Vandalizm, təpik, sillə, məscid və it... YAZI
"Neftçi" - "Xəzər Lənkəran"
oyunundan sonra baş verənlərdən yazmayan jurnalist (bəlkə də), yazılmayan da
nüans qalmadı, bəlkə. Düzü, yazmağa maraq yox idi. Nə üçün? Axı niyə yazmalıyam
ki? Guya jurnalistin yazdığına kim önəm verir ki? Azərbaycan reallığında
jurnalistin yazdığına ancaq o zaman önəm verilir ki, yazılan yuxarıdan göstərişlə
gəlir və kiminsə evini yıxmağa xidmət edir. Əks halda, nə qədər yazsanda,
ortaya heç nə çıxmayacaq. Uzaq başı, hansısa oxucu oxuyub "sənöl buna
halaldı, kiçi adamdı. Nəyi var yazıf, hamısın "kaznit"dəyifdi"
deyəcək.
***
Amma haqqı görüb, deməyən də dilsiz şeytandı. Məhz
bu səbəbdən yazmaq qərarına gəldim.
Oyundan sonra mükafatlandırma mərasimini daha
yaxından izləmək üçün media trubunasın tərk edib meydana düşmək ustədim, amma
polislər yolu bağlamışdı. Heç, Qubada, İsmayıllıda xalq üsyanı baş verəndə,
polislər belə barikadalat təşkil etməmişdi. "Rəis, bu vəsiqəni bizə PFL
verib, oyundan sonra aşağı düşə bilərik, jurnalistik" sözlərimə "mən
PFL, MFL hərrəmirəm, dedim olmaz, demək, olmaz" cavabın verən polisə
"Neftçi"nin mühafizəçisi yaxınlaşdı. İnsafən, bizim tərəfimizi
saxladı, dedi, buraxsınlar bizi. Amma həmin polis "Neftçi"nin mühafizəçisibə
birin elə ilişdirdi ki, cavan oğlan az qala yerlə bir olacaqdı.
***
Kəsəsi, bizi qapıdan buraxmadılar, amma bir yol
tapıb meydana daxil ola bildim (məndən başqa ən azı 10 jurnalist də vardı). Bu
zaman isə ara qarışıb, məzhəb itmişdi. Kimin nə üçün kimi vurduğunu ayırd etmək
mümkün deyildi. Gördüklərimdən biri də PFL prezidenti Ramin Musayevə atılan və
ona dəyməyən yumruq idi. Kimsə kiməsə mane olurdu, kiimsəni vurmasın deyə. Amma
davanın nə üçün baş verdiyi tam olaraq məlum deyildi. Amma gördüyüm o idi ki,
"Xəzər Lənkəran"ın gənc futbolçusu Kamran Abdullazadənin üzünün al
qana boyanması idi. Oyundan sonra həmkarlarımızın çəkdiyi videolarda isə nəyin
ağ, nəyin yaşıl olduğunu ayırd etmək çətin deyildi. Buna ad vermək çətin deyil,
vandalizmdir. Bir sürü "Neftçi"li qoçu bir nəfərin üstünə düşərək onu
təpikləyir. İş orasındadır ki, yazının əvvəlində sizə xatırlatdığım o polis
sillələyən "Neftçi" axranası da təpik atanlar arasında idi. A kişi,
qeyrətin çatmadı polisə bir söz deyəsən, nə oldu, indi arxadan daş atırsan?
***
"Neftçi" prezidenti Sadıq Sadıqovun son 3
ildə Azərbaycan futboluna verdiyi xeyir, tövhə göz qabağındadır. Sadıq müəllim,
inanın ki, bunlar sizə baş ucalığı gətirmir. Sizin komandadakı insanların kimlərisə
döyməyi, məhz sizin xarizmanızdan xərclənir. Olmaz bunlar, qətiyyən. Belə şeylərə
yol vermək olmaz. Yumruğunuzu vurun stola, bu biabırçılıqlara son verin, yoxsa
daha çox xərcələnəcək. İddia oluna bilər ki, "Neftçi"ni təxribata çəkiblər.
Lap tutaq ki, belə olub. Bəs sizin ağlınız, uşaqsız, düşüncəniz yoxdur? Mən
sizi təxribata çəkirəm, birinizə ağır söz deyib özümü qayadan aşağı atıram,
hansınız məni tutub "çiləmək" üçün özünü qayadan aşağı atacaq? Heç
biriniz, dəli deyilsiz ki, özünüzü qayadan atasız...
***
Məsələnin
digər tərəfi isə AFFA rəhbərliyi ilə bağlıdı. Bu mməqama toxunanda isə "Xəzər
Lənkəran"ın idman direktoru Babək Quliyevin sözlərinə yer vermək lazımdır:
"Con Toşak oyundan sonra Stamenkoviçə yaxınlaşıb öz
iradlarını bildiridi ki, düzgün hərəkət etməmisən. Bundan sonra münaqişə yarandı və
“Neftçi”nin qoçuları iki futbolçumuzu vurdu. Onlarda əsasən Güloğlan Cabbarov
ilk təpiyi atan oldu. Güloğlan vurduqdan sonra “Neftçi”nin qoçuları Kamran
Abdullazadəni təpiyin altına saldılar. Hamı deyir, final görüşü möhtəşəmdi.
Heçnə də möhtəşəm deyildi. Əgər bir qurum, söhbət PFL-dən gedir. Əgər bir qurum
futbolçunun təhlükəsizliyini təmin edə bilmirsə, getsin, istefa versin. Ayıbdı!
Qardaşım, bu əvvəl “Bakı”nın da başına gəlib. Bu gün “Xəzər Lənkəran”ın başına gəldi.
Və istisna deyil ki, sabah “Qarabağ”ın başına gəlsin, yaxud “İnter”in. Bu da
ondan irəli gəlir ki, futbolumuzun vəzifəli şəxsləri öz vəzifələrini düzgün
icra edə bilmirlər. Ramiz Mirzəyeivn, Fuad Musayevin dövrlərində belə şeylər
olmamışdı. Bu nə dövrdü, hansı zamanədə yaşayırıq biz? Azərbaycan futbolunda dəyişikliklər
olmasa, inkişaf heç vaxt olmayacaq. O təpik bizə atılmamışdı, o təpik AFFA-nın
başda oturanlarına atılmışdı. Çünki Rövnəq Abdullayev stadionda ola-ola bizim
futbolçuya təpik atılırsa, bu təpik “Xəzər Lənkəran”a yox, AFFA-ya atılmış bir
təpikdi. Niyə “Xəzər Lənkəran”ı bu qədər əzirlər? Sual verirəm Ramin Musayevə:
“Xəzər Lənkəran” olmasa çempionat nəyə lazımdı? Sənin özünlə bir yerdə? Hələ
utanmaz-utanmaz “Neftçi” azarkeşləri bu olanlara əl çalırdılar. Nə olar? Onlar
Lənkərana gəlməyəcəklər? Gələcəklər. Ondada biz əl çalıb onlara güləcəyik".
***
Babəkin son sözləri "bu günün sabahıda
var" prinsipinə görədir, amma ...
...ammasını yazmayacam, qoy gülüb yola
salsınlar, onda buna da toxunacam. Amma AFFA rəhbərliyi bilməlidir ki, daha bəsdi.
Futbol milyonların sevdiyi, sevgisini sevgilisiylə paylaşmaq üçün stadiona gəldiyi
yerdir. Döyüş meydanı deyil. Döyüş istəyən varsa, əlinə silah alıb özünü Ermənistanla
sərhəddə verə bilər. O tərəfə keçmək üçün boş yol çoxdur.
***
Daha öncə həmkarlarım yazıb, sözlərinə qüvvət. Bu davanın yaranmasında əsas günahkar məh oyunun baş hakimi Əliyar Ağayevdir. Onu bu həddə çatdıran isə hakimbaşı Xaqani Məmmədovdur. Cənab Rövnıq Abdullayev, siz nə qədər ki, Xaqani Məmmədovu bu vəsifədə saxlamısız, onun hakimi şərait yaradacaq - səbəb olacaq ki, kiməsə atılan təpik məhz sizə atılan təpik kimi qiymətləndirilsin. Bu təpiklərdən xoşunuz gəlirsə, Xaqanini saxlayın yerində, yox, "ləzzət etmirsə" o zaman onu AFFA -dan qovun. Özüdə necə... it və məscid məsələsində olduğu kimi...
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |