Seksə baxış + futbol şəhvəti YAZI
Deyirəm yaxşı ki, bu internet var. Arada oturub saytlara-filanlara baxırsan. Kimisi çatdaşır, bəzisi sosial şəbəkələrdə olur (biri elə mən), elm dalıyca interneti ələk-vələk eləyən az da olsa yox deyil.
O gün elektron mətbuatı izləmək üçün gecədən xeyli keçmiş noutbukumu açdım. Başladım saytlarda gəzişməyə. Gözümə Elçin Mirzəbəylinin bir yazısı sataşdı. Başlığın maraqlı olması sonacan oxumağıma səbəb oldu. “Seks haqqında yazı” idi məqalənin adı. Vüsalə Məmmədova adlı bir qələm əhlinin sosial şəbəkədə “Toydan əvvəl sevişməlimi, sevişməməlimi? Bu haqda yazıram. Görək necə olur” adlı status yazmasına fikir bildirmişdi. Daha doğrusu bu statusa yazılan rəylərə. Uzun-uzadı bu yazı barədə danışmaq istəmirəm. İstəyən olsa google-da “Seks haqqında yazı” qeyd edib axtarış verə bilər.
10-12 ilin söhbəti olar. Futbol üzrə Azərbaycan çemponatının növbəti oyununda idim. Hansı komandaların oynadığı yadımda deyil. Amma onu bilirəm ki, matç o vaxtkı SKİF (Sportivnıy Kompleks İnstituta Fiziçeskoy Kulğturı - yəni, indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) stadionunda keçirilirdi. Mətbuat üçün loja olmadığından tamaşaçılarla bir yerdə oturmuşdum. Onlar arasında ikisi məni tanıması ilə bağlı qızğın mübahisə edirdi. Biri məni Elnur Əşrəfoğlu zənn etdiyi halda, digəri Fikrət Adıgözəlli (!) olmağıma bəlkə də başıyla cavab verməyə razı idi. İdman marağı məni bu mübahisənin necə başa çatacağını gözləməyə məcbur edirdi. Bir sözlə, gözüm oyunda olsa da, qulağım həmin “mehriban düşmənlər”də idi. Axırda mənim özümdən soruşmaq qənaətinə gələndə 3-cü ahıl tamaşaçı, damağındakı “Astra”nı aramla sümürən yaşı 60-ı xeyli ötmüş ağsaqqal onların qanı arasına girərək “ay uşaqlar, nə odu, nə də o birisi, ANS-dən Asif Bağırovdu, Çempionlar Liqasını şərh eləyən” dedi. Elə bunun ardınca cavanların səsi kəsildi... Ağsaqqal da sanki bunu gözləyirmiş kimi mənimlə söhbətləşməyə başladı. Dövlətin futbola diqqət yetirməməsindən (AFFA-da hələ Fuad Musayevin dövrü idi) futbolçuların da öz üzərində işləməməsindən gileyləndi. Cavanlığı “BMT triosu”nun (Banişevski-Markarov-Tuayev) oyun çıxardığı dövrə təsadüf etmiş ağsaqqal indiki oyunçuların nə etmək istədiyini anlamadığını dedi. Axırda hələ məndən belə söz də soruşdu ki, Çempionlar Liqasını göstərirsiz. Görün necə səviyyəli oyunlar var. Baxıb öyrənsinlər də, olmaz məgər? Cavab üçün hardasa 20-30 saniyə fikirləşdim. Ona görə yox ki, tapmağa çətinlik çəkirdim. Sadəcə olaraq atam yaşlı kişiyə deyəcəyim sözün onun xətrinə dəyəcəyindən qorxurdum. Kişi elə bil arif adam idi (sonradan adının da Arif olduğunu öyrəndim). Dedi ki, ay oğul gəlibsə de. Dedim ağsaqqal, min dəfə üzr istəyirəm, bu, impotentə gecə-gündüz seks göstərmək kimi bir şeydir. Əgər insan şəhvətdən düşübsə, ona heç nə kömək etməyəcək.
Bu həftə Qəbələyə getmişdm. Qəbələ sözünün kənarlarına dırnaq işarələri qoysaydım daha düz olardı. Bu klubun təşəbbüsü ilə keçirilən sayca “II Gabala Cup” turniri bu dəfə daha səviyyəli təşkil olunub və daha səviyyəli komandalar dəvət edilib. Əvvəla bura gələndə həmişə türkün sözü bayılıram. Dağlar qoynunda yaranmış bu idman mərkəzi gündən-günə yox, hər saat böyüyür. Meydançalara baxdıqda, Allaha pis getməsin, hayatımın 10 il qısalmasına razı olardım. Təki məni 10 yaşında uşaqa çevirəydi. Bəlkə mənim də ayağım top tutardı. Zira səd heyf ki, bu mümkünsüzdür və futbol oynayan yeniyetmələrin oyununa baxmaqdan başqa çarəm qalmır. “Qəbələ” klubunun prezidenti Tale Heydərovdan da müsahibə götürdüm. Əmin oldum ki, o barəsində danışıldığından da sadə adamdır və bəzi klubların “qondarma” rəhbərləri ondan ibrət götürə bilər. Nə isə meydançalar məni bu dəfə də valeh etdi.
Turnirə gəlincə iştirakçıların səviyyəsi ötən illə müqayisədə yüksəkdir. Elə tək “Barselona”nın adını çəkmək bəs edər. Onu da etiraf edim, Qəbələyə gəlməyimdə ikinci səbəb (birinci başqa mətləblərlə bağlı idi) məhz katalonların oyununa baxmaq idi. 15 yaşlı uşaqların də eyni fəlsəfənin daşıyıcısı olduğu və əgər belədirsə, bu yaşda uşağın o boyda anlayışı necə dərk etməsi mənim üçün maraqlı idi. Amma həqiqətən də “Barselona” elə “Barselona”dır. İstəyir A komanda olsun, istər Ü komandası. Komandanın klassik 4-3-3-ü adamın gözünü deşir və birtoxunuşlu ötürmələr, driblinqlər göz oxşayır. Bu oyuna baxdıqda yadıma Roberto Karlosun məşhur bir ifadəsi düşdü: “Mən topu qadın kimi sevirəm. Onunla qadınla sevişdiyim kimi davranıram.” Bax barselonalılar da topla elə davranırdılar ki, sanki futbol oynamırlar, meydançada məhəbbətlə məşğul olurdular.
Yadıma bir çobanın məhkəmədə ifadə verməsi ilə bağlı lətifə düşdü. Deməli ifadə verən zavallı çoban təsadüfən meşədə 2 nəfərin seksləşdiyini bildirir. Bu zaman hakim ona irad tutaraq, “şahid, bir qədər ədəbli olun, seksləşmək yox, cinsi əlaqədə olmaq”, deyir. Şahid çobanın cavabı isə radikal olur: “Möhtərəm hakim uzaqdan mən də elə bildim ki, cinsi əlaqədədirlər. Amma yaxına gələndə gördüm ki, yox e, cinsi əlaqə nə gəzir, bunlar əməlli başlı seksləşirlər...”
Bax indi bu futbol da elədi. Nə qədər ki, televizorda xarici futbola baxmırsan, yığma komandamızın seçmə və ya yoldaşlıq oyunlarını, həmçinin avrokuboklarda səviyyəli komandaları görmürük, deyirik ki, bizimkilərdən yoxdur. Meydançada elə futbol nümayiş etdirirlər (yəni seksləşirlər), gəl görəsən. Amma elə ki, çox deməyək, Çempionlar Liqasını oyununu televizorda izləyirik, əmin oluruq ki, televizorda gördüyümüz nəinki seksləşməkdi, cinsi əlaqədi, hətta Kamasutradı. Bizim göstərdiyimiz isə seksləşməkdən o yana getmir. Bunun üçün bizdə futbol şəhvəti yoxdu...
Bayram günü növbəti futbol mövsümümüzə yekun vuruldu. Özü də həmişəki kimi ölkə kubokunun finalı ilə. Kəhkəşanlı açılış mərasimi göz oxşadı. Bunu danmaq insafsızlıqdı. Bəs oyun? O da gərgin oldu. “Neftçi”nin “Xəzər Lənkəran”ı penaltilər seriyasında məğlub etdiyi qarşılaşma vur-çatlasınla başlayıb vur-partlasınla başa çatdı. Sözün həqiqi mənasında. Əslində bu partlayış gözlənilirdi. Oyunun gedişində futbolçular arasında tez-tez baş verən toqquşmalar kimi də ola bilərdi, mükafatlandırma mərasimindən sonra atəşfəşanlıq şəklində də. Amma nədənsə vur partlasın “Xəzər Lənkəran”ın gənc futbolçusunun burnuna tuş gəldi. Araya qan düşdü. Komandalar oyunda sevişib, axırda seksləşdilər.
Növbəti mövsüm bizə nə vəd edir? Dörd dövrəlik mübarizə... Təsəvvür edin ki, “Xəzər Lənkəran” və “Neftçi” dörd dəfə bir-biri ilə seksləşəcək. Bu hələ Premyer Liqada. Onların ölkə kuboku yarışında da üzbəüz gəlməsi realdır və bu da edir əlavə iki qarşılaşma. Təsəvvür edin bu komandalardan biri çempion, digəri isə kubokun sahibi oldu. Və gələn ilin yayında daha bir seksləşmə. Bir ildə 7 dəfə seksləşmə... Absurd. Azarkeşlər də məcbur olacaq bu seksə baxmağa. Bax və ...
Daha bir lətifə yadıma düşdü.
Fahişəxananın preyskurantı: Seks – 100 $, seksə baxmaq – 50 $, seksə baxana baxmaq 10 $.
Asif BAĞIROV, “Het-trik news”
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |