“Turan”ın çempionluğunun 19 yaşı 2-ci yazı
Əvvəlcə ötən sayımızda yazdığım xatirələrlə bağlı bir neçə məqama toxunmaq istəyirəm. Birincisi, diqqətsizliyim üzündən yazının əvvəlində Vəli Hüseynovun əvəzinə Vəli Qasımovun adı çəkilib. Həmin vaxt Vəli Qasımov Tovuzda yox, İspaniyada – “Betis”in heyətində çıxış edirdi. Səhvimi “üzümə vuran” Asif Bağırov oldu. İkincisi, yazıda adı çəkilən azarkeş “Posu”nun əsil adı Vahid Sadıqovdu. Və nəhayət, komandanın şəhid olan futbolçusu, rəhmətlik Vaqif Tağıyev Xatınlı kəndindən yox, Əlimərdanlı kəndindən idi. Bunları isə “Turan”ın keçmiş əməkdaşı Rasim Əliyev ilə dəqiqləşdirdim. Bu dəfəki yazıya da elə Rasim Əliyevlə bağlı hadisə ilə başlamaq istəyirəm.
Oyundan əvvəl rayonun imkanlı və hörmətli şəxsləri futbolçulara və komandaya müxtəlif həvəsləndirici mükafatlar vəd edirdilər. Puldan başqa müxtəlif əşyalar da mükafatın “menyu”suna daxil idi. Məsələn,
keçən dəfə dərzi Tahirin “layka”sından bəhs eləmişdim. Oyunların birində
2-3 nəfər Rasimə yaxınlaşır. Üst-başlarından təbii ki, adi rayon adamları olduğu hiss olunur. Onlardan biri Rasimə komandanın qələbəsi üçün mükafat vermək istədiklərini bildirir. Rasim məbləği soruşduqda isə aldığı cavab onu çox təəccübləndirir. Demə, bu insanlar ovçuluqla məşğul olurmuşlar. Oyun günü yaxşı bildirçin ovlayıblar və qərara gəliblər ki, komandaya qələbə qazanacaqları halda bir neçə bildirçin hədiyyə etsinlər.
***
Bir dəfə də Rasimə qəşəng “atıblar”.
Deməli, adını çəkməyəcəm, rayonun çox hörmətli şəxslərindən biri oyundan əvvəl “Turan”ın qalib gələcəyi təqdirdə futbolçulara 5 min rubl pul verəcəyini bildirir. Rasim də
bunu böyük həvəslə stadiona elan edir, hamı da həmişə olduğu kimi əl çalır. Oyun qurtarır, “Turan” qalib gəlir.
Həmin hörmətli şəxs heç nə olmayıbmış kimi, pulu vermədən stadionu tərk eləyir. Oğul istəyirdim ki, onun dalınca gedib desin ki “ay, filankəs müəllim, pulu verin?”
(Lap “Bəxtiyar” filmində olduğu kimi) Rasim də abır-həyasına sığınıb pul-zad istəmir. Bir qədər sonra başda Vidadi Rzayev olmaqla bir neçə futbolçu gəlirlər Rasimin yanına ki, bəs,
5 mini ver. Hardaydı,
Rasimdə o qədər pul ki, Filankəs müəllimin yerinə ödəyərdi? Nə isə, “başına gələn başmaqçı olar” deyiblər.
O gündən etibarən Rasim pulu əlinə almamış elan-filan vermirmiş.
***
“Turan”ın hər qələbəsindən sonra bir qrup azarkeş düşürdülər meydançaya
və əllərində bayraqlar, zurnanın sədaları altında stadionda bir neçə dəfə dövrə
vururdular. Bu mənə haradasa SSRİ dövründəki 1 May paradını xatırladırdı. Sonra isə gəlib dayanırdılar fəxri lojanın qarşısında. Zurna-nağaranın sədası yayılırdı bütün rayona, azarkeşlər əl
qaldırıb oynayırdılar. “Yuxarıda” oturanlar isə bu dəfə də başlayırdılar özlərini göstərməyə – oynayanların başına şabaş yağdırırdılar. Bir sözlə əməlli-başlı bayram ab-havası olurdu.
***
Tovuzlu azarkeşlərin möhtəşəmliyi barədə daha bir misal çəkəcəm. Musa və
Qurban Qurbanov qardaşlarının Zaqatalanın “Daşqın” komandasında oynadıqları vaxtlar idi. O
vaxtlar indiki kimi komanda səfər oyununa 1-2 gün əvvəl getmirdi. Elə matçın başlamasına bir neçə saat qalmış stadiona təşrif buyururdular. “Daşqın” Tovuza gələndə zaqatalalı futbolçular avtobusdan enən kimi yerli fanatlar başlayıblar “Turan”ı dəstəkləməyə, ta ki
oyun bitənə kimi. Sonradan Tovuzda oynadığı vaxtlarda Qurban özü etiraf etmişdi ki, ilk dəfə idi ki, belə azarkeş kütləsi ilə qarşılaşırdı. Həmin oyunda
“Daşqın”ın uduzmasına səbəb kimi isə, məhz azarkeşləri göstərmişdi.
***
Bu yaxınlarda “Het-trik news”də dünya futbolunda baş verən bir çox maraqlı
hadisələrdən bəhs edən “Futbolun maraqlı anları” başlığı ilə silsilə yazılar dərc
olunmuşdu. Əməkdaşımız Nemət Ağayevin tərcümə etdiyi həmin materiala “bəzək-düzək” verərkən bir hissə yadıma bir qədər sonra nəql edəcəyim hadisəni saldı. Belə ki, Latın Amerikası ölkələrinin birində oyun zamanı meydançaya bir neçə paraşütçü düşür. Onlardan biri qapıçının topu tutmaq istədiyi vaxt onunla toqquşur və top qapıdan keçir. Hakim isə qolu qeydə alır. Tovuzda da buna bənzər hadisə baş vermişdi. Amma meydana paraşütçü yox, daha böyük nəsnə – vertolyot (indi çoxları
“helikopter” deyir. Amma mənə daha çox “vertolyot” doğma gəlir) düşmüşdü. Bu
olay hələ mən Tovuzda olmamış, həm də “Turan”ın çempionluğundan əvvəl baş versə də maraqlı olacağını nəzərə alaraq bölüşmək istəyirəm.
Tovuzun cəbhə bölgəsi olduğu hamıya məlumdu. Atəşkəsdən əvvəl şəhər stadionu təkcə futbol üçün yox bir çox başqa məqsədlər üçün də nəzərdə tutulmuşdu. Məsələn, yaxınlıqda aerodromun olmaması üzündən hərbi və mülki vertolyotlar birbaşa meydançaya eniş edirdilər. 1992-ci ildə “Turan”
Bakının “İnşaatçı” komandasını qəbul edirdi. Oyunun gedişində heç kimin gözləmədiyi halda meydançaya vertolyot düşür. Tovuzlular buna adi baxsalar da, bakılılar əməlli-başlı təəccüblənirlər. Hətta bir qədər qorxurlar. Həmin vaxt
“Turan” hücumda imiş.
Vertolyot isə “Turan”ın qapısının yaxınlığına eniş edibmiş. Matçın hakimi vəziyyəti düzgün qimətləndirərək, oyunu saxlamır,
Bir qədər sonra vertolyot stadionu tərk edir. Deyirəm yazıq Nemət hardan bilərdi ki, futbolun əsl maraqlı anı o vaxt Tovuzda olub. Qınamıram, həmin vaxt stolun altından düz keçdiyi vaxtlar idi.
***
Həmin dövrlər həm respublikada, həm də
Tovuzda camaatın durumu yaxşı deyildi. Rayonda əhalənin güzəranı həddən artıq ağır idi. Qaz gəlmirdi, işıq fasilələrlə verilirdi, suyu xüsusi maşınlar pulla gətirirdilər. Ən böyük problemlərdən biri də çörəklə bağlı idi. Rayon qeydiyyatında olanlara SSRİ dönəmində ət və yağın talonla verildiyi kimi çörək “payok”la paylanırdı. Hamının öz
payı var idi. Mən isə qohum-əqrəbanın payına ortaq olurdum. Bir yandan da erməni “qrad”ları. Amma bütün bu çətinlikləri “Turan” azacıq da olsa unutdururdu. Komandanın uğuru əhalini bir qədər gələcəyə nikbin baxmağa sövq edirdi. Tovuzda olduğum 9 ayı bibimgildə qalmışam. Doğrudu, o
vaxtkı baş məşqçimiz Xanoğlan Abbasov klubun bazasında otaq olduğunu, orada qala biləcəyimi demişdi. Amma rəhmətlik atam
17 yaşlı gəncin özbaşına qala bilməməsindən ehtiyatlanaraq məni bacısına əmanət etmişdi. Ötən dəfə qeyd etdiyim kimi, komanda yoldaşım Vüqar Fərhadovla bir sinifdə oxuyurdum. Rayondakı sosial vəziyyət təhsilə də öz təsirini göstərirdi. Heç 10 dəqiqəlik dərs haqqında eşidibsiniz? Zəng vurulan kimi müəllim başlayırdı mövzunun izahına, qurtarmamış dərs bitirdi. 5 dəqiqəlik tənəffüsləri də nəzərə alsaq 6 dərsimiz uzağı saatyarıma başa çatırdı. Bir də
görürdün ki, dərs vaxtı erməninin atdığı “qrad”ın səsi gəlir. Hamı tökülüşürdü bayıra. Birdən “qrad” məktəbə düşər. Üstəlik payızda və yazda bütün şagirdlər kolxoz işlərinə cəlb olunurdular. Payızda üzüm yığmağa, yazda isə yer belləməyə. Vüqarla mən məşqi bəhanə gətirərək aradan çıxırdıq. Düzünə qalsa,
müəllimlərimiz bizim kələklərimizdən xəbərdar idilər. Amma
“Turan”da oynayırdıq deyə,
üzə vurmurdular.
***
Hamı həmin illərki “Turan”ı Vidadi Əhmədovla yanaşı xatırlayır. Çoxları elə bilir ki, komandanı Vidadi müəllim yaradıb. Onun “Turan” üçün elədikləri danılmazdı. Amma “Turan”ın yaranması ideyası tamam başqa adamın adı ilə bağlıdı. Həmin kəs Məzahir Tağıyevdi. Soyadımızın eyni olmasına baxmayaraq, qohum deyilik.
Ümumiyyətlə Tağıyev soyadı Tovuzda geniş yayılıb. Digərlərini bilmirəm,
bizim nəsildə babamın babasının babasının adı Tağı olub. Özü də papaqçı imiş. Elə bizim nəsili də “Papaqçılar” nəsli kimi tanıyırlar. Kəndimiz də
Çeşməli sovetliyinə daxildi. Nə isə...
Məzahirdən danışacaqdım. 1991-ci ilin sonlarında Məzahir Tağıyev rayonun imkanlı və hörmətli şəxslərindən biri olan Vidadi Əhmədovun yanına gedərək “Turan” klubunu yaratmaq istədiklərini bildirir və bunun üçün sponsora ehtiyacı olduqlarını deyir. Təbii ki, razılıqdan sonra Vidadi müəllim olur prezident, Məzahir müəllim isə klubda bir çox vacib işləri görməyə başlayır. Düzü, vəzifəsi dəqiq yadımda deyil. Amma dəqiq yadımdadı ki, pul işinə o baxırdı. İndi olduğu kimi həmin vaxtlarda da qələbəyə görə mükafatlar verilirdi. Hər oyundan əvvəl Məzahir müəllim uşaqlara deyirdi ki, bu
oyun üçün qələbə olacağı təqdirdə hər futbolçuya filan qədər pul verəcəyik. Üstəgəl aylıq maaşlarımız. Hamı da canla-başla çıxırdı oyuna. İnsafən pis nəticə göstərmirdik. Tovuzda oynadığımız oyunların əksəriyyətində qələbə qazanırdıq. Səfərdə isə, hamısından olurdu.
Toplayanda xeyli alacağımız var idi. Amma nə vaxt Məzahir müəllimdən pul soruşanda, deyirdi ki, hələ yoxdu. Bəlkə də yaşlı futbolçulara pul çatırdı, amma uşaq-muşağın başını aldatmağa nə vardı ki. Bu
xasiyyəti və bir az da qaraqabaq olması bu insana qarşı məndə antipatiya yaratmışdı. Sonradan “Turan”a etdiklərini biləndə ona qarşı olan fikrimdə korrekturalar etməyə məcbur oldum. Tovuzda görüb-götürdüyüm 2 dəfə 1 “paçka”
5-lik oldu. Sovet rublunu nəzərdə tuturam. Hələ o
vaxt Azərbaycan manatı təzəcə dövriyyəyə buraxılmışdı və rubl ilə paralel işləyirdi. Birinci “paçka”nı komanda yoldaşımız, Mülkülü kəndindən olan Rasimin bacısının xeyir işinə, 2-ci “paçka”nı isə Sakit Alıyevin toyuna yazmışdım. Vəssalam-şüttəmam.
Qalan pullarımız kimə qismət olubsa, halal xoşu!
***
1993-94-cü illərin statistikasına nəzər salmaq üçün PFL-in
rəsmi saytına baş vurdum. Təəssüf ki, bəzi məqamlar məni açmadı. Həmin mövsüm 1-ci dəstədə çıxış edən nəinki “Turan-2”nin, bir çox digər komandaların adından da əsər-əlamət yox idi. Məsələn, Naftalanın komandasının adı yoxdu. Naftalanda oynadığımız oyun yaxşı yadımdadı. Stadion oyundan əvvəl traktorla hamarlamışdılar. Yer beton kimi idi. Üstəlik oyundan sonra toz-torpağı üzümüzdən yumağa su tapa bilmədik. Tovuza qayıdarkən yol qırağındakı arxda yuyunduq. Həmin matçı böyük hesabla udduğumuz da, Yusifin
(soyadını unutmuşam) qolu da
yadımdadı. Daha bir komanda – Bakının “Məşəl”inin də adı yoxdu. Həmin
“Məşəl”lə hər iki oyun xatirimdədi. 1-ci dövrədə Bakıdakı indiki “Bayıl Arena”da qarşılaşmışdıq. Son dəqiqədə topu boş qapıya vura bilməmişdim. Tovuzdakı oyunda isə Tofiqin (onun da
soyadı yadımda deyil) 30 metrlikdən cərimə zərbəsi ilə vurduğu möhtəşəm qol indi də gözlərim önündədi. Və ya
qonşumuz “Şəmkir”. Şəmkir stadionundakı oyunda 3:0 məğlub olmuşduq. Meydançadakı tikanlar “podkat” gedərkən ayaqlarımı o günə salmışdı ki, yaralar
1 aya qədər sağalmamışdı. Və nəhayət Bakının “Zabrat” komandası. Heç ilk qolumu kimin qapısına vurduğumu yaddan çıxara bilərəmmi? Deyəsən, yenidən Rasim Əliyevə müraciət etməli olacam - respublikanın ən “bərkgedən” statistiklərindən birinə.
İlqar TAĞIYEV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |