah...
Nə isə. Öz aramızdı “Real” - “Borussiya” oyununun ilk 82 dəqiqəsinə kimi Mario Balotelli özünü çox rahat hiss edə, nişanlısının hələ uzun müddət yalnız “öz istismarında” olacağına arxayın ola bilərdi. Amma elə ki, “Real” 5 dəqiqə ərzində ardıcıl iki qol vurdu və finalın bir topluğunda oldu, yəqin ki, Marionun dalağı sancdı. Bəs necə, zarafat deyil, “Real” daha bir qol vurub Balotellinin nişanlısını altından çıxaracaqdı. İnanmıram dediyi sözü danardı. Necə də olmasa KİŞİ KİMİ söz vermişdi. Bu dəfə olmadı. Amma olan başqa şey idi. Nişanlısı Marionu tərk etdi. Yəqin nişanlısından belə qeyrətli KİŞİ SÖZÜ gözləmirdi.
Özü bilər, özləri bilər. Gələk oyuna. “Real” Mourinyo dönəmində yarımfinalda ilişmək sindromunu qırmaq üçün bu dəfə “Borussiya”nın qapısına 3 cavabsız qol vurmalı idi. İnsafən madridlilərin oyun quruculuğuna baxdıqla, bu, mümkünsüz sayılmamalı idi. Komandanın cari mövsüm gücünü yetərincə balanslaşmış paylaşdığı hiss olunur. “La Liqa”da bütün oyunlarda qələbə qazanan komanda bu oyuna da optimal formada çıxmışdı. İlk 15-20 dəqiqə ərzində yaradılmış 3 real qol vəziyyətindən çox yox, 1-i dəqiq zərbə ilə başa çatdırılsaydı Mario Balotelli Madriddə yaman yada salınacaqdı. Gəl ki, nə olmadısa, o olmadı. Bizim tərəflərdə belə atalar məsəli var – “Kasıbın sacı axırda qızır”. 5 dəqiqəyə vurulmuş 2 qol “Real”ı ümidləndirdi. Artırılmış anları da saymaqla qalan 6-7 dəqiqə ərzində madridlilər elliklə rəqib qapısında “otursalar” da qol gəlmədi ki, gəlmədi. Beləliklə “Borussiya” 0:2 hesablı qələbə qazandı. Bəli, məğlubiyyət də olsa, məhz qələbə. Çünki bu hesab iki oyunun yekununa görə dortmundluları finala çıxarırdı. O dortmundluları ki, finala “Real”dan layiq idi. Qrup mərhələsində bunu təsadüf saymışdılarsa, ikinci dəfə bu artıq qanunauyğunluq hesab olunmalıdır. Çünki “Borussiya” bu oyunda uduzmaq bir yana, qələbə də əldə edə bilərdi. Baxmayaraq ki, komandanın baş məşqçisi Yurgen Klop həmin gün yetirmələrinin futbola layiq bir şey göstərmədiyini dedi. Ancaq mən bunu təvazökarlıq sayıram. Çünki ikinci hissədə almanlar “Real”dan daha real futbol nümayiş etdirdilər və 300%-lik (3X100%) real vəziyyətdən birini qola çevirə bilsəydilər, yəqin ki, stadion həmin an boşalmağa başlayacaqdı. Və ən əsas fakt, mən həmin gün “Borussiya”da nəticə əldə etməyə hazır komanda gördüm. Düşünürəm ki, ilk oyun 4-1 yox, 3-1 hesabı ilə başa çatsaydı, o zaman almanlar minimal məğlubiyyətdən artığına imkan verməyəcəkdilər. Həmin günün “Borussiya”sı qələbə qazanmaq iqtidarında da idi. Odur ki, “Real”ın bəxti gətirmədi deyənlər reallığın gözünün içinə dik baxsınlar.
“Barselona” - “Bavariya” oyunu barədə nə demək olar? Hər şey aydın idi. “Bavariya” finala çıxmaq məsələsini ilk oyunda həll etmişdi. Ona da əminəm ki, bu qarşılaşmaya almanlar əvəzedici heyətlə də çıxsaydılar, məğlub olmayacaqdılar. Çünki son bir ilin “Barselona”sı mənə dağlı məhəlləsini, “Xutor”u, “Papanin”i, “Kubinka”nı xatırladır. II mərtəbədə oynamağı bacarmayan yox e, bundan anlayışı olmayan kollektivin qapısı hava mübarizələrində “Həsənsoxdu dəyirmanı”nı xatırladır. Elə bu dəfə də elə oldu. 3-cü qolda sol cinahdan asma zamanı başla zərbəni hamı nəzərlərlə müşahidə etdi. Maraqlı cəhət o idi ki, “Barselona” qapısına qollardan son ikisi elə “Barselona” stilində, cinahdan keçid və qapı qarşısına ötürmədən sonra vuruldu... Əlqərəz hər şey aydın idi.
Ertəsi gün oturub bu materialı yazmaq üçün plan qurub, cızma-qaramı edirdim. “Fənərbağça”nın oyunu başlamışdı. Birdən qapının zəngi basıldı. Açdım. İş yoldaşlarım idi, Bakıdan qayıdırdılar. Salam-əleyk, xoş-beşdən sonra Nurlan mənə dedi ki, “ay da, dünən “Barselona”ya baxdın”? Dedim “yox”. Niyə sualının gələcəyini gözləməyib, əlavə etdim. “Daha doğrusu baxdım, amma “Barselona”nı görmədim. Həmin gün meydanda “Barselona” yox idi, ancaq “Bavariya” vardı”...
Asif Bağırov, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |