“Boz ip” axtarıram YAZI
Cümə günü millinin Lüksemburqla oyununu canlı izləmək üçün əməlli-başlı hazırlaşmışdım. Çoxdandı qələbəsinə möhtac qaldığımız komandamızın gözlənilən qalibiyyətinə canlı şahid olmaq üçün. Amma əlahəzrət yuxu imkan vermədi. 2-3 saatlığa gözümün acısını almaq istəyi stadiona getməyə imkan vermədi. Yaxşıda ki, vermədi. Oyunu televiziya vasitəsilə izlədim. İnsafən ilk hissə komandamız pis oyun göstərmədi. Amma ikinci yarıda... dalağımdan sancı qalxdı. Yox, yox sözün həqiqi deyil, məcazi mənasında. Qonaqların ardıcıl bir neçə təhlükəli hücumundan sonra anladım ki, qələbə qazanmaq çətin olacaq. Berti amcanın etdiyi uzaqgörən taktiki gedişlər sayəsində 3 xal itirmədik, 1 xal qazandıq. Buna da şükür! Allaha ağır getməsin, heç bilmirəm şükür etməyə dəyərmi?
Oyun haqda uzun-uzadı yazmaq fikrim yoxdu. Əsas diqqəti matçsonrası keçirilən mətbuat konfransına yönəldəcəm. Berti amca dedi ki, çoxlu qol epizodları yaratdılar, onlardan istifadə olunsaydı, qələbə qazanardıq. “Nənəmin bığı olsaydı, baba deyərdim”. Soruşan lazımdı, kim istifadə etməlidi? “Bəxtiyar” filmindəki Ağabala müəllimin sözü yadıma düşdü: “Kim oxuyacaq? Mən?”. Kim qol vurmalıdı? Mən? Ona qalsa Şimali İrlandiya ilə oyunda azı 5-6 top fərqi ilə məğlub olmalı idiniz. Amma Asif Bağırovun sözü olmasın AĞbirçək TÜKəzban xalanın sayəsində 1 xalı toy-bayram edirdiniz. Berti amca daha sonra son dəqiqədə rəqibin yüz faizlik qol imkanından istifadə etməməsini dilə gətirərək “hətta məğlub da ola bilərdik” deyir. Ola bilərdiniz yox, oldunuz. Qana dönsün o bir xal. Ərazisi Bakıdan kiçik, əhalisi cəmi yarım milyon olan və indiyə kimi nə komanda, nə də yığma səviyyəsində heç bir uğura imza ata bilməyən cırtdanla “sülh bağlamaq” məğlubiyyətdən betərdi.
Yadıma bir el məsəli düşdü – “boyuna boz ip ölçüm”. Biz tərəflərdə – Gəncədən üzü Gürcüstana qədər olan ərazini nəzərdə tuturam – belə bir deyim var. Adətən, bir işi bacarmayan, yarıtmayan, səhv hərəkət edən adamlara deyirlər. Aran rayonlarında “boz ip” “qamış”la əvəz olunur. Yəni, “boyuna qamış ölçüm”. Məktəbdə oxuyarkən, yay tətili başlayan kimi atam qardaşımla məni Tovuza – kəndimizə göndərərdi. İstəsək də, istəməsək də, bu, yazılmamış qanun idi. İlk dəfə bu sözü orada eşitmişəm. Mənasını babamdan soruşanda belə izah etmişdi ki, “bala, ölən adamı dəfn etmək üçün onun boyunu ölçürlər ki, bilsinlər qəbiri hansı ölçüdə qazsınlar. Keçmişdə metrə yox idi. Ona görə, mərhumu iplə ölçürdülər. İpin də rəngi boz olduğu üçün elə adı “boz ip” qalıb”. Həyət-bacada həmin ipdən o qədər idi ki. Yeri gəlmişkən, “boz ip”in başqa adı da var – “çatı”. Çatıdan adətən, heyvan örükləmək, nehrə çalxalamaq, coma qurmaq və başqa məqsədlər üçün istifadə edirdilər. Təkcə, ölü boyu ölçmürdülər. Axı artıq metrə var idi.
Babamın adı Ağca oğlu Göycə idi (“Göyçə” ilə səhv salmayın). 80 ildən çox yaşadı. Dünyasını dəyişəndə də vücudu ilə torpağa Böyük Vətən Müharibəsində almanlardan aldığı və ömrünün sonuna kimi yadigar saxladığı 4 “oskol”u apardı. Kişinin heç yatsa yuxusuna da girməzdi ki, nəvəsi də nə vaxtsa Berti adlı almana qarşı olacaq. Təkcə mən yox, 99 faiz futbol ictimaiyyəti. Allah sənə rəhmət eləsin baba! Sən qalib gəlmişdin, inşaallah biz də istəyimizə çatarıq.
Hə. “Boz ip”dən danışırdım. Kimdə “boz ip” var? Özümü asmaq üçün yox, bəzi ölçüləri götürmək üçün lazımdı.
İlqar TAĞIYEV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |