PFL-in Aslanı YAZI
Həftənin, ayın, hətta mövsümün ən maraqlı hadisəsi çərşənbə axşamı baş verdi. Gec oldu, GÜC oldu. Sözün həqiqi mənasında. Kubokun finalını nəzərdə tuturam. Nə “Neftçi”nin Avrokuboklardakı çıxışı, nə Azərbaycan futbolunun qarayarası olan “altılıq sistemi”nin ləğvi bu qədər müzakirə olunmamışdı. Mən hələ nə hakimliyimizin üzqarası Elçin Məmmədovun hakimlikdən getməsini, nə də onun bəzi həmkarlarının çıxardığı hoqqaları demirəm. Demək olar ki, hər turdan sonra “Xəqani Məmmədov və 11 dostu”ndan (lap Corc Kluninin baş rolda çəkildiyi “Ouşenin 11 dostu” filmindəki kimi) narazı qalan klublar mətbuata gözəl mövzu verirdilər. Mətləbdən uzaqlaşmayım, kuboku finalını hamı kimi olmasa da, səbirsizliklə gözləyirdim. Mənim üçün kubokun kimə qismət olması maraqlı deyildi. Kim güclü olacaqdısa, o da qalib gələcəkdi. Bu yazılmamış qanundu. İstər “Neftçi”, istərsə də “Xəzər Lənkəran” – hər ikisi mənim üçün eynidi. Hər ikisi Azərbaycanı təmsil edir və heç birinə də Avropa səhnəsindən fərqli olaraq daxili yarışlarda azarkeşlik etmirəm və gələcəkdə də etmək fikrim yoxdu. Azarkeşlik etdiyim yeganə komanda “Turan”dı ki, bunun da səbəbini məni tanıyanlara yaxşı bəllidi. Mənim üçün maraqlı olan yeganə məqam oyundan əvvəl lənkəranlıların avrokuboklara “Neftçi”nin hesabına getmələri ilə bağlı səsləndirilən fikirlər idi. Absurd fikirlər. Soruşan lazım idi, finala kimi “Xəzər-Lənkəran” kimin hesabına gəlmişdi? “Bakı”nı yarımfinalda məğlub edəndə meydanda “Neftçi”nin futbolçuları oynayırdı? Yaxud, Lənkəran stadionunda “Xəzər-Lənkəran”ı dəstəkləyənlər “Neftçi” azarkeşləri idi? Bəlkə, “Xəzər-Lənkəran”a kubokda qalib gəldiyi oyunların taktikasını Böyükağa Hacıyev “şaprqalka” vasitəsilə Toşaka ötürmüşdü? Mövsümboyu göstərdiyi oyunla kuboku “Neftçi”nin qazanmasını ədalətli saydığım qədər cənubluların da avrokuboklara onların hesabına yollanması fikrini yaxına buraxmaq istəmirdim. Kiminsə haqqını yemək günahdı. Qalibin penaltilər seriyasından sonra məlum olması lap yerinə düşmüşdü – kuboku daha hazırlıqlı “Neftçi” götürdü. “Xəzər Lənkəran” isə sübut etdi ki, bakılıların hesabına “dolanmırlar”. Bununla da hər şey sülhlə başa çatmalı idi. Amma... Amması hamıya məlumdu. Oyundan sonra düşən dava-dalaş haqda yazmaq fikirndən uzağam. Çünki bu barədə çox yazılıb, yazılacaq da. Çox deyilib, deyiləcək də. Sadəcə çoxlarının yadından çıxdığı bir nüans haqda fikirlərimi bildirmək istəyirəm – finalın təşkil olunması barədə.
“Het-trik news” yaranandan PFL-in fəaliyyətində görünən
çatışmazlıqları və haqsızlıqları çox tənqid etmişik. PFL prezidenti Ramin
Musayevə, hətta mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevə də dəfələrlə “söz
atmışıq”. Amma bu dəfə onları tərifləməkdən başqa çarəm qalmır. Çünki, bu
dəfəki final oyununu möhtəşəm təşkil etmişdilər. İstər oyundan əvvəlki konsert
proqramını, istər oyuna marağı artırmaq üçün apardıqları fəaliyyət, istərsə də
digər təşkilati işləri. Hətta Azərbaycan himninin səsləndirilməsi zamanı
göstərilən klipin hansısa rejissorun ideyası olduğunu düşünürdüm. Sonradan
biləndə ki, bu fikir Aslana məxsusdu... təşəkkürlər Aslan. Həmin klipi
görməyənlərə xatırladım ki, himnimizi Azərbaycanda müxtəlif komandalarında
çıxış edən legionerlər ifa edirdilər. Çox istərdim ki, bu PFL-in ünvanına
dediyim sonuncu “sağ ol” olmasın. Yaşayarıq, görərik.
Lap yadımdan çıxmışdı, oyundan əvvəl mətbuat üçün ayrılmış tribunada
özümə yer eləmişdim. Hər iki komandanın mühafizə xidmətinin əməkdalarına
baxanda yadıma “qara paltarlı adamlar” düşdü. Elə, Uill Smitin çəkilidiyi “Qara
paltarlı adamlar” filmində olduğu kimi. Bunu yanımdakı həmkarlarıma deyəndə
onlardan biri gülə-gülə köynəklərinə işarə edərək düzəliş etdi: “qara paltarlı
yox, ağ-qara paltarlı adamlar”. Bilmirəm heç yeri var idi, ya yox. Sözü idi də,
yadıma düşdü, yazdım.
P.S. Oyundan sonra mətbuat nümayəndələri üçün təşkil olunan
lotoreyada qaliblərdən biri də mən oldum. Qismətimə mobil telefon düşmüşdü. Kaş
ki, düşməyəydi, evdə uşaqlar dədə malını bölə bilmirlər. Birdə ki, bəziləri
düşünə bilərlər ki, bu yazını yazmaqla, daha doğrusu Aslanı tərifləməklə telefonun
və ya başqa olmayan nəyinsə qarşılığını vermək istəyirəm... Lap Xəqani
Məmmədovun məşhur “kəlamı” yadıma düşdü...
İlqar TAĞIYEV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |