Qadınlar stadiona niyə getmir?
Nəhayət, illər, aylar, həftələr və son saniyələr, bilmirəmrnhansı daha yaxındır. Budur həmin an yetişdi və o anı görmək nə qədər gözəl idisə,rntəsvir etmək də bir o qədər çətindir. Nəhayət, Tofiq Bəhrəmov adına stadionunrnhəyətində, elə onun heykəlinin qarşısındayam. Bir azdan «Qarabağ» və «Xəzər-Lənkəran» qarşılaşmasırnbaşlayacaq. İçimdə isə iki hiss bir-birinə qarşı sözün əsl mənasındarnqarşıdurmaya qalxıb. Bəlkə, düz etmirəm. Nəyi? Bəlkə, qayıdım. Niyə? Birdənrnoğlanlar pis baxar. Məgər onların fikri sənə çoxmu vacibdir? Birdən söyüşrnsöydülər. Onlar mədəniyyətlərini göstərəcəklər. Bundan sənə nə? Bəlkə, pis işrngörürəm. əgər futbola baxmaq pis işdirsə...rnvə son sual qadınlar niyə stadionda futbol izləməkdən bu qədər ehtiyat edirlər?rnElə bu suala cavab tapmaq istəyirdim ki, artıq stadionda olduğumu anladım. Qarşımdarnyaşıl bir meydan və bura mənə tanış gəlir.. Çünki hər dəfə ekran başında oyunurnizləyəndə «görəsən, bura gələ bilərəmmi» xəyalını qururdum. Elə bil əvvəllər dərnburda addım atmışam. Budur ilk dəfə yaşıl meydanda futbol izləyəcəkdim. Həminrnan çox şeyi anladım. Ən əsası isə niyə fanatların çoxlu miqdarda pullarındanrnkeçib bu ölkədən o ölkəyə gedib futbolu canlı seyr etmələrini dərk etdim. Bu anrnmənim üçün heç nəyin fərqi yox idi, sadəcə qəlbimdə, ağlımda bir şey var idi «Xəzər-Lənkəran»,rn«Xəzər-Lənkəran», «Xəzər-Lənkəran» və yenə də «Xəzər-Lənkəran». Artıq bütünrnsuallar da geridə qalmışdı, indi nə onların özü, nə də cavabları mənə maraqlıydı.rnNə qədər yanlış düşündüyümü gördüm. Əslində, qadınların futbola getməsi,rnhamının böyük maraqla dediyi "qadın futbola gedər?" çərçivəsindən kənararnçıxmır. Qadın niyə futbola gedə bilməz? Təbii ki, qadınlar kütləvi şəkildərnfutbola meyl edir desəm, səhvə yol verərəm. Maraqlıdır, Azərbaycandarnqanunla qadınların bu cür tədbirlərdə iştirak etməsi qadağan olunmasa da , bizrnözümüzə yetərincə qadağa qoyuruq. Elə qonşu İrana nəzər salsaq görərik ki,rnqadınların istəyi olsa da, dövlət bunun əleyhinə qərar çıxarıb.
rnrnEtiraf edək ki, futbolla nəbzi döyünən qadın azərkeşlərdə az deyil.rnAmma biz onlara sadəcə televiziyadan oyunu izləməklə şərait yaradırıq. Biz burnşəraitə görə, kişilərə hətta təşəkkür də etməliyik. Həmin məqamda onlar «getrnbozbaşını bişir» də deyə bilərlər, amma demirlər. Beləliklə xanımlarımız oyunurnyalnız ekrandan izləməklə kifayətlənirlər. Bunun bir çox səbəbi var. Ənrnönəmlisi qardaşım, qonşum, tanışım, qohumum, uzaq qohumum, qonşumun qohumu,rnuzaq qohumumun qonşusu (bu siyahını davam etmək də olar) nə düşünər? Axı burdarndüşünüləsi nə var? Məgər 22 nəfərin stadionda top uğrunda mücadilə etməsi burnqədər dəhşətlidir? Bəlkə ekrandan izləyəndə dəhşətin həcmi azalır, bəlkərnekrandan izləyəndə təhlükə az olur? Nəyi düşünək? Qadın futbol oynaya bilər,rnamma futbol izləyə bilməz. Necə də maraqlı təzaddır.
rnrnQadınların stadiona getməmələrinin əsas səbəbi söyüşdür. Deməli, belərnçıxır ki, kimlərsə ağzına sahib çıxa bilməyəcək və nəticədə qadınlar stadiondanrnuzaq duracaq. Əgər azərkeş stadiona söyüş söyməyə gedirsə və bununla öyünürsərnonu ifadə etməyə belə söz yoxdur. Özü özünü necə lazımdır ifadə edir. Hətta söyüşrnsöyüb özünü müdafiə edən azərkeşlər də var. Bunu bir neçə səbəbi var. Stadiondarnolan hakimlər, futbolçular, azərkeşlər, xülasə bütün canlı varlıqlar söyüşərnsəbəb ola bilər. Canlıların səbəb olduğu söyüş savaşında bütün günahlar cansızrnəşyaların başında çartlayır. Oturacaqları qıran kim, hakimə atan kim, rəqibirndaşlayan kim... Əsl savaş meydanına çevrilir tribunalar. Məlum oldu ki, qadınların stadionarngetməmələrinin əsas səbəbi elə bu gün onları stadionda görmək istəyənrnkişilərdir.
rnrnƏlbəttə, burada qadının günahı da az deyil. Qadın bilməlidir ki, onarnhər şey birinci olmaz. O, özü bunu etməlidir. Yoxsa bu gün olduğu kimi ətrafınırndüşünüb stadiondan kənarda qalarsa, bu təkcə bu gün deyil, elə sabah da bu cürrndavam edəcək. Qadın anlamalıdır ki, özü də bilmədən stadionda söyüşlərinrnazalmasına səbəb olacaq. Qadınlar kütləvi şəkildə stadiona getməklərnrəngarəngliyə səbəb olacaqlar. Kütləvi şəkildə getməklə onlar köhnə düşüncəyərnyen nəfəs gətirəcəklər. Elə isə stadiona getməyə və komandanızın oyununu canlırnizləməyə dəyər, unutmayın, ilk edilən hər şeyi daşa basırlar.
rnrnP.S: Stadionda canlı izlədiyimrnilk oyunda isə «Xəzər-Lənkəran» 1-0 hesabıyla «Qarabağ»ı məğlub etdi ( 30rnoktyabr 2010)
Günel Əbilova
|
||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |