Hərbçilərə biganəlik, “Neftçi”nin agentləri və Ştirlits YAZI
Heç ayın 26-da hərbi paradı izlədiniz? Mənim imkanın olmadı, amma televiziyadan gördüyüm kadrlardan ləzzət aldım. Səmimi sözlərimdi. Ola bilər kimsə məni qınasın ki, orduda kifayət qədər problemlərimiz var, torpaqlarımız işğal altındadı və s. və i.a. Amma yenə də, azından öz istehsalımız olan silahları görmək, səmada bayrağımızı seyr etmək xoş idi. Paraddan uzun-uzadı yazmaq fikrim yoxdu. Sözünmün canı başqadı. Həmin təntənəli keçiddən cəmi bir neçə gün sonra Bakıda hərbçilər arasında Dünya çempionatı keçiriləcək. Utandığım məqam məhz bununla bağlıdı. Çempionatın keçirilməsindən yox, hərbçi-futbolçularımıza bəslənilən biganəlikdən, təşkilatçıların yarışa barmaqarası münasibətindən.
Müdafiə Nazirliyinin yarışa laqeyd münasibət göstərməsi başadüşülən deyil. O
boyda paradı keçirə bildilər, balaca bir çempionatı təşkil edə bilmirlər? Bəlkə də
istəmirlər, nələrinə lazımdı?
Kaş ki, təşkilati işlər AFFA-ya tapşırılardı. Qadasın aldıqlarım nəyi də bacarmasalar, belə işlərin pərgarıdılar. İndi elə bir reklam düzüb-qoşmuşdular ki, elə bir Azərbaycanda hərbçilərin yox, elə Dünya çempionatının özü keçirilir. Bir yandan şəhəri bəzəyən plakatlar, televiziyada və
mətbuatda gedən reklam çarxları... Cennifer Lopes. Heyf.
Mənə qalsa, bu çempionatı çox mənasız hesab edirəm. FİFA futbolun inkişafı adı altında gündə bir turnir ortaya atır. Amma əslində məqsəd pul qazanmaqdı. Elə son Konfederasiyalar Kubokunu buna misal gətirmək olar. Yayımdan kifayət qədər irəli düşən ali qurum tamaşaçı auditoriyasının azalmasından xəbərsiz olmaz. Əlqərəz,
hərbçi-futbolçularımıza biganəlik göz önündədi. Belə olmasa, onları məşq keçmək üçün gündə bir qapıya salmazdılar. Düz-əməlli şərait yaradardılar. Allah sənə rəhmət eləsin Siyavuş Aslan. Onun rol aldığı “Yol əhvalatı”
filmində rəhmətlik Eldəniz Zeynalovun dediyi “Mən hələ Tuziki demirəm. Qonşunun itidi...”
sözləri yadıma düşdü. İndi mən hələ PAZ-iki (ya da MAZ-iki) demirəm. Qonşumuzun ötən əsr istehsal etdiyi avtobusdu. Futbolçularımız üçün ayrılıb. Nə isə, buna da şükür!
Bir neçə gün əvvəl mətbuatda “Neftçi”nin agentləri ilə bağlı informasiyalar dərc olundu. Konkret olaraq, “Sport favroit” qəzetində. Babalı yazanların boynuna, elə bir zəmanədə yaşayırıq ki, hər şey ola bilər. Düzü,
20 ildi mətbuatdayam, bir neçə dəfə belə halların şahidi olmuşam. Əgər həqiqətən də “Neftçi”nin “Bakı” və “Xəzər Lənkəran”da agentləri fəaliyyət göstərirsə, vay bizim futbolun halına. Görəsən hansı sirri çatdıracaqlar? Onsuz da
hər şey göz önündədi. Bir də vay o jurnalistlərin halına ki, 3-5 manata mənliklərini satırlar. Xəbərçiliklə jurnalistikanın adına xələl gətirirlər. Əslində “xəbərçi” sözü o qədər də pis qəbul olunmamalıdı. ANS telekanalında bu proqram efirə gedəndən sonra hörmətə minib. Azından belələrinin 4 hərfdən ibarət başqa adları da var.
Agent demişkən,
yadıma Ştirlits düşdü. Düzdü, futbola bağlılığı yoxdu. Amma bir-iki kəlmə SSRİ-nin ən məşhur və ən bədbəxt agentindən söz açmaq istəyirəm. Dəfələrlə Ştirlitsin baş qəhrəmanı olduğu “Baharın 17 anı” filmini izləmişəm. Hər dəfə də böyük zövqlə. Əslində Ştirlitsə həsəd də aparmışam, ta ki onun ömür yolunu öyrənənə kimi. Onun həyatının necə faciəli olduğundan çoxları xəbərsizdilər. Ştirlits obrazı Yulian Semyonovun qələmə aldığı əsərdə Maksim Maksimoviç İsayev kimi göstərilir. Amma onun əsl adı Vsevolod Vladimiroviç Vladimirovdu. 1900-cü ildə dünyaya gələn Vsevolod gənc yaşlarından agent həyatı yaşayır. 1922-ci ildə Vladivostoka ezam olunandan bir il sonra oğlu Aleksandr anadan olur. Maraqlıdır ki, Ştirlits bundan 18 il sonra – 1941-ci ildə xəbər tutur. Müharibədən sonra sovet əsgərləri tərəfindən ağır yaralanan agent möcüzə nəticəsində sağ qala bilir. Bir müddət Argentinada Müllerlə işləyən Vsevolod Vladimirov SSRİ-yə dönəndən sonra Stalinin əmri ilə həbs olunur. Halbuki, 2-ci Dünya müharibəsində göstərdiyi fədakarlığa görə Stalin ona SSRİ qəhrəmanı adı vermişdi. Bu harasıdı, tarixə hələ də məlum olmayan səbəblərə görə, Ştirlits həbsxanada olarkən onun həyat yoldaşı və oğlu Stalinin göstərişi ilə güllələnir, özü isə yalnız SSRİ rəhbərinin və Beriyanın ölümündən sonra azadlığa buraxılır. Bu, SSRİ-nin ən məşhur agenti haqda olan kiçicik kədərli faktdı. Ştirlitsi qəhraman elan edən Stalin onun həyatını necə məhv etdisə, sizləri də, əgər varsınızsa, qəhraman edənlər onun gününə salmasalar da, sonda hörmətsiz edəcəklər. Məlum məsələdir ki, xəbərçiliyə görə, ölkəmizdə heç kim öldürülmür və ya ailəsinə xətər dəymir. Bəs, axirət dünyasında necə?
İlqar TAĞIYEV, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |