“Baksel Arena”da “seti” tutmayan milli YAZI
Cümə günü Azərbaycanın şanlı futbol səlnaməsinə daha bir tarix qızıl hərflərlə yazıldı. Milli komandamız böyük futbol ölkəsi olan Lüksemburq seçmə komandasından “Baksel Arena”da bir xal qoparmağı bacardı. Elə bu münasibətlə də, oyun başa çatandan sonra mətbuat konfransında əzizimiz olan Berti Foqtsu ayaqlar üstə alqışlamağı həmkarlarıma təklif etdim. Hörmətli Kənan Məstəliyev “yaxşı fikirdi, amma bu adam çox abırsız insandı, elə biləcək ki, ondan xoşumuz gəldiyi üçün belə edirik” deyərək, təşkilatçı olduğum işin alınmasına mane oldu. Foqts əmi gəldi mətbuat konfransına, başladı gözəl futbol fikirləri söyləməyə və hamı heyranlıqla ona tamaşa edirdi. Birdən ağlıma gəldi, söz alıb, sual verdim: “Aydın (tərcüməçi) xahiş edirəm, sözlərimi olduğu kimi tərcümə et. Cənab Foqts, əvvəlci sizi və başçılıq etdiyiniz komandanızı Lüksemburq kimi böyük futbol ölkəsindən doğma meydanda da bir xal qoparmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Və sual edirəm ki, belə ölkəyə qarşı 3 xal üçün meydana çıxsaz da, iki dayaq yarımmüdafiəçisi oynadırdız, niyə?” Foqts əmi əvvəlcə heç utanıb eləmədən, heç arsızlıq keçirmədən də, ingilis, rus və alman dillərində mənə “çox sağ ol” dedi. Allah səndən razı olsun. Sualın da cavabında deyir ki, sistemi dəyişə bilməzlər, onun üçün belə oynadıb komandasını. Bəndəniz üçün çox maraqlıdır, Foqts kimi bir böyük məşqçi, belə bir oyunda taktiki gediş edə bilmirsə nə üçün ona “böyük məşqçi” deyirlər? İnanın, onun böyük məşqçi olduğuna bir az şübhələrim yaranıb. Alman hoca ki, Rüfət Dadaşovu əvvəldən sona kimi oynadıb əvəzində formada olan oyunçuları ehtiyatda saxladısa, daha ona sözüm yoxdu. Foqtsdan çıxmaz iş, nədənsə bu dəfə millinin oyununa heç bir müdaxilə etmədi. Biz onun uğurlu müdaxilələrini, taktiki manevrlərini Rusiya, Portuqaliya kimi milli komandalara qarşı oyunlarda görmüşdük, amma bu dəfə şahidi olmadıq. Bir məsələ də var da, olsun ki, o ölkələr zəiflərdəndir axı, yəqin bu dəfə rəqib çox güclü olub... Başqa bir məsələ də var, oyun zamanı açıq-aydın görünürdü ki, milli birdən qızışır, hücum edir, birdənsə elə bil elektrik kəsilir, işıqlar sönürmüş kimi, hücumlar yarımçıq dayanırdı. Bilirsiz niyə? “Baksel Arena” millinin seti olduqca zəif tuturdu, bütün günahların hamısı “Baksel”dədir. Yarandığı gündən bəri bu zibil set problemin həll edə bilmirlər. Axırda milliyə də təsir etdi. Konkret olaraq millinin seti yaxşı tutmurdu.
Vüsal BƏBİRLİ, “Het-trik news”
P.S. Dünən xəbər tutdum ki, sən demə, AFFA rəsmilərindən biri – AFFA-nın Marketinq və Reklamlar departamentinin rəisi Cavid Qarayev “istefa” qışqıran azarkeşləri söyüb. Üzünü azarkeşlərə tutan bu gədə “nə qışqırırsız ə, gic...” deyib. Düzmü edib? Elxan Məmmədov açıqlamasında deyib ki, düz edib, lap əlinin içindən gəlib, hələ az söyüb, gərək daha kəskin ifadələrdən istifadə edəydi. Qardaşlar, günah sizdədi, Lüksemburq kimi komandanı uda bilməyən millinin oyununda nə azarınız var? Utanmayın, millinin oyununa gəlməyin, qoyun utansınlar. Belə biabırçılığa son qoymağın bundan başqa yolu yoxdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |