Toyuq-cücəyə möhtac İmişli stadionu və İmişli futbolu YAZI
Hazırda Azərbaycan futbolu stadionlardan, bazadan əziyyət çəkdiyi bir vaxtda, ölkənin ən gözəl futbol arenalarından olan İmişli şəhər stadionu top və futbolçu üzünə həsrət qalıb. Əslinə baxsaq İmişli futbolunun tarixi bir qədər uzağa gedir, amma bizə uzaq tarix yox, hazırki durum daha çox maraqlıdır. Əsası 2004-cü ildə qoyulan “MKT Araz” futbol klubu Azərbaycan çempionatında çıxış etdiyi zaman özündən söz etdirməyi bacarmışdı. Dəfələrlə Azərbaycan çempionatının elitasında iştirak etmiş bu komanda qısa müddət ərzində iddialı bir komandaya çevrilərək Azərbaycan Kubokunun finalında oynamağa da macal tapmışdı.
Bununla yanaşı Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də isə
UEFA İntertoto Kubokunda təmsil etmişdi. Baxmayaraq ki, hər iki cəhdi uğursuz
alınmışdı. İmişli təmsilçisi barədə bir faktı da xatırlatmaq yerinə düşər ki,
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının 2010-cu il noyabrın
26-da açıqlanan klublarının reytinq cədvəlində bu komanda XXI əsr üçün
sıralamanın ilk onilliyi 131,5 xalla Azərbaycan klubları arasında 8-ci, dünyada
isə 679-cu pillədə başa vurmuşdu. Bütün bunlar 5 ildə qazanılan nəticələr idi.
Bu komandanın fəaliyyətini dayandırması da çox maraqlı idi. 26 iyul
2007-ci ildə Polşada “Qrotslin”ə 1:0 (ilk oyun 0:0) hesabıyla uduzaraq UEFA
kubokunun ilkin təsnifat mərhələsində mübarizəni dayandıran klubun rəhbərliyi
komandanın fəaliyyətinə xitam verdi. Klubun o vaxtkı prezidenti İkram Kərimli
bunu komandaya sponsorluq edən şirkətin maliyyə problemləriylə üzləşməsiylə
əlaqələndirmişdi. Bu isə bəhanədən başqa bir şey deyildi. Məsələ onda idi ki,
İmişli klubuna himayədarlığı hazırda “Qəbələ”nin prezidenti olan Tale Heydərov
edirdi. Onun adamları isə bu klubda olan maliyyə yeyintilərini “boss”a
çatdırdıqlarından, Heydərov əsəbləşərək “MKT Araz”ın fəaliyyətinə xitam
vermişdi, əvəzində bütün diqqətini “Qəbələ”yə yönəldi. Bir fakt da danılmazdır
ki, klub dağılan günü Heydərov “MKT Araz”a aid avtobusun təcili olaraq
“Qəbələ”nin ixtiyarına verilməsini əmr etmişdi. Bu komandaya rəhbərlik edən
klubun direktoru Mirheydər Səfiyev və baş menecer Ramiz Qarayev “MKT Araz”ı o
qədər çapıb-talamışdılar ki, Tale bəydə səbr yeri qalmamışdı. Bax beləcə, iki
şəxsin güdazına gedən təkcə “MKT Araz” olmadı. Nəticədə imişli şəhəri
futbolsuz, azarkeşləri klubsuz qaldı. Onlar isə heç nə itirmədilər.
Qazandıqları isə çox şey oldu və hələ də bundan bəhrələnərək yaşamaqdadılar.
Klub dağılandan sonra bəzi ümidlər vardı ki, İmişlidə futbol yenidən
bərpa oluna. Axı bu şəhərin yeganə stadionu ulu öndər Heydər Əliyevin adın
daşıyır. Məhz bu məqam yerli azarkeşlərin ümid yeri olub və qalmaqdadır da.
Ancaq görünür ki, Azərbaycan futbolunun başında oturanlara İmişlidə futbolun
olması və xalqın lideri olan Heydər Əliyevin adını daşıyan stadionda
qonşuluqdan gələn toyuq-cücələrin eşənək atması maraqlı deyil.
İmişlidə son durumla bağlı xəbərləri isə ora yolu düşən
əməkdaşımızdan öyrəndik. Onun sözlərinə görə, bazada hər şey olduğu kimi qalır.
Otaqlardan kif iyi gəlir, trenajor zalını toz basıb, qazonda ot dizdəndir,
qısası, hər şey baxımsız vəziyyətdədir. Amma diqqət, baxım olsa, böyük xərclər
çəkmədən qısa müddət ərzində stadionu diriltmək olar. İmişli camaatı da futbol
üçün çox “susayıb”. Əbəs yerə deyil ki, indi rayon əhlinin hamısı burada yeni
klubun yaradılacağından danışır. Eşitdiklərimizə inansaq, yeni klubun adı da
elə “İmişli” olacaq. Bunun yalan və ya doğru olacağını zaman göstərəcək. Fakt
isə odur ki, Heydər Əliyev adına İmişli şəhər stadionu yiyəsiz, futbolsuz,
topsuz, futbolçusuz, azarkeşsiz qalıb. Toz basıb, içində toyuq-cücə gəzişir.
Hətta deyilənlərə görə, arada qazona qoyun-quzu da buraxırlar ki, ot heyf
olmasın.
Gözünüzü açın, AFFA rəhbərliyi. Dağda-daşda, dəniz kənarında,
qayalıqda stadion tikdirib, gərəksiz yerlərdə süni futbol meydançaları yaratmaq istəyirsiz, amma
olmayacaq. Çünki quyuya nə qədər su tökürsən tök, bununla quyu dolmaz. İmişlidə
isə futbol üçün hər şey var. Sadəcə yiyəsi yoxdu. Təbii ki, AFFA rəhbərliyi siz
olanda, bir ölkənin futbolu Elxan Məmmədovun əlində oyuncağa çevrildiyindən,
başqa nəsə gözləmək də ağılsızlıqdır.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |