“Qəbələ” nələr baş verir? YAZI
BƏZİLƏRİ FUTBOLÇU TRANSFERİNDƏN YAXŞI “QIRIRLAR”
“Qəbələ” ötən mövsüm də avrokuboklardan kənarda qaldı. Halbuki Fatih Kavlakın gedişindən sonra baş məşqçi postuna gətirilən Ramiz Məmmədovdan komandanın böyük uğurlar qazanacağı gözlənilirdi. Qış fasiləsinə qədər hər şey yolunda idi. Hətta, əyalət təmsilçisi ilk “altılıq”da da yerini ala bildi. Digər elita təmsilçiləri ilə müqayisədə qış hazırlığı dövründə “Qəbələ” Antalyada özünü yaxşı tərəfdən göstərə bilmişdi. Bunu qardaş ölkədə olan və komandanın oyunlarını izləyən mütəxəssislər də etiraf edirdi.
Hər nə oldusa, fasilədən sonra baş verdi. Elə bil qurd ağacı özünü içindən yeyər kimi komandada pərakəndəlik baş verdi ki, son da hər hey Ramiz Məmmədovun istefası ilə başa çatdı. Yeganə düşündürücü məqam ondan ibarətdir ki, gənc mütəxəssisin gedişinin səbəbləri müəmmalı qaldı. Nə rəhbərlik, nə də baş məşqçi tərəfindən buna münasibət bildirilmədi. Ramiz Məmmədovdan sonra isə komandada yenidən canlanma yarandı. Bu da bir daha sübut edirdi ki, onun komandada qalması bir çoxlarına – futbolçulara və bəzi rəsmilərə sərfəli deyildi. Çünki, o, komandaya gəldikdən sonra “təmizləmə əməliyyatı”na başlamışdı. Görünür, bundan qorxuya düşən bəzi futbolçular və onları komandaya “calaq edən”lər növbənin onlara çatacağınından hürkərək, qəsdən zəif oynamağa başladılar. Yəni, plan baş tutdu. Ramiz Məmmədovun gedişinə kim “torba” hazırlayıb və bu plan kimlər tərəfindən irəli atılıb? Nəyə görə bütün günah baş məşqçinin üzərinə atılırdı? Kimsə qurban getməli idi və həmin adam Ramiz Məmmədov oldu. Bütün bu uğursuzluğun fonunda isə klubun rəhbər vəzifəsində qərar tutan şəxslərdən heç birinə “gözün üstə qaşın var” deyən olmadı. Məgər, komandanın göstərdiyi nəticələrə onlar da cavabdeh deyillər?
Bu vaxta qədər “Qəbələ” baş məşqçiləri növbə ilə sıralayıb. Ancaq klubda məsul vəzifə tutan şəxslər olduğu kimi qalır. Çox maraqlı bir tendensiya hökm sürür. Əgər, bir komanda mövsüm ərzində baş məşqçiləri əlcək kimi dəyişirsə, bunun komandaya xeyri yoxdusa, deməli, işlər yuxarıda düz getmir. Görəsən, klub rəhbəri Tale Heydərov həmin şəxslərdən bu uğursuzluğun səbəbini soruşubmu? Məlum məsələdi ki, bu, baş verməyib. Əgər, həmin adamları məşhər ayağına və ya dar ayağına çəksəydi, indi yumşaq kreslolarında rahat əyləşməzdilər. Yenə eyni simalar, yenə eyni şəxslər. İndi də yeni metoda əl atıblar. Çıxış yolunu baş məşqçi postuna tanınmış “alkaş” ləqəbli Yuri Syomini gətirməklə öz günahlarını yumaq istəyirlər. Ancaq başa düşmürlər ki, yenə onların xisləti komandanı irəli aparmaq deyil, zərbə vurmaqdı. Syomini rus “vodka”sına qonaq edib başını bişirəcəklər və istənilən transferləri həyata keçirməklə ciblərini yaxşıca dolduracaqlar. Yuri Syominlə də komanda Toni Adams kimi uçuruma yuvarlanacaq. Əvvəl İngilis “alkaş”ına tapşırılan “Qəbələ”, indi də rusa əmanətdi. Rusiya içkisi dünyada yaxşı tanınır. Yura dayı da içkidən vura-vura özünü Qəbələnin gözəl məkanlarında tapacaq. Yəqin ki, içkidən başı ayılmayan mütəxəssisin komandada ömrü uzun sürməyəcək. Bu vaxta qədər məşqçiləri növbə ilə yola salan “Qəbələ” ona da bir vedrə bağlayacaq. Özü də içi dolu “Beluqa” ilə. Nə qədər ki, klubun məsul vəzifələrində oturan şəxsləri dəyişməyibsə, komanda uçuruma yuvarlanacaq. Zaur Əzizov kimi menecerlər nə qədər orada kök salıbsa, “Qəbələ”nin uğrundan danışmağa dəyməz. Klub rəhbəri Tale Heydərov istəyirə komandası uğur qazansın, indidən sərt addımlar atmalıdı. “Qəbələ”nin pullarını sağa-sola xərcləyən və bunun hesabına ciblərini dolduranları vaxtında üzə çıxarmalı və ifşa etməlidi. Əks halda “Qəbələ”ni də taleyi “MKT Araz” kimi olacaq.
Komandada futbolçu seçiminin aşağı səviyyədə olması, transfer olunan əksər legionerlərin yerlilərdən heç də səviyyəli olmaması da göz önündədi. Səbəb isə sadədi – legionerlərin transferlərindən yaxşı pul tutmaq olur. Bu menecerlərə aiddi. Görəsən, baş məşqçisi bilinməyən komandaya futbolçu transfer etmək nə dərəcədə məntiqə uyğundu. Qəzetimizin ötən sayında bu mövzuya geniş yer ayırmışdıq. Bir daha soruşuruq, əgər Syomindən əvvəl komandaya gətirdiyiniz futbolçu birdən onun xoşuna gəlməsə, nə olacaq? Futbolçudan imtina edə bilməzsiniz. Çünki, artıq müqavilə imzalanıb. Buna nə ad vermək olar – qeyri-peşəkarlıq? Əsla. Bu işin içində olanlar öz işlərinin hər yönünə yaxşı bələddilər. Sadəcə, həmin transferləri etməklə klubu deyil, özlərini düşünürlər. Təki pul olsun.
“Het-trik news”
P.S. Mətbuata açıqlamasında rus baş məşqçi bir neçə həmvətənini Qəbələyə gətirəcəyini açıqlamışdı. Deyilənə görə, onun gözaltı etdiyi futbolçulardan birinin nə az, nə çox – 39 yaşı var. Bir ildə gözləyib, həmin futbolçuya yubiley hədiyyəsi olaraq 5 illik müqavilə təklif edərdilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |